Свобода людям, независимость нациям!

Libbinin siftəsini pozan “Vaşinqton Post” və “tütün bükməyə” yarayan “Pravda”

2217 03.12.2023 18:15 Колумнисты A A

Uzun fasilədən sonra ABŞ-ın Azərbaycana yeni təyin olunmuş səfiri Mark Libbi Bakıya gəlib çatdı. Sələfi Li Litzenberqerin səlahiyyət müddəti 2022-ci ilin yayında bitmişdi və o vaxtdan Ağ Evin Bakıdakı missiyası baş elçisiz qalmışdı. Heç şübhəsiz ki, bu, Azərbaycana təzyiq xarakterli “vakansiya” idi, amma bundan o tərəfə gedə bilmədilər.

ABŞ-ın Azərbaycandakı səfirliyinin məlumatında oxuyuruq: “Biz ABŞ-Azərbaycan münasibətlərini inkişaf etdirmək, regionda davamlı və uzunmüddətli sülhə doğru çalışmaq üçün işə başlamağı səbirsizliklə gözləyirik”.

Eyni zamanda qısa tanışlıq brifinqi keçirən cənab Libbi Azərbaycan dilində mətbuata açıqlama verib, məram-məqsədini açıqlayıb. Bundan əvvəl çox səfirlər xoşməramlı olduqlarını isbatlamaq üçün bizimlə dilimizdə danışmağa çalışıblar, hətta bəzi diplomatların övladları da Azərbaycancanı öyrənib burda olduqları müddətdə. Amma...

SEFİR MAHNİ.jpg (195 KB)

Belə təxmin etmək olar ki, Amerikanın yeni səfiri zəhmət çəkib Azərbaycan dilini öyrənsə belə, bu amil Azərbaycan-ABŞ münasibətlərinin normallaşmasına əsaslı kömək etməyəcək. Səfir də öz ölkəsindən aldığı təlimatlara uyğun davranır. Hətta ona desələr “yığışdır azərbaycanca danışmağı”, o da əmrə tabe olub “danışmaraq, görmərəm, eşitmərəm” - deyər. Necə ki, Li Litzenberqer Azərbaycan dövlətindən gələn dəvətləri eşitməzliyə vurub, 28 il yarımdan sonra işğaldan azad edilmiş Şuşaya ayağını basmadı. Mina qorxusundan deyildi təbii ki, erməni lobbisinin təsirindən idi. İndi gözləyək, görək xələfi bu qadağaya zidd mövqe qoya biləcəkmi?

BLİNKEN EN SON.jpg (67 KB)

Noyabrın 27-də ABŞ dövlət katibi Entoni Blinken Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevə zəng edəndən sonraya təsadüf etdi səfirin Bakıya gəlişi. Dövlət başçımız ABŞ rəsmisi ilə kifayət qədər sərt və açıq danışmışdı. Bildirmişdi ki, ABŞ tərəfindən Azərbaycanla bağlı son bəyanatlar və atılan addımlar Azərbaycan-ABŞ münasibətlərinə ciddi zərər vurub. Bu mənada İlham Əliyev 2023-cü il noyabrın 15-də ABŞ dövlət katibinin köməkçisi Ceyms O’Braynın Nümayəndələr Palatasının Xarici İşlər Komitəsinin Avropa üzrə alt komitəsinin dinləmələrində ölkəmizlə bağlı səsləndirdiyi fikirlərin qərəzli olduğunu, həqiqəti əks etdirmədiyini və Azərbaycan tərəfindən rədd edildiyini bildirmişdi. Prezident xatırlatmışdı ki, Azərbaycan tərəfi ABŞ-ın Azərbaycana münasibətdə yüksək səviyyəli ikitərəfli görüş və təmasları təxirə salması və “ikitərəfli münasibətlərimizdə “əvvəlki kimi” ola bilməz” bəyanatını nəzərə alaraq, bunu adekvat cavablandırır. Yəni sən bizim rəsmilərə sanksiya tətbiq edirsənsə, mən də müstəqil dövlət kimi cavabını verəcəyəm, buna şübhən olmasın! Azərbaycan tərəfi öz növbəsində ABŞ-dan olan yüksək səviyyəli səfərləri ləğv etdi, XİN-in bəyanatı Prezident səviyyəsində müdafiə olundu və Dövlətin qətiyyəti öz sözünü dedi.

