Свобода людям, независимость нациям!

Laçın yolu ilə Azərbaycana qayıtmağın ASAN üsulu və Prezidentdən yol xəritəsi

3109 09.12.2023 21:33 Колумнисты A A

Prezident İlham Əliyev növbəti dəfə dövlətimizin qəti mövqeyini elan edib, bu dəfə “Euronews” efirindən. Ölkə başçısı Ermənistanı və havadarlarını xəbərdar edib ki, əgər sülh sazişi imzalanmasa, bu, bütöv bölgə üçün çox pis olacaq.

“Biz istəyirik ki, Cənubi Qafqaz bölgəsində hər hansı risk olmasın. Əlbəttə, biz istəyirik ki, Ermənistan nə bu gün, nə də gələcəkdə ərazi bütövlüyümüzü sual altına qoymasın və Azərbaycana qarşı hər hansı ərazi iddialarından tam əl çəksin”.

EURO.jpg (95 KB)

Bu mövqe ümumiyyətlə, regionun savaşlardan, kataklizmlərdən, qanlı hadisələrdən xilas düsturudur, eyni zamanda Ermənistanın özünün xilası üçün yol xəritəsidir. Bəli, tariximizi çox mükəmməl bilən, müsahibələrində və çıxışlarında çox zaman elə tarixə istinad edərək Azərbaycanın başına gətirilən müsibətlərdən bəhs edən dövlətimizin başçısı əmindir ki, Ermənistan rəhbərliyinin nə şifahi səsləndirdiyi “Azərbaycanın ərazi bütövlüyünü tanıyırıq”-bəyanatına, nə də imza atdığı hansısa sənədə etibar etmək olmaz, yaxın tariximizdə baş verən hadisələrin bir daha təkrarlanmayacağına “daşdan keçən” şəkildə təminat verilməlidir. 1918-ci ilin mayında İrəvan güzəşt ediləndə də ermənilər şifahi söz vermişdilər, “bir daha Azərbaycana qarşı ərazi iddiaları irəli sürməyəcəyik”. Cəmi iki il yarım sonra Qərbi Zəngəzuru və digər ərazilərimizi qopardılar, Azərbaycanın tarixi torpaqlarında elan olunmuş 9 min kv.km-lik Ermənistanı 29,8 min kv.km-ə çatdırdılar. Yaxud Ermənistanın baş naziri tez-tez Azərbaycanın ərazi bütövlüyünü hələ 1991-ci ilin Alma-Ata Bəyannaməsi əsasında tanıdıqlarını iddia edərkən nədənsə 2019-cu ilin avqustunda Xankəndidə səsləndirdiyi cəfəngiyyatı “unudur”. Məhz buna görə də dövlət başçımız ““Qarabağ Azərbaycandır” dedikdə, onlar gərək bunun altında öz imzasını qoysunlar və biz bunu gözləyirik” - söyləyib.

ZENGEZUR SON.jpg (70 KB)

Tamamilə haqlı gözləntidir. Nikol Paşinyan heç imzaladığı 2020-ci ilin 9 noyabr Bəyannaməsinin müddəalarını da bu günə qədər sonadək yerinə yetirməyib, belə olduğu halda əlbəttə ki, cənab İlham Əliyev onu və ümumiyyətlə, Ermənistanı çox yaxından tanıyan dövlət başçısı kimi məsələlərin birdəfəlik, təminatlı şəkildə həll olunmasını tələb edir.

