Свобода людям, независимость нациям!

Makronun əvvəlki maskası...

2579 16.10.2022 10:10 Колумнисты A A

Ermənistanı Qərbə “ərə vermək” niyyəti onlara yeni fəlakətlər gətirəcək

Fransa prezidenti Makronun Rusiyanın Qafqazda “sabitliyi pozan manevr” həyata keçirməsi və Bakının “lehinə oynaması” barədə böhtan xarakterli açıqlamalarının səbəblərini müəyyən etmək çətin deyil.  Makronun “France-2” kanalına müsahibəsində dediklərinə Azərbaycanın reaksiyası adekvatdır. Amma bunu öz mediamızda, telekanallarımızda saatlarla müzakirəsi faydasız işdir, özünü yormaqdır. İmkan tapıb elə o telekanalda və ya Fransa mediasında Azərbaycan səfiri səviyyəsində mövqeyi əks etdirmək kifayət edərdi. Həm də zənimcə, Prezident Əliyev Astanadakı MDB sammitində Makrona nə lazımdırsa dedi və sonrakı reaksiyalar yalnız təfərrüatdır...

Fransa bizim üçün yeni kəşf edilmiş ölkə deyil. Makron da, ondan əvvəlkilər də ermənilərə yaxın olublar.  Yəni Ermənistanı dəstəkləməklə Makronun maskası düşməyib. Makron hələ yenicə prezident seçiləndə(2017) “Rusiya Azərbaycanı müharibəyə sövq edir ki, Bakı Avrasiya İqtisadi İttifaqına üzv olsun” demişdi. O vaxtdan çox sular axıb, son açıqlamada böhtanların hədəfi bizik, amma Rusiyaya da ciddi ittihamlar var. Məlum, səbəb oldu-olmadı Rusiyanın hər mövzuda əleyhinə danışmaq indi dünya siyasətində dəbdir. Fransa və Avropa İttifaqı isə Rusiyaya düşməndir, bu ölkənin təkcə zəifləməsini deyil, həm də dağılması üçün çalışırlar. O səbəbdən Makronun bəyanatında bizə yönəlik ifadələrin ağırlığı həm də Rusiyaya görədir. 

"Fransa prezidenti bütün mənalarda Avropanın ən uğursuz siyasətçisidir, onun personası dünyada  lider cılışlaşmasına “ən yaxşı” nümunədir"

çərçivə bu şəkilin altında.jpg (42 KB)

Makronun məlum açıqlamasına XİN rəsmisi Zaxarovadan sonra Putin səviyyəsində də etiraz bildirildi. Son olaraq, Rusiya Təhlükəsizlik Şurasının sədr müavini Medvedyev də Makronu mövqeyini “Moskvanın Qafqaz siyasətini qüsurlu qavranılması və ədəbsizlik” kimi qiymətləndirib. 

Paris bu bəyanatlardan heç nə qazanmadı. Rusiya və Azərbaycanın mənfi reaksiyası ilə üzləşdi, özünün onsuz da zədəli vasitəçilik missiyasının üstündən xətt çəkdi. Nəzərə almaq lazımdır ki, Avropa liderlərinin uğursuz siyasətindən, acı dillərindən inciyən biziksə, fransızlar, almanlar, ingilislər, çexlər, hollandlar isə onların korazehinliyinin altını çəkirlər. Qış da onları daha ciddi sınaq gözləyir. Makron da bütün mənalarda Avropanın ən uğursuz siyasətçilərindən biridir, onun personası dünya siyasətdəki lider cılışlaşmasına “ən yaxşı” nümunədir.   

824625_asd74b6qac.jpg (30 KB)

Paşinyan da Makron kimi siyasətçidir. O səbəbdən onların söz-söhbətləri tutur, ailəvi dostluq da edirlər. Ermənistanda hələ də sağlam düşüncəli erməni politoloqlar isə hesab edir ki, Makronun bu açıqlamaları Paşinyanı postundan saxlamaq, onun ölkə daxilində mövqeyini gücləndirmək məqsədindən o tərəfə keçmir, Ermənistan üçün isə hətta təhlükəlidir. Yeri gəlmişkən, Makronun bu açıqlamasından bir neçə gün öncə Paşinyanın ailə qəzetində yazıblarmış ki, guya Moskva Ermənistanı Rusiya- Belarus ittifaq dövlətinə birləşdirmək istəyir, bu səbəbdən də Azərbaycanın əli ilə regionda qeyri-sabitlik yaradır. İndi Makron da sərsəmləmələri ilə aşağı-yuxarı elə bu tezisi təkrar edib... 

Ermənistan və Türkiyənin xüsusi nümayəndələri arasında təmaslarda elan edilmiş fasilə də Makronun bəyanatı ilə bağlıdır. Bu, bir növ Parisin İrəvana təsirinin nümayişidir, Moskvaya siqnaldır ki, indi Ermənistana daha çox təsir edən Fransadır. Makronun hədəfindəki üçüncü ölkə Türkiyə isə Fransanın çoxsifətli siyasətinə yaxşı bələddir,o üzdən Ankara prezidentin dediklərinin çox da ciddiyə almır.  

272297_tan2019-8-19-213815665-0_kf.jpg (25 KB)

Bu həftə Ermənistan MDB Baş Qərargah rəislərinin Bakıda keçirilən görüşünü açıq şəkildə iqnor etdi. Halbuki İkinci Qarabağ müharibəsinin qızğın vaxtında, 2020-ci ilin oktyabr ayının sonunda Ermənistan Müdafiə Nazirliyinin Baş Qərargahının nümayəndə heyəti Azərbaycanın iştirak etdiyi görüşə qatılmaqda problem görməmişdi. Bu dəfə isə İrəvan bu formatda iştirakdan imtina etdi. Ermənistanı Qərbə “ərə vermək” siyasəti bu gedişlə ermənilərə yeni fəlakətlər gətirəcək. Onlardan ikinci Ukrayna qayırmaq cəhdi alınmaz, Ermənistanın ən azı Kiyev kimi müqavimət potensialı yoxdur. Rusiya əlinin dalı ilə Ermənistanı bir həftədə yıxar, Qərb köməyə gəlsə belə, faydası olmaz...    

1623225982_fransa-cumhurbaskani-macron-a-tokat-atan-kisi-14188012_465_m.jpg (53 KB)  

Fikir verin, Ermənistanın səsi çıxmır. Makronunu müdafiə etmək cəsarətində belə deyillər, amma səbəb təkcə cəsarət məsələsi deyil. Bildirilir ki, hətta  “France-2”də verilmiş müsahibədə bəzi yerləri sonradan ixtisar ediblər, yerinə nöqtələr qoyublar. Fərqindədirlər ki, bu açıqlamaların ən böyük zərbəsi Ermənistana dəyib və bunu qarşıdakı günlərdə daha aydın hiss edəcəklər. 

Bizim partnyorlarımız

Лента новостей

Предыдущие новости