BRAYN.jpeg (65 KB)

Qarşılığında ABŞ dövlət katibi Blinken münasibətlərin normallaşdırılması məqsədilə dekabrda ABŞ dövlət katibinin köməkçisi Ceyms O’Braynın Azərbaycana səfərinə icazə verilməsini xahiş etdi. Prezident İlham Əliyev isə həmin təkliflə bir şərtlə razılaşdı ki, bu səfərdən sonra Azərbaycanın yüksək səviyyəli rəsmilərinin ABŞ-a səfərlərinə qoyulan əsassız qadağa aradan qaldırılsın. Və ABŞ Dövlət katibi Blinken bu şərti qəbul etdi.

Bu telefon danışığından əvvəl nələr baş vermişdi? ABŞ-dan Azərbaycana qarşı əsassız ittihamlar davamlı xarakter alırdı, bu ölkədən maliyyələşən media orqanları fürsət düşən kimi Azərbaycan əleyhinə heç bir əsası olmayan materiallar tirajlayır, Ermənistanı, erməniləri himayə mövqeyindən çıxış edirdilər. Əslində başqa nəticəni də gözləmək olmazdı, “pulu kim verirsə, musiqini də o sifariş edir”. ABŞ Senatında “erməniləri müdafiə aktı” adı altında cəfəngiyyat müzakirə mövzusu olursa, “Dağlıq Qarabağın gələcəyi” adlı absurdlara zaman ayrılırsa, Azərbaycanın suveren hüquqlarına əclafcasına müdaxilə edilirsə, ermənilərin çirkli pulları ilə qidalananlardan başqa nə gözləmək olardı?

SENAT.jpeg (172 KB)

Gözləmək olardı ki, heç olmasa yeni səfirin siftəsini pozmamaq üçün bir müddət anti-Azərbaycan ritorikasını dayandıracaqlar. Yaxud da Entoni Blinkeni “yüngül saqqal” eləməyəcəklər. Axı, həm də O Brayenin Bakı səfəri var və heç olmasa bu səfərin baş tutmas üçün atmosfer yumşaldılmalıdır. Azərbaycanla münasibətlərin “heç vaxt əvvəlki kimi olmayacağını” iddia edən Amerika rəsmisi səfirin ardınca Azərbaycana gəlirsə, demək hardasa yanlışını anlayıb, düşüncəsində idi bir çoxları... Amma qoca Baydenin ölkəsində “böyük-kiçik yeri”, “ağsaqqal sözü” kimi ifadələr çoxdan arxaikləşib.Budur, səfiri Bakıya yola salıb, ardınca da ABŞ-ın aparıcı media orqanında Azərbaycan əleyhinə yazı tirajladılar. Sorosun ruporu olan “Waşinqton Post” sən demə, Azərbaycanda demokratiya və insan hüquqlarının, söz azadlığının təəssübünü çəkirmiş. Bunların dərd-səri başqadır heç şübhəsiz. Azərbaycan 30 il erməni vəhşiliklərindən dəhşətlər yaşadı, bir dəfə “təəssüb çəkənlər”dən səs-soraq çıxmadı, Ermənistanın əleyhinə yazmadılar, tənqidlər səsləndirmədilər. Hətta Emənistanda elə bu gün, Soros uşağı Paşinyanın hakimiyyəti dövründə davam edən kütləvi həbsləri də görməzdən gəlirlər. Heç şübhəsiz ki, ABŞ-dakı “təəssübkeşlər” Azərbaycanda qurduqları, böyük maliyyə hesabına ayaqda saxladıqları, imkan düşən kimi dövlətə və xalqa qarşı istifadə etdikləri bəlli şəbəkənin sonuncu təmsilçilərinədək ifşa olunmasından, nəticədə Azərbaycanla bağlı planlarının tam şəkildə iflasa uğrayacağından narahat olduğu üçün əl-ayağa düşüb. Dünyanın bütün normal ölkələrində hesabatlılıq anlayışı var və dövlətin bunu vətəndaşından tələb etmək hüququ var. Bu mənada hardansa daxil olan çirkli vəsaitlərin hesabı soruşulursa, vergidən yayınma faktları varsa, paralel olaraq dövlətin milli təhlükəsizliyinə təhdid yaradan meyllər ortaya çıxırsa, burada insan haqları, demokratiya çalarları aramaq absurd deyilmi?

