Свобода людям, независимость нациям!

Kim dəli, kim ağıllı? – İki sabiq baş nazirin nifaqı

2689 16.07.2023 09:41 Колумнисты A A

Onlar demək olar ki, yaşıddırlar, təvəllüdləri arasında 9 ay fərq var. Boris Conson 1964-cü ilin iyununda Nyu-Yorkda, Dmitri Medvedyev isə 1965-ci ilin sentyabrında Leninqradda doğulub.

İkisi də imkanlı ailədə anadan olub, rifah içində böyüyüb. Dmitri Medvedyev professor oğludur, özü də gənc yaşından yüksək vəzifələrdə işləyib.

Boris Conson isə müxtəlif vəzifələrdə çalışan, sonradan Avropa Parlamentinin deputatı olan Stenli Consonun oğludur.

Boris-Jonson-800.jpg (34 KB)

Medvedyev təmiz, safqanlı rusdur, Consonun qanında isə azı beş millətin (türk, alman, ingilis, çərkəz, yəhudi) qanı axır. İkincinin geni öz sözünü deyib – Conson ulu babası Əli Kamal kimi həm jurnalist olub, həm də nazir. Üstəlik, Consonun kral II Georqun nəslindəndir.

Medvedyevin də genetik kodu hərdən işə düşür. Onun babasına bu soyad (medved - ayı) hansı zərurətdən verilibsə, eynilə o da bu ləqəb-soyadı haqq edərcəsinə vaxtaşırı “ayılıq” edir, yöndəmsiz davranışları və açıqlamaları ilə rus dövlətinə “ayı xidməti” göstərir.

Onlardan biri ixtisasca jurnalist, o biri hüquqşünasdır. Conson siyasi karyerasına uğurlu jurnalist kimi başlayıb, qələmini hələ də əlində saxlayır, kitab, məqalə yazır.

medvedyev-0.jpg (30 KB)

Medvedyev isə özünü hüquqşünas kimi təsdiqləməmiş siyasətə atılıb. Ancaq hadisələrə, proseslərə heç də hüquqi müstəvidə yanaşmır, daha çox “zorlu olan haqlıdır” prizmasından yanaşır və beynəlxalq hüququn tələblərini heçə sayır.

Onların hər ikisi vətəndaşı olduqları dövlətin 1-ci şəxsi postuna qədər irəliləyiblər. Dmitri Medvedyev son 20 ildə Prezident Administrasiyasının rəhbəri, sonra baş nazir, daha sonra Rusiya Federasiyasının prezidenti (2008-2012), bir daha baş nazir postunu tutub.

Boris Conson isə əvvəlcə London meri, sonra XİN rəhbəri, daha sonra Birləşmiş Krallığın baş naziri olub.

İkisi də hakim partiyanın sədri postunda çalışıb. Boris Conson Mühafizəkarlar partiyasının lideri olub, Dmitri Medvedyev Rusiyanın hakim partiyası “Vahid Rusiya”nın sədridir.

main-qimg-f704cbede605173ca15625e4c85781e3-lq.jpg (36 KB)

Conson deputat və mer postuna özü seçilib, Medvedyevin isə yeganə qatıldığı seçki prezident seçkisi olub, onu da Putinin hesabına udub. Putin barmağını kimə tuşlasa o seçiləcəkdi, Medvedyevin bəxti gətirib ki, “həmşəri”sinin komandasında və barmağının yaxınlığında mövqe tutub. Ona görə də o, prezident olarkən barəsəində yayılmış ən məşhur zarafat belə idi: “Medvedyev baş nazir Putinin yanında prezident işləyir”.

Xasiyyəti etibariilə Conson “qırmızı”, sözü üzə deyən, heç kəsdən çəkinməyən biridir. Medvedyevin bu xasiyyəti yalnız ölkənin “xarici düşmənləri”nə gələndə özünü büruzə verir.

Hələ London meri olanda Boris Conson yenidən RF prezidenti seçilən Putini “olduqca amansız, qəddar tiran” adlandırıb, xarici işləri naziri olanda eyni fikri təkrar edib, baş nazir olanda isə Rusiyaya qarşı ritorikasını daha da sərtləşdirib.

Medvedyev də ABŞ, Ingiltərə və digər dövlətlərə qarşı sərt ritorikası ilə məşhurdur. Rusiya Ukraynaya hücum edəndən sonra bu şəxs günaşırı sərt bəyanatlar verir, güzəştsiz mövqe tutur, hətta özünü nüvə müharibəsinin tərəfdarı kimi aparır.

cons-zel.jpg (292 KB)

Boris Conson baş nazir olduğu dövrdə Ukraynanın və Zelenskinin 1 nömrəli dostu olub, Kiyevə səfər edib, bu ölkəyə tam dəstək verib. Medvedyev isə müharibə başlayandan bəri Ukraynanın bir nömrəli düşməni roluna iddia edir, bu dövlətin dünyanın siyasi xəritədən silinməsinin vacib olduğunu deyir.

İndi bu iki şəxsin sözləri çəpləşib.

Daha dəqiqi, Medvedyev birtərəfli qaydada Consona hücum edib. Buna səbəb odur ki, Boris Conson bu günlərdə NATO-nun heç bir şərt irəli sürmədən Ukraynanı öz daxilinə qəbul etməsinin vacib olduğunu deyib. Medvedyev isə ona cavab olaraq deyib ki, bu adamı heç bir şərt irəli sürmədən dəlixanaya salmaq lazımdır, o, orada özü kimilərin yanında özün sərt oğlan kimi göstərə bilər.

Bununla da o, Böyük Britaniyanın sabiq baş nazirini psixi xəstə hesab etdiyini bildirib, eyni zamanda 1001-ci dəfə 3-cü dünya müharibəsinə eyham vurub.

medyum.jpg (150 KB)

Bu şəxsdə belə bir dəmir-beton qənaət var ki, Rusiya istədiyi vaxt istədiyi ölkəni nüvə başlıqlı raketlə vura bilər. Belə deyərkən, o, unudur ki, həmin şoqəribdən dünyanın daha 9 ölkəsində var və onun düşmən kəsildiyi ölkələrdə nüvə silahını daşıya biləcək raketlər daha uzaqlara uça bilir.

Elə bu cür açıqlamalarına görə bir müddətdir ki, Rusiyanın eks-prezidentini ciddiyə alan, onun dediklərinə reaksiya verən yoxdur. Açığı, onu hər gün yüksək miqdarda qəbul etdiyi alkoqol üzündən pisixikasında pozuntu əmələ gəlmiş adam sayırlar. Di gəl, məhz Medvedyev özü ona-buna xəstə deyir.

P.S. Valideynləri Consonun adını Meksikada tanış olduqları rus emiqrantın şərəfinə Boris (dilimizə tərcümədə - mübariz) qoyublar və bilməyiblər ki, böyüyəndə o, məhz ruslara qarşı mübariz olacaq.

Bizim partnyorlarımız

Лента новостей

Предыдущие новости