Dövlət başçısı bildirib ki, sülh şərtləri beynəlxalq hüquqa əsaslanır. Eyni zamanda Prezident beynəlxalq hüquqa istinadən Ermənistandan zorla didərgin salınmış yüz minlərlə azərbaycanlının taleyi ilə bağlı açıq danışıb və qəti mövqeyini ifadə edib. Sitat: “Danışıqlar prosesinin təxminən üç ili ərzində, Ermənistan hər zaman sülh sazişinə Qarabağın erməni azlığına dair müddəanı salmaq istəyirdi. Bizim mövqeyimiz ondan ibarət idi ki, bu, bizim daxili işimizdir. Əgər onlar Azərbaycanda erməni azlığı məsələsini əks etdirmək istəyirlərsə, onda biz də otuz il əvvəl Ermənistandan qovulmuş azərbaycanlı azlığı məsələsini daxil etmək istərdik. Özü də Ermənistanda azərbaycanlıların sayı ermənilərin Azərbaycandakı sayından daha çoxdur və təxminən 300 min insan təşkil edir. Bir sözlə, mövqeyimiz belədir ki, həmin məsələ qarşılıqlı olmalıdır. Biz iki milli azlığın məsələsini, onların hüquqları və təhlükəsizliyini, o cümlədən qayıtmaq hüququnu qeyd edək. Yəni, təkcə ermənilərin Azərbaycana qayıtması deyil, o cümlədən azərbaycanlıların Ermənistana qayıtması məsələsini qoyuruq. Azərbaycanlıların 30 il əvvəl qovulması və ermənilərin iki ay əvvəl ölkəmizi tərk etmək qərarı arasında fərqin əhəmiyyəti yoxdur. Fakt, sadəcə, ondan ibarətdir ki, bunlar qarşılıqlı olmalıdır. Yaxud da ki, biz sülh sazişində bu məsələni qeyd etmirik. Bir sözlə, bu vaxta qədər, biz həmin məsələ ilə bağlı Ermənistandan hər hansı aydın anlaşma görmədik. Əgər Ermənistan hər iki milli azlığa eyni yanaşmanın tətbiq edilməsinə razılaşarsa və ya onu tam əks etdirməsə, onda sülh əldə oluna bilər, çünki həmin məsələ bizimlə danışıqlar aparan Ermənistan üçün əsas maneə idi”.

EURO YENİ.jpg (187 KB)

Görünür, Ermənistan rəhbərliyi “sülh sənədinin 70 faizi razılaşdırılıb” - deyərkən razılaşdırılmayan 30 faizin içərisində nələrin olduğunu məhz buna görə açıb-ağartmır. Bəli, rəsmi İrəvan anlayır ki, azərbaycanlıların öz evlərinə qaytarılması beynəlxalq hüquqa əsaslanır, bu, onların təbii haqqıdır, rəsmi Bakı da haqlıdır, ədalətli mövqe sərgiləyir. Ermənistan hakimiyyətinin bu məsələdə sükuta dalması, prosesi uzatması çıxış yolu deyil. Amma revanşa meyilli qüvvələrin təpkisi, Ermənistana havadarlıq edib, hərbi texnika və silah-sursatla təmin edən paytaxtların da fitnə-feli anlaşmaya mane olur. Bəli, əgər sən istəyirsənsə, ermənilər Azərbaycan ərazisində yaşasınlar, onda niyə 300 min azərbaycanlı özünün doğma yurd-yuvasına qayıtmamalıdır?! Artıq rəsmi Bakı bu məsələni masaya qoyub, Ermənistan fakt qarşısından qaça bilməz, Prezidentin son müsahibəsi məhz bunun nümayişidir. Əgər Nikol Paşinyan 2019-cu ildə Xankəndidə etdiyi “Qarabağ Ermənistandır”-səhvini Qərbi Azərbaycanın əsl sakinlərinə münasibətdə təkrarlayarsa, bu, sülh prosesinin və Ermənistanın ziyanına olacaq.

“Euronews” əməkdaşı nədənsə sülhdən danışarkən “öz evlərini tərk etmiş insanlar necə?” - sualını yalnız Qarabağdan gedən ermənilərə münasibətdə səsləndirib. Prezident İlham Əliyevin cavabı mükəmməldir: “Öz evlərini tərk etmiş insanlara gəldikdə, əvvəlcə, bu, onların öz qərarı idi. Qarabağ erməniləri ilə bağlı ictimaiyyətə verdiyimiz bəyanat və sonradan atdığımız addımlar göstərdi ki, biz istəyirdik onlar qalsınlar. Biz açıq şəkildə elan etdik və mən antiterror əməliyyatı başa çatdıqdan sonra Azərbaycan xalqına müraciətimdə bildirdim ki, onlar qala bilər. Biz elektron qeydiyyat portalını açdıq. Qayıtmaq istəyən hər kəsin belə bir hüququ var. Onların mülkiyyəti lazımi dərəcədə qorunur. Bütün tarixi və dini yerlər lazımınca qorunur. Geri qayıtmaq üçün onlar müəyyən qaydalara əməl etməlidirlər və mən antiterror əməliyyatının keçirilməsindən bir neçə ay əvvəl demişdim ki, qalmaq istəyənlər Azərbaycan vətəndaşlığı üçün müraciət etməlidirlər. Çünki insanlar başqa ölkənin vətəndaşı olmaqla Azərbaycanda necə yaşaya bilərlər? Ya vətəndaşlıq, ya iş icazəsi, ya da yaşayış icazəsi olmalıdır. Onlar dırnaqarası “dağlıq qarabağ respublikasında” yaşadıqlarını deyərək Azərbaycanda yaşaya bilməzlər. Çünki dırnaqarası “dağlıq qarabağ respublikası” mövcud deyil. Onlar bunu öz xəyallarında, mifologiyasında uydurublar. Onlar Azərbaycan vətəndaşları olaraq Azərbaycanda yaşamaq istəyirlərsə, əlbəttə ki, bunu edə bilərlər”.