POST.jpg (61 KB)

Bu, “Vaşinqton Post”un Azərbaycana qarşı ilk qərəzli materialı olmadığı kimi, şübhəsiz ki, sonuncu da olmayacaq. Deyək ki, ABŞ Dövlət Departamentinin qeyri-rəsmi orqanı olan bu mətbu orqan son günlər hər kəsə məlum olan hadisələrdən qeyzlənib və belə bir materialı tirajlayıb. Yaxşı, bəs əvvəlkilər hansı narahatlıqda ortaya çıxmışdı? Məsələn, təkcə cari ilin yayında, bircə həftə ərzində bu qəzet 3 anti-Azərbaycan məqaləsi dərc etmişdi! Hansı ki, o günlərdə Afrikadan tutmuş Ukraynaya qədər dünyanın bir çox ölkələrində dəhşətli hadisələr baş verirdi, amma Amerika qəzeti gözlərini Azərbaycana dikmişdi. Niyə?! Səbəbi: Azərbaycanın Qarabağdakı tarixi qələbəsidir! Dövlətimizin ərazi məsələlərində prinsipial, qətiyyətli mövqe tutması, bütün təzyiqlərə baxmayaraq, Laçında dövlət sərhəd buraxılış məntəqəsini qurması, Qarabağ məsələsinin Azərbaycanın ərazi bütövlüyündən kənarda həllinin mümkünsüzlüyünü Dəmir Yumruğu ilə sübuta yetirməsi erməni lobbisinin təlimatları əsasında fəaliyyət göstərən bütün çevrələri peşman elədi, o cümlədən də təbliğat ruporlarını. Təsadüfi deyildi ki, məqalələrdən birinin müəllifi erməni millətindən olan David İqnatius idi, 2016-cı ildə qanunsuz olaraq Qarabağa səfər edən jurnalist indi Bakı həbsxanasında “çay içən” Ruben Vardanyanın yaxın dostu idi, hətta onun rəhbərlik etdiyi fonddan mükafat almışdı. Vardanyan kimilərin çirkli pulları ilə yemlənən amerikalı jurnalistlər öz missiyalrını davam etdirirlər... Amma çox təəssüf ki, ABŞ boyda dövlətin imici yerlə bir olur bu kimi əclaf yanaşmalar davam etdikcə... Burada günahkar olanlar təkcə ermənipərəst jurnalistlər deyil təbii ki...

KONQRES SON.jpg (103 KB)

