Свобода людям, независимость нациям!

Kiçik Kennedidən “ermənilərə dəniz verin” nağılı və bizdən erməniləri xilas təklifi  

1690 29.12.2023 16:44 Колумнисты A A

İndi də ABŞ prezidentliyinə namizədliyini irəli sürən kiçik Robert Kennedinin “ermənipərəstlik damarı” tutub. Az qalır desin ki, 35-ci prezident olan əmim Con Kennedini 1963-cü ilin 22 noyabrında Dallasda qətlə yetirilən Li Harvi Osvalda sifariş Azərbaycandan verilibmiş. Axı, Erl Uerronin rəhbərlik etdiyi xüsusi komissiyanın yekun rəyinə rəğmən,  bu günədək cinayətlə bağlı çoxlu versiyalar, iddialara son qoyulmayıb. Bu mənada Kennedi seçkilərdə ermənilərin dəstəyini qazanmaqdan ötrü Azərbaycana qarşı nə desən, söyləyər…  

Budur, deyib ki, ABŞ hökuməti beynəlxalq ictimaiyyəti Qarabağ ermənilərinin təhlükəsiz qayıdışını təmin etmək və öz müqəddəratını təyinetmə hüquqlarını (?!) qorumaq üçün addımlar atmağa səfərbər etməlidir. Adam Amerika boyda ölkənin başına gəlmək istəyir, amma nə tarixdən, nə beynəlxalq hüquqdan elementar məlumatı yoxdur. Kimsə də ətəyindən dartıb silkələmir ki, “ser, ermənilərin müqəddəratını təyin etmək üçün Kaliforniyadan yaxşısı yoxdur – 1 milyonluq erməni dövləti də yaratmaq olar”. Amma kimdir deyən? 30 illik işğal dövründə bunların “ədalət”ini o qədər gördük ki...

Robert-Kennedi.jpg (52 KB)

Kiçik Kennedinin “...böyük” iddiaları onun rəqibini də xatırlatdı. Namizədliyini irəli sürən Vivek Ramasvamy oktyabr ayında təşviqat xarakterli müsahibəsi verərkən ermənilər tərəfindən Gəncə və Bərdə şəhərlərinə raket hücumunun kadrlarını nümayiş etdirib hücuma məruz qalanların... ermənilər olduğunu bildirmişdi. Hətta məsələyə Azərbaycan Prezidenti İlham Əliyev də reaksiya vermişdi. Sitat: “Dünən mənə bir videosüjet təqdim etdilər. Həmin videoda ABŞ prezidentliyinə namizəd Azərbaycana qarşı ittihamlarla çıxış edir və bu zaman ermənilər tərəfindən Gəncə şəhərinin raket atəşinə tutulması ilə bağlı kadrları nümayiş etdirir. İkinci Qarabağ müharibəsi zamanı Ermənistan münaqişə zonasından yüz kilometrlərlə uzaqda yerləşən şəhərlərimizi uzaqmənzilli artilleriyadan, o cümlədən ballistik raketlərdən atəşə tutdu. Bunun nəticəsində bizim uşaqlar da daxil olmaqla, yüzdən artıq mülki vətəndaşımız həyatını itirdi. Məhz sözügedən həmin namizəd, Azərbaycanı ittiham edərək, ermənilərin Gəncəyə və Bərdəyə hücumlarının kadrlarını nümayiş etdirir. İndi bu insanlarla necə danışmaq olar, onlara nəyi izah etmək olar? Onlar heç nə eşitmək istəmirlər. Onlar mərkəzdən verilən təlimata uyğun hərəkət edirlər”.

Azərbaycana qarşı hər cür iftiraya əl atanlar heç olmasa utanıb-qızarmır, bəd əməllərini davam etdirirlər.

Kennedinin iddiasına diqqət edin: “Biz həm də Türkiyə və Azərbaycan tərəfindən Ermənistanın blokadasını aradan qaldırmağın yollarını axtarmalıyıq. Ermənistan dənizə çıxışı olmayan ölkədir və qonşu ölkələrin limanlarına çıxışı olmalıdır”. Siyasətlə məşğul olan birisi görün nəyin dərdini çəkir, erməniləri dənizə çıxartmağın. “Dənizdən-dənizə Ermənistan” xülyasının gorbagor olduğunu bir sıra ermənilər də anlamağa, etiraf etməyə başlayıblar. Amma Amerika prezidentliyinə iddialı birisi ermənilər üçün hələ indi “dəniz yaratmaq” eşqinə düşüb. Belə ürəyiniz yanır, köçürün, aparın, nəinki dəniz, hətta okean verin, gəmiləriniz sürsünlər!

3c8eeb49-9925-3688-adf0-0968a03f.jpg (73 KB)

Bu kimi axmaq iddialarla ermənilərin özlərini əslində sağalmağa qoymadıqlarının fərqində deyillər. Bədbəxt ediblər taleyi özündə olmayan bir xalqı. Hətta damarlarından erməni qanı axan Lavrovun belə, indi də cilovunu Qərbə verməyə çalışan ermənilərə yazığı gəlir, davamlı şəkildə mesajlar verir. Amma Ramasvamy, Kennedi kimi Amerikanın sükanını ələ almaq istəyən iddiaçılar yenə də öz maraqları naminə erməni kartını masadakılara paylamağa cəhd göstərirlər.  

