Свобода людям, независимость нациям!

Kissincer Zelenskiyə ona görə “güzəştə get” dedi ki...

4897 28.05.2022 18:21 Колумнисты A A

Təcrübəli Kissincer bəlkə də Amerika dərin dövlətinin, beyin mərkəzlərinin masasında Ukraynanın bir neçə yerə parçalanmış xəritəsini də görüb, həm də indi deyil, lap çoxdan...

Zelenskinin Ukrayna ilə bağlı dediklərinə görə Henri Kissenceri az qala korazehinlikdə ittiham etməsini başa düşmək olar. Vyetnam müharibəsinin başlanmasında da, sonlandırılmasında da rolu olan Nobel sülh mükafatı laureatı Kissincer, həm də Misirin qonşusu İsraili tanımasını təmin edən şəxsdir. ABŞ-la SSRİ arasındakı nüvə mübarizəsinin əsasını qoyan da odur, soyuq müharibənin başa çatmasında rolu olan da...

Zelenskinin Davos forumunda “əgər Rusiyanın Ukraynaya təcavüzü cavabsız qalarsa, kobud güc yenə dünyaya hökmranlıq etməkdə davam edəcək. Kobud güc danışmır, öldürür...” sözləri də nə yazıq ki, gerçəkdir. Amma onun dedikləri axı təkcə indinin aqressor Rusiyasına aid deyil, “kobud gücü” indi onu silahlandıran Amerika da, Fransa da, Britaniyada çox “sınaqdan keçirib”. Dünya ədalət amilinə söykənib idarə olunsaydı, işğallar da, müharibələr də olmazdı. Sən necə ağıllı liderisən ki, bu gerçəyi Qərbin fitnəsi ilə ölkəni müharibəyə sürükləyəndən sonra anlayırsan. Ki, sən demə, dünyada güc amili rol oynayır, ədalət yox...

943321-433433690.jpg (142 KB)

Bu “kobud gücdən” yayınmaq üçün son anadək şans vardı. Nə Ukrayna dağılacaqdı, nə indi təklif edilən ərazi güzəştləri olacaqdı. Rusiyanı zəiflətmək, Ukraynanı parçalamaq üçün düşünülmüş planın aləti olmadan bu barədə dərindən düşünmək lazım idi. Ukrayna xalqının, ölkənin taleyi Qərbin çox da vecinə deyil. Bu da gerçəkdir. Kissincer ola bilsin, tarixən respublikaçı kimliyi ilə Co Baydeni qızdırmaq üçün, onun siyasətinin yanlış olduğunu göstərmək üçün bu çıxışı edib. Amma Ukrayna bu oyuna 2014-cü ildə düşməyib. Böyük Ukrayna əraziləri həmişə təkcə Rusiyanın gözünə ox olub batmayıb, Qərb də strateji mövqeli və bərəkətli torpaqlara sahib bu ölkəyə həmişə göz qoyub. Təcrübəli Kissincer bəlkə də Amerika dərin dövlətinin, beyin mərkəzlərinin masasında Ukraynanın bir neçə yerə parçalanmış xəritəsini də görüb, həm də indi deyil, çoxdan...

ddgg.JPG (69 KB)

Ukraynanın neytral statusuna nail olunması, Rusiya və Avropa arasında “buferə” çevrilməsini bu ölkə ətrafında yaranmış situasiyanın həlli yolu kimi göstərməsi Kissincerin Davosda çıxışında qəfil ağlına gəlməyib. Rusiyanın dediyi ilə Kissincerin təklifinin üst-üstə düşməsi də təsadüfi deyil. Ukraynanın bundan əvvəl olduğu kimi, bundan sonrakı taleyi də Qərblə (ABŞ və Britaniya əsas olmaqla)Rusiya arasında anlaşmada, bazarlaşmada həll olunacaq. Ukraynanı NATO-ya, Avropa Birliyinə niyə üzv qəbul edilməməsinin bir gerçək səbəbini də burada axtarmaq lazımdır. Anlaşmaq üçün qapılar tam bağlana bilməz.

Ukraynanın neytrallıq statusu alması bu ölkənin xilası olardı, amma bu, müharibədən əvvəl belə idi. Bu müharibədə aşırı qızışdırıcı mövqeyi sahib Polşanın Qərbi Ukraynada gözü olması haqda indi çox danışılır, amma bu da köhnə plandır. İstanbulda mühüm razılaşma olmuşdu. Gündəmdə neytrallıq statusu da vardı. ABŞ və Britaniya imkan vermədi, cırıb tulladılar o razılaşmanı zibilliyə. Çünki hələ Rusiya cəbhədə bu qədər irəliləməməşdi, Ukrayna Donbası tam itirmək qarşısında qalmamışdı.

dd.JPG (78 KB)

Bu müharibəni Rusiya başladığnı deyənlər fevralın 24-dək olan hadisələri, ABŞ-Rusiya, NATO-Rusiya danışıqlarını gözardı edirlər. O müzakirələrin təfərrüatını yenidən sadalamayacağım, mənası yoxdur. Amma yalnız onu yada salıram ki, Ukraynın da NATO-ya üzv qəbul edilməyəcəyi o danışıqlarda əsas şərt idi. NATO isə “hər dövlətin öz seçim hüququ var” deyərək danışıqları iqnor etdi. Müharabə başlayanda sonra dəqiqləşdirdilər: Ukrayna NATO-ya üzv olmayacaq!

İndi isə Ukraynanın parçalamasını qaçılmaz ediblər. Rusiya bir neçə vilayətə nəzarət edir, Donbasın tezliklə tam işğal altına düşəcəyini Kiyevin təbliğat ruporları da artıq dilə gətirirlər. Ölkənin infrastrukturu, iqtisadiyyatı, ordusu sarsıdıcı zərbələr alıb. Ukrayna heç olmasa, bundan sonra başının çarəsinə baxmalıdır. Kissincerin “resepti” qəbuledilməzsə, daha məqbul variantlar təklif edilməlidir. Varmı? Zelenskinin təəssüf ki, o bəsirəti yoxdur, zatən bu müharibə onun da məsuliyyətidir. Onu dünyanın başına çıxaranlar, oradan endirməsini də bilirlər. Necə ki, vaxtilə Saakaşvili üçün də o şərait yaradılmışdı, indi Gürcüstan həbsxanasında çürüməsi heç veclərinə də deyil...

1645725794.jpg (66 KB)

Rusiyanın şərtlərini qəbul etməyi təklif edən indi qoca Kissincer, Makrondursa, tezliklə onların sayı da artacaq. Ukrayna müharibəsi çıxılmaza doğru gedir, bunu ABŞ da anlamağa başlayıb. Çünki ölkə Zelenskinin də, NATO kuratorlarının da nəzarətdən çıxa bilər, xaos isə Qərbin planlarına daxil deyil.

Ukraynanın parçalanmasının Krımdan sonra ikinci mərhələsi də “uğurla” yekunlaşır, həm də 2014-cü ildə olduğu kimi( o zaman da prezident demokrat Obama idi) yenə demokratların hakimiyyəti dövründə. Bu qədər təsadüf ola bilərmi?

Nazim SABİROĞLU,
Musavat.com

Bizim partnyorlarımız

Лента новостей

Предыдущие новости