Bəli, dövlət başçımız bu ilin mayında hətta Qarabağdakı xunta rejiminə də xitab edərək amnistiya mesajı vermişdi. Lakin nə cinayətkar rejimin təmsilçiləri, nə də onları himayə edən qüvvələr bu xəbərdarlıqlardan vaxtında nəticə çıxara bildilər, əksinə, növbəti təxribatlara əl atdılar, “seçki” məzhəkəsi qurdular, vətəndaşlarımıza qarşı terrora əl atdılar, nəticədə bir əməliyyatlıq canları oldu.

ANTİTERROR SON.jpg (60 KB)

Hətta 19-20 sentyabr tədbirlərindən sonra da faktiki olaraq separatçı rejimin girovluğundan xilas edilmiş mülki ermənilərin Qarabağda qalıb yaşamaq şansı var idi, Azərbaycan dövləti bunun üçün əlindən gələni etdi, davamlı şəkildə mövqeyini bildirdi, çağırışlar səsləndirdi. Amma 30 il ərzində xunta rejiminin əsarətində qalanlar görünür, ya özləri də bu illərdə cinayətə bulaşdıqlarını anladıqları üçün, ya da hansısa məkrli planlarda rol almaqdan ötrü baş götürüb Gorusa tərəf yüyürdülər. Bunu sübut edən minlərlə faktlar var, ermənilər özləri etiraf ediblər ki, könüllü gedirlər, Azərbaycandan kimsə “gedin” demir, təzyiq göstərmir.

GEDENLER.png (802 KB)

Qarabağı neçə erməninin tərk etdiyini Bakıda da yaxşı bilirlər, İrəvanda da. Hətta gerçək rəqəmlər beynəlxalq təşkilatlarda da var, nə olsun ki, Avropa təşkilatlarının bəzi rəsmiləri yuxularını qarışdırıb Qarabağdan guya 150 min (!!!) erməninin getdiyi barədə sayıqlayırlar. Azərbaycan dövləti Ermənistana köçən erməniləri bir-bir ağaca bağlayası deyildi ki...

Ölkə rəhbəri də xatırladıb, Azərbaycan çoxmillətli, çoxkonfessiyalı bir ölkədir, burada bir çox etnik qruplar var. Üstəlik, bu etnik qrupların bəziləri, bir neçəsi, onlara mənsub olan insanlar Qarabağda erməni əhalisindən qat-qat çoxdur. Ən əsası, onların hamısı sülh içində yaşayır, onlar bütün hüquq və təminatlardan faydalanırlar. Ölkə başçısının dediklərindən belə aydın olub ki, Qarabağda Azərbaycan vətəndaşı kimi yaşamaq şansı olan ermənilər revanşistlərin küyünə düşərək özlərini xoşbəxt gələcəkdən məhrum ediblər. Sitat: “Bizim Qarabağ ermənilərinə etdiyimiz təklifdə hansı ki, yeri gəlmişkən ictimai şəkildə açıqlanmışdır, biz, həmçinin onların hüquqlarını da nəzərə almışdıq. Onların dil, tədris, din, bələdiyyə hüquqlarını nəzərə almışdıq. Onlar bələdiyyə seçkiləri vasitəsilə öz nümayəndələrini seçə bilərlər və orada yaşamağa davam edə bilərlər. Tərk etmək qərarı onların öz qərarı idi və bizim indi əldə etdiyimiz məlumata əsasən bu dırnaqarası “dağlıq qarabağ respublikası”nın dırnaqarası “sabiq rəhbərləri”nin qəsdən etdiyi hərəkət idi. Onlara oranı tərk etməyə ehtiyac yox idi, lakin onlar tərk etmək qərarını verdikdə biz onları dayandıra bilməzdik”.

