Свобода людям, независимость нациям!

Kiselyov və Simonyan “kor atın nalbəndi” rolunda

2821 04.06.2022 20:52 Колумнисты A A

“RİA Novosti”də təkcə gözdən deyil, həm də başdan əlil olan Beqlaryana tribuna verib, ona Azərbaycana ittiham yağdırmağa şərait yaradan kimlərdir?

“RİA Novosti” kimi ciddi və Rusiya hökumətinin maliyyələşdirdiyi agentliyin Qarabağın seperatçılarının ən sonuncu ( “последний человек” daha yaxşı səslənir) adamı sayılan Artak Beqlaryandan “müsahibə” yaymasının səbəbləri haqda bir neçə versiya üzərində düşünmək olar.

Ən əsas səbəb haqda danışaq. “RİA Novosti” də, məlum “Sputnik” də “Rossiya Seqodnya Beynəlxalq İnformasiya Agentliyi” media-qrupuna daxildir. Bu media-qrupunda baş direktor tanınmış teleaparıcı Dmitri Kiselyov, baş redaktor isə Marqarita Simonyandır. Simonyan soyadı, imzası harada varsa, orada Azərbaycana qarşı bir düşmənçilik mütləq var. Kiselyov Qarabağın Azərbaycana məxsus olduğunu da, Beqlaryan kimi birisinin adı qarşısında yazdıqları “dövlət naziri” ifadəsinin də qondarma olduğunu bilməyəcək qədər gerizəkalı deyil.

Qarabağ müharibəsi zamanı (15 oktyabr, 2020) Kiselyovun rəhbərlik etdiyi media-qrup, özü şəxsən Azərbaycan Prezidenti İlham Əliyevlə geniş söhbət edib,suallar verib. İnsaf naminə müharibə günlərində Solovyov və dəstəsindən fərqli olaraq, obyektiv mövqe sərgiləməyə çalışıb. O səbəbdən şübhə yoxdur ki, Rusiyanın indi müttəfiqə daha çox ehtiyacı olduğu bir vaxtda bir neçə dildə xəbər yayan “RİA Novosti”də təkcə gözdən deyil, həm də başdan əlil olan Beqlaryanla geniş müsahibə edib ona Azərbaycanı hər türlü ittiham yağdırmağa şərait yaradan, bununla da həm də Bakı-Moskva münasibətlərində gərginlik yaratmağı hədəfləyən Simonyan və onun komandasındır. Bu əsas versiya da hesab oluna bilər.

Rusiyanın erməni lobbisinə bağlı müəyyən siyasi dairələri də Qarabağda ermənipərəst siyasət tərəfdarıdırlar. Ola bilsin, bu informasiya təxribatında da onlar da maraqlıdır. Üstəlik, istisna deyil ki, bu, həm də son aylar Ermənistan-Azərbaycanda sülh nizamlanmasında aktiv rol alan Brüsselə “cavabdır”. Beqlaryanın Avropa İttifaqının “Qarabağ münaqişənin həllində rolu olmadığı” haqda dedikləri təsadüfi deyil. Rusiya yəni o günə qalıb ki, narazılıqlarını bir dılğır ermənini dili ilə ifadə edir? Belə görünür...

“RİA Novosti” torpaqlarımız işğalda olduğu vaxt da zaman-zaman bu cür informasiya təxribatları edib, Bakının etirazları ilə üzləşib. Amma Qarabağda indi fərqli vəziyyətdir: Rusiyanın məhdud kontingenti orada xüsusi missiya yerinə yetirmək öhdəliyi götürüb. (O başqa söhbətin mövzusudur ki, Qarabağa yerləşdikləri ilk gündən separtçılarla qol-boyun olublar). Bu o deməkdir ki, Qarabağ mövzusu Azərbaycan qədər, Rusiya üçün də həssas məsələdir. O halda, Rusiya hökumətinin maliyyələşdirdiyi agentlik Azərbaycan torpaqlarına sığınmış bir ovuc ermənini “dövlət”, “dövlət naziri” kimi yalan epitetlərlə bəzəməməlidir. Rusiyanın separtizmi hər yerdə dəstəkləyə bilər, öz işidir. Amma bu bölücülük siyasətini Qarabağda da həyata keçirə bilməz! Bunu 2020-ci ilin 44 günlük müharibəsindən sonra anlamaları lazım idi...

Beqlaryan kimdir ki? Keçmiş separatçı “ombudsman” münaqişənin tarixi ilə yaşıddır (33 yaş) amma separatçılıq virusu onun təkcə gözünün nurunu deyil, ağlını da alıb. Yoxsa, Rusiya sülhməramlılarının Qarabağda qalmasının, sayının artırılmasının separatçılarla Moskva arasında razılaşdırılmalı olduğu haqda sərsəm fikirlər söyləməzdi. “RİA Novosti”nin niyə Araik Arutyunyanı deyil, Beqlaryana tribuna verməsi də diqqət çəkir. Yəqin düşünüblər ki, Araik Arutyunyanla müsahibə Bakının daha çox qəzəbinə səbəb olar, o səbəbdən daha xırda “fiquru” önə veriblər. Amma Bakı Beqlaryanın və ya bir başqasının sayıqlamalarına deyil, bu informasiya təxribatına etiraz olaraq RİA Novistini haqlı olaraq Azərbaycan ərazisində yayımını blokladı. Üzürxahlıq və “müsahibə” saytdan çıxarılmayanədək bu mövqedə davam etmək lazımdır.

Bizim partnyorlarımız

Лента новостей

Предыдущие новости