Свобода людям, независимость нациям!

Makron Fransası üçün daşnak sürprizi – Marseldə “artsax” yaratmaq vaxtı yetişdimi?

9754 28.01.2024 11:07 Колумнисты A A

1890-cı ildə yaradılan, dünyanın bir çox ölkələrində, o cümlədən Türkiyə və Azərbaycanda terrorçu, cinayətkar əməlləri ilə insanlıq əleyhinə saysız-hesabsız cinayətlər törədən daşnaklar indi də Fransada aktivləşiblər. Erməni İnqilabi Federasiyası, Daşnaksutyunun Fransadakı “Nor Serund” təşkilatı Raşida Datinin mədəniyyət naziri təyin edilməsinə etiraz olaraq Parisdə mitinq keçirib.

Daşnaklar Fransa rəhbərliyinə ünvanlı təhdid dolu bəyanat yayıblar. “Ermənistana həsr olunmuş bu mədəniyyət ilində, xüsusən Şarl Aznavurun anadan olmasının 100 illiyinin qeyd olunması ilə əlaqədar Azərbaycan təbliğatının baş dirijorunun Fransanın mədəniyyət naziri təyin edilməsi sağlam düşüncəyə ziddir” - bəyanatda bildirilir.

Daşnaklar həyasızcasına iddia edirlər ki, ötən ilin sentyabrında Avropa liderlərinin tam susması ilə Qarabağdakı ermənilər “min illər boyu” (?!) yaşadıqları “ata-baba torpaqlarını tərk etmək məcburiyyətində qalıb”, Azərbaycan tərəfindən guya “qovulublar”. “Yanvarın 11-də Rəşidə Datinin mədəniyyət naziri təyin olunmasını təəccüb və qəzəblə öyrəndik. İki fransalı diplomatın bir aydan az əvvəl Azərbaycanda fəaliyyəti dayandırılaraq persona non-qrata elan edilməsindən sonra verilən biabırçı qərar”-daşnaklar ardınca bildirib. Bəyanatda deyilir ki, madam Dati Fransada Azərbaycanın birinci şəxsinin tərəfdarlarından başqa heç kim deyil. Ermənilər iddia ediblər ki, Azərbaycan rəhbərliyi bu şəxsi Fransa hökumətinə yerləşdirib, “bu da dövlətimiz üçün biabırçılıqdır”. Daşnaklar ultimativ şəkildə bildiriblər: “Xanım Attal və Makron, gənclərimiz qəzəblidirlər və qətiyyətlə və ardıcıl olaraq Madam Datiyə qarşı çıxacaqlar. Artsaxdakı bacı və qardaşlarımız adından, çünki biz heç kimin onların üzünə tüpürməsinə icazə verməyəcəyik”.

WhatsApp Image 2024-01-28 at 10.43.40 (1).jpeg (26 KB)

Erməni mediası qeyd edir ki, Raşida Dati Fransanın eks-prezidenti Nikolya Sarkozinin müttəfiqidir, lakin ermənilərin onun təyinatına qəzəbli reaksiyasına onun Azərbaycana ünvanladığı “reallıqdan uzaq açıqlamaları” səbəb olur. Erməni daşnakları qəzəbləndirən 2015-ci ilin iyulunda R.Dakinin Azərbaycanın “dini və etnik qruplar arasında əlaqələr baxımından bütün dünyaya nümunə ola biləcəyini” deməsidir. Bəli, Daki çoxlarından fərqli olaraq cəsarətli və ədalətli mövqe ortaya qoyub, Azərbaycan nümunəsi barədə obyektiv fikir bildirib. Bu, çoxlarına yer eləyib, xüsusən daşnaklara. Axı, bir müddət əvvəl Azərbaycana qarşı din iftirası atdı bir sıra ölkələrin paytaxtları, qətnamə qəbul edən zatıqırıqlar da oldu. Bu məqamda ədalətli bir adamın nazir təyin olunması daşnaklara yer eləyib. Görün nə qədər qudurublar ki, vəzifə bölgüsünə də müdaxilə edirlər.