SEPAR SON.jpg (445 KB)

Prezident İlham Əliyev qeyd edib ki, biz onlar oranı sülh şəraitində tərk etsinlər deyə, maksimum dərəcədə rahat şərait yaratdıq. Dövlət rəhbəri ardınca qeyd edib ki, azərbaycanlılara qarşı tam əksi edilmişdi. Sitat: “Onlar otuz il bundan əvvəl ya qətlə yetirilmiş, ya da deportasiya olunmuş, işgəncələrə məruz qalmış, həbs edilmişdir və onların bəziləri yüksək dağlıq əraziləri aşmaq məcburiyyətində qalaraq həmin ərazilərdə donub ölmüşdür. Bu sənədlərlə təsdiq edilib. Qarabağ bölgəsinin ermənilərinin Ermənistana daxil olmaları da sənədləşdirilmişdir və hər şey humanitar standartlara əsasən edilmişdir”. Kimin etirazı, ya şübhəsi varsa, burusun! Azərbaycan dürüst dövlətdir və konkret faktlara istinad edir. Həqiqətləri görməzdən gələnlər qərəzlidirlər, riyakardırlar, saxtakardırlar!

Bununla belə, nüfuzlu telekanala müsahibəsində ölkə başçısı bir daha şans verərək xatırladıb ki, Qarabağdan gedən ermənilər qayıda bilərlər. Lakin bu məsələ də beynəlxalq hüquqa və Azərbaycan qanunvericiliyinə əsaslanmalıdır. Çıxış yolu da təklif olunub, özü də vətəndaşlığa qəbul olunmağı ASAN üsulu: “Əlbəttə, onlar bizim açdığımız mövcud elektron portalda qeydiyyatdan keçərək geri qayıtmaq, Azərbaycan vətəndaşlığını qəbul etmək istədiklərini bildirməlidirlər. Onların bir neçəsi artıq vətəndaşlıq üçün müraciət edib və hazırda onların müraciətlərinə baxılır. Bəzi ermənilər Qarabağda qalmağa qərar verdilər və indi bizim Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi və Miqrasiya Xidməti onların qeydinə qalır, onları qeydiyyata salır. Ermənilərin hamısı oranı tərk etməyib. Lakin Azərbaycanda yaşamaq üçün, məsələn əgər siz Azərbaycanda yaşamaq istəyirsinizsə siz nə etməlisiniz? Siz iş icazəsi, uzun müddət burada yaşamaq istəyirsinizsə, yaşayış icazəsi və ya vətəndaşlıq almalısınız. Başqa halda digər ölkənin vətəndaşı olaraq Azərbaycanda necə yaşaya bilərsiniz? Bu, mümkün deyil. Bu da eyni məsələdir”.

MUSAH SON.jpg (111 KB)

Qərbi Azərbaycana Qayıdış Konsepsiyasının müəllifi olaraq 300 minlik azərbaycanlının pozulan haqlarının bərpasını fəaliyyətinin əsas istiqamətləri sırasına daxil edən dövlətimizin başçısı ardınca sual edib və fikrini ciddi şəkildə əsaslandırıb:

“Əgər Ermənistandan qovulmuş azərbaycanlı məcburi köçkün ora geri qayıtmaq istəyərsə o, necə qayıda bilər? O geri qayıdıb və Qərbi Azərbaycan Respublikasının sakini olduğunu deməyəcək. Xeyr. O, gəlib vətəndaşlıq və ya iş icazəsi üçün müraciət edəcək. Nəyə görə bu proses burada fərqli olmalıdır? Bu, yalnız belə olacaqdır. Bələdiyyə seçkiləri vasitəsilə onlar öz nümayəndələrini seçə bilərlər və bu nümayəndələr bələdiyyələrə görə məsul şəxslər olacaq. Bütün bu məlumatlar Qarabağ ermənilərinin nümayəndələrinə antiterror əməliyyatından sonra çatdırılmışdır və biz bu məlumatın onlar tərəfindən Qarabağ əhalisinə açıqlanmadığından agah olduqdan sonra biz onu açıqladıq, dərc etdik. Beləliklə, bu, beynəlxalq norma və standartlara əsasən hüquqi bir prosesdir”.

Yeri gəlmişkən, bu il ölkədə təkcə prezident seçkisi deyil, bələdiyyə seçkisi də keçiriləcək. Qarabağ erməniləri özlərini bələdiyyə seçmək şansından məhrum etdilər, onlardan “maşa” kimi istifadə edənlərin sayəsində... Dövlət başçısı Laçın yolu ilə Azərbaycana qayıtmağın yolunu göstərib.

QERBİ SON.jpg (40 KB)

Ancaq bu, birtərəfli qayıdış olmamalıdır, paralel olaraq Laçın yolundan üzü Gorusa, Qafana, Mehriyə... də azərbaycanlılar qayıtmalıdır!

Bizim partnyorlarımız

Лента новостей

Предыдущие новости