Свобода людям, независимость нациям!

Karyerasına 5:0 öndə başlayan gənc – 17 yaşlı II Əhməd Kadırovun görüşləri

4768 31.03.2023 10:00 Колумнисты A A

Onun tay-tuşları bellərində çanta repetitor yanına gedirlər, dərs oxuyurlar, test imtahanına hazırlaşırlar, bu gün-sabah imtahan verəcəklər, ən savadlıları yüksək bal toplayaraq ən yaxşı ixtisaslar üzrə universitetlərə qəbul olunacaqlar, 4 illik tələbə həyatından sonra bəziləri magistr təhsili alacaqlar, daha sonra dövlət qulluğuna imtahandan keçəcəklər, ardınca şifahi müsahibəyə çağrılacaqlar, bəxtləri yavər olsa, aşağı pillədən bir işə girəcəklər.

Amma bu gənc artıq o pillələrin hamısını keçib, həm də addımlaya-addımlaya keçməyib, tramplindən atlıbmış, kanat vaqonetkasına minibmiş kimi keçib, artıq prezidentlərlə, nazirlərlə, şeyxlərlə, babası yaşda adamlarla oturub-durur - dünən RF prezidenti Putinlə görüşürdü, bu gün Qafqaz şeyxi Paşazadə ilə görüşür.

Bu, onun vunderkind olmasına, iti zəkasına, fenomenal qabiliyyətlərinə görə deyil. Təhsilə, savada qalsa, güman ki, o, tay-tuşlarından qat-qat geridədir. Onun “irəli çıxmışlığı”, “parlaqlığı” ikinci Əhməd Kadırov olmasına görədir.

ahmad.jpg (7 KB)

Birinci Əhməd Kadırov Çeçenistan respublikasının prezidenti olub, milli-azadlıq hərəkatından qoparaq federal hökumətə işlədiyinə görə Kreml tərəfindən mükafatlandırılmış, müfti ikən prezident təyin edilmişdi. Sonra Moskvaya müqavimət göstərən çeçen döyüşçülər 2004-cü ilin may ayının 9-da stadionda qələbə şousuna baxan Kadırovu partlayıcı maddə ilə öldürdülər. Kreml o zaman onun boş qalan yerini gənc oğlu Ramzanla doldurdu. Budur, 19 ildir Çeçenistanı Ramzan Kadırovun özü və klanı idarə edir.

Bu klan öz əzazilliyi ilə bütün Avropada, regionda, Yaxın Şərqdə dillər əzbəridir. Çeçenistanı traybalizm ənənələri ilə idarə edən Kadırovun klanı artıq çox rişələnib, kök atıb, şirələnib, varlanıb, respublkada şəriksiz və hüdudsuz hakimiyyət sahibi olub. Kreml və Putin bu klana bu şəraiti bilə-bilə yaradıb. Hər şey müstəmləkə xalqlarının asan idarə edilməsinə dair yazılmamış, amma şifahi şəkildə hamının bildiyi qaydalara əsasən həyata keçirilib.

preview_50c3aa293e32692368ae51d61e8cad0e.png (1.21 MB)

İndi belə bir ailənin 17 yaşlı oğlu artıq Çeçenistanın yeni rəhbəri postuna hazırlanır. Nəvə Əhməd Kadırova dövlət vəzifələri verilməsinin, ona xüsusi mühafizə xidməti ayrılmasının, ölkədə və xaricdə nüfuzlu adamlarla görüşlərinin təşkil edilməsinin son məqsədi budur. İşlər bu cür davam etsə, hər hansı bir fors-major hal yaranmasa (və ya yaransa), gənc Əhməd Kadırov yaxın illərdə Çeçenistanın başına keçəcək.

Bəzi mənbələrin rəyinə görə, onun atası Ramzan Kadırovun səhhətində hansısa geridönməz problemlər var, Kreml ona görə onun yerinə yeni rəhbər hazırlayır və bu zaman dağa-daşa düşmək istəmir, respublikada bütün sahələri ələ almış, öz xalqı ilə bağlarını qoparmış, yenidən Kremlə asi çıxmaq ehtimalı olmayan klanın daha gənc üzvünə stavka edir.

1648706845_ramzan-kadirov-2.jpeg (117 KB)

Bu, real versiyaya oxşayır. Çünki son iki ildə Ramzan Kadırovun hərəkətlərində, açıqlamalarında nəsə bir sıradışı qəribəliklər müşahidə olunur. O, gah dünyanı güldürəcək bəyanatlar verir, məsələn, ABŞ prezidenti Baydeni Çeçenistana gəlmək imkanından məhrum edir, gah əlinə silah götürüb cəbhə xəttindən uzaq bir meşədə Rembovari hərəkətlər edə-edə klip çəkdirir, gah kimisə asıb-kəsir və s. Hesab olunur ki, o cür böyük vəzifədə olan, general rütbəsi daşıyan birisi belə qeyri-ciddi hərəkətlər etməməlidir.

Moskvanın öz federal subyekti olan bir respublikaın az qala şəriət rejimi ilə idarə olunmasına, bu, ayrıca götürülmüş satraplıqda baş verən verən özbaşınalıqlara göz yumması göstərir ki, onun üçün əsas məsələ nə demokratiyanın bərqərar olunmasıdır, nə insan haqlarına nə riayətdir, nə də başqa bir şey. Kreml umir ki, Çeçenistanda nə baş verir, versin, insanlarla necə zülmlər edilir, edilsin, fərqi yoxdur, təki bu üsyankar bölgə mərkəzə itaət etsin, “buntar” çeçenlər yenidən silahlanıb dağlara çəkilməsinlər, federal qüvvələrə müqavimət göstərməsinlər, indiki kimi sözəbaxan olsunlar.

main_image_new456456456456-768x403-1.jpg (56 KB)

Belə anlaşılır ki, Kremlin Çeçenistanda yeritdiyi bu siyasət indilikdə çox effektivdir. 20 il öncə Rusiya dövlətinin və ordusunun başına oyun açan üsyankar çeçenlər artıq həyatda yoxdurlar, onların yerini indi 17 yaşlı Kadırovun və digər kadırovların mühafizə xidmətində çalışan, əlləri əllərinin üstündə əmrə müntəzir dayanan bazburutlu şəxslər tutub.

Karyerasına həmyaşıdları ilə müqayisədə 5:0 hesabıyla irəlidə başlayan gənc Kadırov isə hələ ətrafında nə baş verdiyini doğru-dürüst kəsdirmədən həyatına davam edir. O, indilikdə taleyinin oğul Jan-Klod Düvalye və ya Uday Hüseyn kimi olacağını bilmir.

Bizim partnyorlarımız

Лента новостей

Предыдущие новости