Ermənilərin çirkli pullarının qoxusu Ağ Evin kandarlarınadək, ABŞ Konqresinə, Senatınadək sirayət edib. 44 günlük müharibənin ilk günlərindən gördük, ABŞ Qarabağı azad edən Prezident İlham Əliyevin müstəqil siyasətini həzm edə bilmr və ona qarşı belə çkrkin kampaniyalar, ən absurd iddiaların toplandığı materiallar tirajlanmasına stimul verir. Mətbuat azadlığı var? Necə olur ki, mətbuta azadlığı ancaq Azərbaycan və Türkiyənin əleyhinə qərəzlər tirajlananda işə yarayır? Nədən bircə dəfə Ermənistanın siyasətini tənqid edən material dərc olunmur? Hansı ki, Ermənistan mətbuatı belə, Paşinyanı vaxtaşırı “yıxıb-sürüyür”. Demək, Soros öz balalarını qoruyur və onlarla bağlı təsir dairəsindəki qəzetlərdə belə, qara piara imkan vermir. Dövlət Departamentində hazırlanan tezislər əsasında tirajlanan anti-Azərbaycan materialı əslində Azərbaycanın 19-20 sentyabr antiterror tədbirinə cavab xarakterlidir. Burada ABŞ-dakı prezident seçkilərində erməni seçicilərinin səslərini almağa hesablanmış düşük texnologiya amili də var. Seçkilərdə namizəd olanların bəziləri hətta Qarabağda nə baş verməsindən xəbərsiz olduqlarını öz açıqlamaları ilə nümayiş etdirib, özlərini biabır edirlər. Lakin məqsəd birdir, nəyin bahasına olursa-olsun, Qalib Azərbaycan dövlətini, onun liderini tənqid etmək, ona qarşı absurd iddiaları maksimum yaymaq. ABŞ mediasında əksini tapan cızmaqaralar təkcə Prezident İlham Əliyevə qarşı yönəlməyib, belə materiallar Azərbaycan xalqına və dövlətinə hörmətsizlikdir, təhqirdir və belə hallara son qoyulmalıdır!

ilham_eliyev.jpg (69 KB)

Elə yaxın tariximizdə ABŞ-ın “Ərəb baharı” adı ilə darmadağın etdiyi ölkələrdə, ondan əvvəl İraqda hansı fəlakətlər törətdiyini hər kəs bilir. Dinc insanların qəbristanlıqlarından şəhərlər salındı Amerika laboratoriyalarında hazırlanaraq həyata keçirilən “demokratik inqilablar” nəticəsində... İndi bu ölkənin media orqanı, ayrı-ayrı rəsmiləri, təsisatları öz ərazisini erməni xunta rejimindən təmizləyərkən bir mülki şəxsin belə, burnunun qanamasına imkan verməyən Azərbaycanı hədəf seçir. Riyakarlıq sərhəd tanımır, bir vaxtlar sovetlər imperiyasının adı “Pravda” olsa da, həqiqətdən əsər-əlamət olmayan qəzeti də Azərbaycanın daşı ilə beləcə əlləşirdi. Hətta sovet ordusu Bakıda qanlı qırğını törədəndə də “Pravda” kimiləri Azərbaycanda ekstremistlərin, İslam fundamentalistlərinin guya ayaq açmasından yazırdı. O zaman böyük şairimiz Xəlil Rza Ulutürk necə də gözəl təsvir etmişdi: “Yalnız tütün bükməyə yarayırmış “Pravda!””

Səfirini Ermənistan-Azərbaycan sərhədində post-patrulun xidmətinə yollayan ABŞ-ın mətbu orqanı tütün bükməyə də yaramır...

BLİNKEN.jpg (48 KB)

İndi qoy Blinken və O’Brayn araşdırsınlar, görsünlər ABŞ-Azərbaycan münasibətlərinin normallaşdırılması cəhdlərinə balta çalanlər kimlər oldu? Araşdırsalar, altından erməni lobbisi və erməni pulları çıxacaq. O pullara şərikdirlərsə, sussunlar! Yox, əgər ortaqlıqları yoxdursa, o halda mövqe bildirsinlər, Azərbaycanın haqlı mövqeyini “Waşinqton Post”da tirajlasınlar! Elə anti-Azərbaycan yazılarının sayı qədər! Biri də bu yazı ola bilər, əgər doğrudan da azadlıqları varsa...

Bizim partnyorlarımız

Лента новостей

Предыдущие новости