Beləcə, görünən budur ki, erməni daşnakları artıq Fransada da əfi ilana çevrilib Makron hökumətinin boğazına dolanmaq üzrədir. Əslində ermənilərin kompakt yaşadığı məmləkətlər üçün problem yaratması yenilik deyil və bu, təkcə Marseldə yarım milyon erməninin yaşadığı Fransada da gözlənilən idi. Ötən əsrlərin xəyanətkar əməlləri bir yana. Osmanlı Türkiyəsinə qarşı xəyanət də gerçəklik. Azərbaycana qarşı alçaq xəyanət məlum. Qonşu Gürcüstandakı, Cavaxetiyadakı ermənilər kompakt yaşadıqları ərazidə “müstəqillik” və ya Ermənistana birləşmək haqqında iddialarla çıxış edirlər vaxtaşırı. Hətta Abxaziyadakı ermənilər, o cümlədən Rusiyada yaşayan ermənilər də ara-sıra boy qaldırmağa cəhd edilər. Artıq erməni daşnaklar Fransa rəhbərliyinə kimi nazir təyin etmək olar, kimi yox, məzmunlu nota verəcək qədər azğınlaşıblar.

Gözlənilən idi, çünki Ermənistanın “böyük bacısı” erməni terrorizminin və faşizminin çiçəklənməsi üçün on illərərzində misilsiz xidmət göstərib, beynəlxalq platflormalarda reanimasiyada olan, süni nəfəs aparatına qoşulan faşizmin xilası, “palata”ya köçürülməsi, müalicəsi üçün bütün əclaflıqlara imza atıb.

6171ed32ad64dd389bfdd6676a5be94c.jpg (277 KB)

Biz bunu qondarma “erməni soyqırımı”nı inkar qanunu qəbul olunanda, Türkiyəyə alçaq böhtanlar atılanda da gördük. Fransanın olmayan hadisələrə görə qos-qocaman bir dövləti, mədəni xalqı ittiham etməsi, üstəlik, olmayanları inkar edənlərin cəzalandırılması qanununu qəbul etməsi heç şübhəsiz erməni terrorizmi üçün əlavə stimul idi. Məhz buna görədir ki, Fransa daşnakları Azərbaycanı Qarabağda guya “soyqırım” törətməkdə ittiham edirlər. Ötən əsrin əvvəllərində ermənilərin törətdiyi soyqırım faktları bir yana, Xocalı dəhşətləri dünyanın gözləri qarşısında olub, erməni daşnakların hansı alçaqlıqları törətdiyini Fransada da yaxşı bilirlər. Amma türkəfobiya, Azərbaycanafobiya, islamafobiya amili Avropanın bu ölkəsinin gözlərini həqiqətlərə bağlayıb.

Azərbaycanın öz ərazilərini təkbaşına azad etməsini, Qarabağdakı cinayətkar rejimin kökünü kəsməsini, xunta rejiminin başçılarını qandallamasını qəbul edə bilməyən Fransa BMT Təhlükəsizlik Şurasından tutmuş AŞ PA-yadək ən müxtəlik ünvanlarda ölkəmizə qarşı cəbhə açdılar. Etmədikləri əclaflıqlar qalmadı, beynəlxalq hüquqa istinad edərək torpaqlarını azad edən, həmçinin azadetmə prosesində mülki sakinlərə ziyan gəlməməsi üçün əlindən gələni edən, üstəlik, bütün baş verənlərə rəğmən, Qarabağdakı ermənilərin burada qalıb təhlükəsiz yaşamasını ən yüksək səviyyədə bəyanlayan Azərbaycana qarşı şər-böhtanlar yağdırırlar. Elə Fransa daşnaklarına bəhanə verən də Makron siyasətidir. Azərbaycan torpaqlarında ikinci erməni dövlətinin yaradılmasına cəhd göstərən Fransaya əvvəllər təklifimiz olub: əgər ikinci erməni dövlətini çox istəyirsinizsə, bunu öz sərhədləriniz daxilində, Marseldə yaradın, istəyirsiz adını da “artsax” qoyun! Fransa daşnaklarının ayağa qalxması bəlkə elə bu prosesin başlanğıcıdır.

Axı erməniçilik adlı xərçəng vaxtaşırı dünyanın hansısa bucağında metastaz verməyə öyrəncəlidir, ola bilsin bu dəfə növbə Fransanındır. Makronu “təbrik” edəkmi?..

Bizim partnyorlarımız

Лента новостей

Предыдущие новости