Свобода людям, независимость нациям!

Mədə niyyətli kadrlar

2062 02.11.2022 09:10 Колумнисты A A

“Həkimə imalə sərdarın sarayında böyük bir müalicə oldu. Hər kəs naxoşladısa, həkimə imalə etdilər. Belə ki, axırda yazıq həkim arıqlayıb çöpə döndü”

(Ə.Haqverdiyev, “Yeni təbabət” hekayəsi)

Gedişat belə göstərir ki, bizdə mədəniyyət nazirinin müavini olmaq çox təhlükəli peşələrdən biridir. Bəlkə birinci yerdə durur. Çünki son iki ildə nazirlikdə DTX ən azı, bizə məlum olan 2 əməliyyat keçiribdir, hər dəfə də nazirin müavinlərindən kimisə dama soxublar.

İnsafən, müavinlərlə iş bitmir, şallağın ucu idarə rəislərini, kitabxanaçıları, klub müdirlərini və qeyri yoldaşları da dalayır. Ancaq əsasən nazir müavini tutulur. Başqa dövlətlərdə əgər ən təhlükəli, ölümcül peşələri sayanda hərbçi, yanğınsöndürən, nə bilim, xilasedici-filan ilk sıralarda gəlirsə, bizdə mədəniyyət nazirinin müavini vəzifəsidir (bir də bir ara icra başçısı vəzifəsi olmuşdu, şükür, o bəlanı atlatdıq, daha başçıları tutmurlar).

Əslində xaricdən maliyyələşən qara qüvvələrin əlinə böhtan üçün ciddi arqument vermiş kimi oluruq. Onlar istəsələr, vəziyyəti bu cür analiz edərlər: “Baxın, Azərbaycanda mədəniyyət böhranı yaşanır, kimi nazirliyə işə qoyurlarsa korrupsiyaya, yekəxanalığa, yalan-palana qurşanır”.

Halbuki biz bunun belənçik olmadığını dəqiq bilirik. Hər il nə qədər muğam oxuyan çıxır, camaat toylarda rəqs eləyir, teatrlar Mirələmovun tamaşalarını anşıllaqla göstərir, uşaqlar məktəbdə rəsm dərsində eşşək fiquru çəkir... Kino sahəsində uğurlarımız saymaqla bitmir, Vaqif müəllim Qarabağ mövzusunda təzə kino yaradıb, təkcə treylerində yarım dəqiqəyə 10 dənə bomba partladıb.

Elementar bir şeyə də fikir verin, xahiş eləyirəm, bizdə hansı ağaclığın yanından keçsən görürsən onu hasara alıblar, darvazasının başından isə lövhə asılmışdır: “Mədəniyyət və istirahət parkı”. Əlbəttə, o parklarda mədəniyyət adına uşaq yelləncəyi və çayxanalardan başqa nəsə tapılmır, lakin nə dəxli var? Əsas niyyətdir. Xaricdə mədəniyyət o qədər azdır, parklarda bitmir.

Nəsə, mövzudan uzaqlaşmayaq, parkda mədəni istirahət nə qədər yaxşı hal olsa da bizim oxucularımız var, yazı gözləyirlər.

Mövzu isə budur ki, mədəniyyət nazirinin müavini işləməyə vaxt gələcək biz adam tapmayacağıq. Nazir vəzifəsi - bu başqa məsələ. Köhnə nazirlərimiz hamısı normal şəkildə işlərindən çıxıb, gediblər, hətta Polad müəllimin səsi açıldı, mahnı oxudu. Əbülfəs müəllimin, doğrudur, haqqında hərdən qara xəbərlər dolaşdı. Gah dedilər istintaqa cəlb olunub, gah yazdılar ölkədən çıxışına qadağa qoyulub, daha nə bilim nə iftira, böhtan... Lakin hamısı zamanla təkzib edildi. Və elə müqəddəs adam haqda yazılan böhtanlara görə pandemiya başlandı, bir müddət xalqın özü ölkədən heç yana çıxa bilmədi.

Gərək heç kimə şər atmayasan. Nə var onu yazmaq lazımdır. Bizdə nazirlər həmişə yaxşı adam olub, ətrafı isə pis. Bu da regionumuzdan, respublikamızın yerləşdiyi bölgədən irəli gəlir. Azərbaycan özü çox gözəl, yaxşı, demokratik ölkədir, lakin ətrafımız pis-pis, murdar, axmaq rejimlərlə doludur. “Aşağı tüpürürsən saqqaldır, yuxarı tüpürürsən bığ” ata sözümüz havayıdan yaranmayıb, bunun hamısı tarixdir. Odur, guya cənubda din qardaşlarımız yaşayır, ancaq haçan baxırsan Paşinyanı qucaqlayırlar, yalan olmasın, İrəvanı qiblə elan ediblər.

Bəlkə də biz nazirliyin adını dəyişsək, islahatlara faydası olar. Fikir verin, çox uğursuz addır: “mədə” və “niyyət” sözlərinin vəhdətidir. Bura kimi qoyursansa, mədəsini, qarnını doldurmağı başlıca niyyət sayır. Kültür qoyaq, Türkiyədəki kimi. Dövlət əmlakını kül eləsələr də ziyanı yoxdur, küldən səməndərlər törəyər.

Bizim partnyorlarımız

Лента новостей

Предыдущие новости