Свобода людям, независимость нациям!

Koronavirusa yoluxmuş Qarabağ qazisinin və ailəsinin həyatını kimlər xilas etdi...

5016 22.06.2020 09:11 Колумнисты A A

TƏBİB-ə və Ramin Bayramlıya Səfər qazimiz üçün təşəkkürüm

Qarabağ və Vətən müharibəsi qazisi, 31 illik dostum, qardaşım Səfər Turançı Hümbətov koronavirusa yoluxmuşdu. Onun və ailəsinin həyatı təhlükədə idi. Təcili - təxirəsallnmaz müdaxilə lazım idi. Ona görə də birbaşa TƏBİB-in rəhbəri Ramin Bayramlıya müraciət etdim. Ailə üzvüm, özümlə bağlı olsaydı, bəlkə də şəxsən özünə deməzdim. Çünki hazırda onların - Operativ Qərargahın və TƏBİB -in işi gerçəkdən ağırdı. Yoluxanlar və təcili tibbi müdaxiləyə ehtiyacı olanlar sürətlə çoxalır, çağırışlar artır, xəstəxanalarda yerlər azalır; işin ən dəhşətlisi də budur ki, ön cəbhədə savaşan həkimlərimiz də yoluxur və bəzən də...həlak olurlar. Onlar yorulublar, üstəlik dünyanı sarsıdan dəhşətli virusun Azərbaycandakı "şıltaq" və namərd davranışlarına görə hazırda çoxları dönüb həkimləri, TƏBİB-i hədəf alır, suçlayırlar. Hansı ki, yoluxmada vətəndaşın məsuliyyət və davranışı hazırda hər şeydən daha önəmli və öndədir...Bundan sonrası isə daha da fəlakətli görünür və hələ həkimlərimizə, TƏBİB-ə ehtiyacımız çox olacaq...

Səfər zorən də olsa, Əfqanıstan müharibəsi veteranı, könüllü olaraqsa, Vətən müharibəsi qazisidir. 53 illik ömründə çox çilələr çəkmiş, olmazın çətinliklər görmüş, Qərbi Azərbaycandan qaçqın düşməsinə rəğmən(1988), Azərbaycana gələn kimi silaha sarılmış, azadlıq uğrunda, torpaqlarımızın müdafiəsi yolunda savaşmış bir qardaşımızdır. O, savaş gedən əksər bölgələrdə olub, qəhrəmanlıqlar göstərib. (1989-cu ildən bərabərik. AMD Yeni Müsavat Partiyasını, "Yeni Müsavat" qəzetini bərabər qurduq, dövlətin qurulması prosesinin bütün mərhələlərində və bütün cəbhələrində iştirak etdik!)

Görüntünün olası içeriği: 7 kişi, Səfər Turançı dahil, ayakta duran insanlar ve takım elbise

Səfər AMDP Yeni Müsavatın silahlı müdafiə dəstəsinin qurucusu və komandiri olub, ilk milli batalyonun - Şıxov batalyonunun könüllüsü, Milli Qvardiyanın zabiti olub, daha sonra Azərbaycanın İrandakı səfirliyində çalışıb. Vətən hara göndərsə, orada xidmətdə olub!

Vətəni qoruyan, DÖVLƏT quruculuğunda canını qoyan birisini, qazimizi yeri gələndə, vətən və dövlət də qorumalıdır. Yeri gəlmişdi! Məhz ona görə ürəklə, ərklə Ramin Bayramlıya müraciət etdim. "Qarabağ qazisi, Milli Qvardiyanın keçmiş zabiti və ailəsi təhlükədədir", yazmağım yetdi. Onu və nisbətən ağır vəziyyətdə olan ailə üzvlərini dərhal xəstəxanaya yerləşdirdilər.

11.jpg (71 KB)

Səfər bəy və ailəsi həkimlərimizin zamanında müdaxiləsi ilə təhlükəni adladıblar. Hazırda ailənin 4 üzvü xəstəxanadadır, lakin durumları demək olar ki, tam düzəlib, müalicələri uğurla gedir. Savaş qazisi daha bir mücadilədən qalib çıxdı! Buna görə də həkimlərimizə, TƏBİB rəhbəri Ramin Bayramlıya, dövlətimizə təşəkkür edirəm!

Allah bu yazını oxuyan hər kəsi qorusun: bunun üçün də bu yazını oxuyan hər kəs canının Allahın əmanəti olduğunu qəbullanıb, özünü qorusun.

Allaha və həkimlərə kömək zamanıdır...

 

Bizim partnyorlarımız

Лента новостей

Предыдущие новости