Свобода людям, независимость нациям!

Kasparovun AŞ PA-da çıxışı - Azərbaycan haqda nə deyəcək?

2182 28.01.2026 11:13 Политика A A

AŞ PA-dan qovulan Rusiya nümayəndə heyətinin yerini 15 nəfərlik Putin müxalifəti tutdu; bu president Bakı üçün də təhlükəli ola bilər...

25 il əvvəl- 2001-ci ilin 25 yanvarında (eyni gündə həm də Ermənistan) Strasburqda Azərbaycanın Avropa Şurasına üzv qəbul edilməsi münasibətilə rəsmi mərasim keçirildi və qurumun binasının qarşısında dövlətimizin bayrağı ucaldıldı. Qonşu ölkənin 20 faiz ərazisini işğal edən Ermənistanın da həmin gün quruma üzvlüyü əlbəttə ki, Avropa dəyərlərinə, konvensiyalara, eləcə də insan hüquqlarına zidd addım idi. Hələ bir müddət keçəcək, Ermənistan prezidenti kimi AŞ PA-da çıxış edən Serjik Sərkisyan Qarabağda azərbaycanlılara qarşı hərbi cinayətlərdə iştirakından “qəhrəman” kimi danışacaqdı. Azərbaycan haqq-ədaləti özü bərpa etdi, Ermənistan dərs, bir az da ağıl aldı. Amma 25 il sonra o da bir həqiqətdir ki, indi AŞ PA-da Cənubi Qafqazda səsvermə hüququ qalan elə həmin...Ermənistandır.
Azərbaycan 2024-cü ilin yanvarından, Gürcüstan isə bir il sonra AŞ PA-dakı fəaliyyətini dayandırıb. Hər iki ölkəyə qarşı irəli sürülmüş ittihamların motivi aşağı-yuxarı eynidir. Azərbaycanda insan haqlarının pozulması mövzusunda şərtlər irəli sürülüb. Avropa Şurası Gürcüstandan isə son parlament seçkilərinin nəticələrinin ləğvini, qanunsuz aksiyalarda tutulanların azadlığa buraxılmasını, yeni parlament seçkilərinin keçirilməsini tələb etdiyi üçün Gürcüstan nümayəndə heyəti də fəaliyyətini dayandırmaq məcburiyyətində qalıb.

Picture background

AŞ PA son yanvar sessiyasında yenə Azərbaycanı hədəf alıb, ölkəmiz əleyhinə terror cinayətində suçlanan ermənilərin azadlığa buraxılmalarını tələb edən absurd qətnamə qəbul olunub. AŞ PA-da Ermənistan nümayəndə heyətinin rəhbəri Ruben Rubinyan Facebook səhifəsində Strasburqda "Assambleyanın Monitorinq Prosedurunda İrəliləyiş" adlı qətnaməsinin qəbul edildiyini yazıb. “Qətnamənin Ermənistanla bağlı hissəsində, digər məsələlərlə yanaşı, AŞPA “bir neçə ruhani tərəfindən hakimiyyəti ələ keçirmək planları ilə bağlı məlumatlarla bağlı” dərin narahatlığını bildirir və Azərbaycanla bağlı hissəsində isə orada saxlanılan bütün ermənilərin azad edilməsinə çağırır”-deyə R.Rubinyan bildirib.

Avropa Parlamenti daxil belə qərəzli qətnamələr çox olub və rəsmi Bakı bunlara daha rəy bildirmir. Amma əsas narahatlıq bu deyil.

AŞ PA yanvarın 26-da görünməmiş addım atıb. 2022-ci ilin martında AŞ PA-dan qovulan Rusiya nümayəndə heyətinin yerinə Rusiya Demokratik Qüvvələrinin yeni Platforması adlanın 15 nəfərlik heyət formalaşdırıb. Zatən, Ukraynadakı işğala qədər də Rusiya ilə qurum arasında gərginliklər davam edirdi, Moskvadan gələn nümayəndə heyətinin gah səsvermə səlahiyyətlərini alıb, gah da bərpa edirdilər. 2022-ci ilin fevralında Avropa Şurası Nazirlər Komitəsi Rusiyanın təşkilatın üzvü qala bilməyəcəyinə dair yekdil qərar çıxardı. Rusiya bayrağının AŞ PA binasının qarşısında sökdülər. İndi isə faktiki Rusiyanı AŞ PA-da onlar təmsil edəcəklər.

Heyətə Vladimir Kara-Murza, Mixail Xodorkovski, Oleq Orlov, Lyubov Sobol, Nadejda Tolokonnikova, Harri Kasparov (hamısı Rusiyada ekstremist təşkilatların rəhbərləri kimi tanınır, bəzilərinin barəsində qiyabi hökm də var) və mühacirətdəki digər müxalifət xadimləri daxildir. Yəni Rusiyanı indi onlar təmsil edəcəklər, hər il rotasiya qaydası ilə üzvlər dəyişəcək də.

AŞPA-dakı_Azərbaycan_nümayəndə_heyəti.jpg (215 KB)

Yeni platformaya namizədlərin hansı prinsiplə seçildiyi bəlli deyil, çünki mühacirətdəki Rusiya müxalifəti də bir-birləri ilə münaqişədədirlər. Amma təhlükəlisi presidentin özüdür. Bu adamlar təkcə Ukraynadakı müharibənin əleyhdarları deyillər, onlar illərdir Vladimir Putinin siyasətinə qarşı çıxırlar, hətta çevriliş yolu ilə hakimiyyət dəyişikliyi istəyirlər. Bəziləri (məsələn, Vladimir Kara-Murza) Amerika həbsxanasındakı rusiyalı agentlərlə dəyişdirilib. Kara-Murza deyib ki. insan hüquqları məsələlərini müzakirə etmək üçün əsas beynəlxalq tribuna AŞ PA-dır və demokratik Rusiyanın səsləri eşidilməlidir. Bu, təkcə Rusiya müxalifətinin beynəlxalq səviyyədə tanınması deyil, həm də dövlətə qarşı fəaliyyət göstərənlərin, qanunsuz çağırışlar edənlərin AŞ PA səviyyəsində legitimləşdirilməsidir.

Bu əlbəttə ki, Rusiya hakimiyyətinin və Putinin problemidir, özlərini lap didsinlər. Məsələn, yaz sessiyasında Harri Kasparov Bakıdan necə “qovulması/” və ya Qarabağ könüllü rədd olmuş ermənilərin problemlərini gündəmə gətirə biləcəyini də düşünməyək. Amma unutmayaq ki, Azərbaycandan kənarda düşmənləri az deyil, üstəlik AŞ PA daxil Avropada fəaldırlar, dövlət əleyhinə iş aparan mütəşəkkil dairələr də var ki, onlar zaman-zaman elə həmin təşkilatın qapılarında da görünürlər. Boş yer həmişə “müqəddəs” deyil və həmişə boş da qalmır...

Nazim SABİROĞLU,
Musavat.com

Bizim partnyorlarımız

Лента новостей

Предыдущие новости