Elə ABŞ Dövlət Departamentinin maliyyələşdirdiyi “Azadlıq” Radiosu ermənilərin durumunu əks etdirən maraqlı bir reportaj hazırlayıb. Kennedi kimiləri həmin reportajın orijinalını izləsə, heç olmasa anlayar ki, müdafiə etdiklərini Türkiyə və Azərbaycan tərəfdən hər hansı təhlükə gözləmir. Elə bu gün xəbər yayıldı ki, Azərbaycan sərhədçilərinin “ovcunun işində” olan Qafan hava limanı normal şəkildə fəaliyyət göstərir, hər hansı təhlükə yoxdur. Zatən, Azərbaycanın mülki infrastruktura nə zamansa təhlükə yaratdığı da olmayıb, hətta Bərdə, Gəncə kimi şəhərlərimizin dinc sakinləri alçaqcasına qətlə yetiriləndə. Türkiyəyə isə Ermənistan hətta birbaşa uçuşlar həyata keçirirdi, 70 min erməni sənədsiz çalışırdı bu ölkədə. “Blokada” beləmi olur? Kennedinin tarixdən, coğrafiyadan xəbəri olsaydı, heç olmasa yanındakılardan soruşardı ki, azərbaycanlılar Naxçıvana necə gedib – gəliblər 30 ildən artıq müddətdə?

Hə, “Azadlıq”ın reportajına qayıdaq. Bildirilir ki, Qarabağdan gedən ermənilərə yerli haylar “sizə görə balalarımız müharibədə qırıldı” deyir və onlara nifrətlə yanaşırlar. Məhz belə münasibətin nəticəsində “ermənilərin bəziləri Qafqazı da tərk etməyə başlayıblar”.  Qarabağdan gedən ermənilər etiraf ediblər ki, “Biz ruslardan çoxlu pul qarşılığında 1-2 kq un ala bilirdik”. Erməni qadın deyib ki, rus hərbçilər onlara “baha qiymətə konservlər, siqaret satırmış”. Azərbaycanın Xankəndiyə aparmaq istədiyi 40 ton un isə aylarla Ağdamda saxlanıldı, zirzəmilərində kifayət qədər ərzağı, siqareti, hər cür təminatı olan xunta rejiminin başçıları və Rusiya hərbçiləri imkan vermirdi həmin TIR-lar mənzilbaşına yetişsin, hətta Əsgəranda aksiya təşkil olunmuşdu, beton sədlər qoyulmuşdu. Kennedi xəbərsizdirsə, günahı bizdə axtarmasın.

16964299963872049405_1200x630.jpg (190 KB)

Azərbaycan hökumətinin yaratdığı reinteqrasiya portalına cəmi 15 erməni müraciət edib. Çünki onları ölümlə təhdid edirlər. Bəli, bunu Ermənistanda edirlər. Ermənilər Qarabağdan qorxub getdilər, Azərbaycandan yox, erməni revanşistlərin özlərindən. Çünki özününküləri yaxşı tanıyırlar, bilirlər ki, onların iradəsinə zidd davransalar, terrora məruz qala bilərlər. Diqqət edin, ermənilər ruslar Qarabağda olduğu vaxtda Qarabağa qayıtmayacaqlarını deyirlər. Amma “Qərbdən nümayəndələr gəlsə”, qayıdcaqmışlar. Hikkəyə baxın. Bunlar Qərbin çaldığına oynayırlar indi də. Təbii ki, aldıqları sifarişə uyğun şəkildə...1988-ci ilin Spitak zəlzələsi zamanı dağıntılar altından çıxarılan erməni qarısının “artsax nə oldu” soruşmasına bənzəyir. Beləcə, erməniləri növbəti dəfə bədbəxt etməkdən ötrü ABŞ və Fransa əl-ələ verib.

Bu ilin 15 noyabrında ABŞ Senatında“2023-cü il erməniləri müdafiə aktı” qəbul edilmişdi. Həmin sənədi Azərbaycana qarşı qəbul edənlərə məsləhətimiz bu ola bilər ki, bir az düşünsünlər, düzəlişlərlə icraya yönəltsinlər. Bəli, ermənilərin müdafiəyə ehtiyac var, amma Azərbaycandan və ya Türkiyədən yox, Ermənistandan, erməni revanşistlərdən, xaricdəki guya ermənipərəst, amma ermənilərdən “maşa” kimi istifadə etmək istəyənlərdən. Belə görünür 2024-cü ildə də bu, bədbəxt toplumu dinc oturmağa, yaşamağa qoymayacaqlar. Azərbaycan erməniləri "Qafqaz Evi"ndə təhlükəsiz yaşamağa çağırır, kennedikimilər isə onlara "haylara dəniz verin", mahnısı oxuyur... 

 

Bizim partnyorlarımız

Лента новостей

Предыдущие новости