Свобода людям, независимость нациям!

Kadr siyasəti: 20 il öncə və indi

2305 29.12.2022 11:02 Колумнисты A A

20 il öncənin qəzetlərinin tikilmiş cildlərini vərəqləmək maraqlıdır. O vaxt media nələr yazırdı, bu gün nələr yazır, o zaman jurnalistlər hansı məsələləri qabardırdı, bu gün nəyi qabardır – fərq böyükdür.

Bir çox mövzular, əlbəttə, dəyişməyib, yenə iqtidar-müxalifət çəkişməsi (hökumətə işləyənlər, barışmaz olanlar), insan haqlarına dair məsələlər (tutulanlar, buraxılanlar), korrupsiya və rüşvətxorluq iddiaları və sair bu kimi mövzular aktual olaraq qalır.

Ancaq ən azı iki istiqamətdə ciddi dəyişiklik olması göz önündədir. Bunlardan biri korrupsiya qalmaqallarıdır. 20 il öncənin qəzetlərində korrupsiyada ittiham olunaraq işdən götürülmüş, həbs edilmiş nazirlər, generallar, İH başçıları haqqında materiallara rast gəlmək olmur. O dönəmlərdə işdən çıxarılanlar olsa da, bunun qalmaqala çevrilməsinə, məsələnin böyüyüb məhkəmələrə çıxmasına yol verilmirdi.

İndi isə hakimiyyətin elə bir çəkingənliyi yoxdur, komandadan qovulmuş şəxslərin adıyla bağlı qalmaqalların ictimai planda zərər gətirməyəcəyi, əksinə, hakim komandaya xal qazandıracağını düşünürlər və gerçəkdən də xalqın bu işdənqovulmalar və tutqulardan məmnun qaldığı sezilir.

Hərçənd bu məsələdə bir yarımçıqlıq, yetərsizlik də var. Bəzi milyonçu korrupsionerlər, odioz fiqurlar vəzifələrini və azadlıqlarını, eləcə də əmlaklarını itirdikdən bir neçə ol sonra vaxtından tez azadlığa buraxılırlar və əmlaklarının böyük hissəsi, ən azı yarısı onlara qaytarılır. Yekunda bu adamların itirdiyi yeganə şey yalnız vəzifələri olur. O da artıq onlara lazım deyil, əllərindəki varidat o qədər böyükdür ki, onsuz da özlərini vəzifədə olduqları vaxtdakı kimi aparırlar. Məsələn, bu günlərdə məlum olub ki, MTN generalı Akif Çovdarovun müsadirə olunmuş 30 milyonluq əmlakı ona qaytarılıb. Məhkəmə bu barədə yeni hökm verib. İndi nə oldu? Belə çıxdı ki, o, bu qədər varidatı halal yolla, vəzifə maaşını toplayaraq əldə edib.

Əgər belə olacaqdısa, adamı əvvəlcədən narahat etmək, həbsdə yatırtmaq, üzərində məhkəmə qurmaq, əmlakının siyahısını yaymaq və müsadirə etmək lazım deyildi. 2000-ci illərdə belə etmirdilər və heç kəs umsuq, məyus olmurdu.

O dönəmlə indiki dövrün bir fərqi də kadr təyinatları ilə bağlıdır. 20 il əvvəlin qəzetlərinə baxanda görürük ki, əksər qəzetlər yerlibazlıqdan, regional klanlardan çox yazıblar – demək olar ki, qəzetlərin hər sayında bu mövzuya toxunulub. Ona görə ki, belə bir problem gerçəkdən də vardı. Yüksək, orta, hətta ən xırda vəzifələrə təyin olunanlarım, deputat “seçilən”in harada doğulduqlarına diqqət edəndə ortaya eybəcər bir mənzərə çıxırdı, aydın olurdu ki, onların çoxu eyni kənddəndir və qohumdurlar. Ayrı-ayrı nazirliklər ölkənin bir mahalında doğulub-böyümüş kadrlarla dolub-daşırdı. Bir komitədə bir kənddən 6 general vardı.

İctimaiyyət bu sayaq kadr siyasətindən məmnun deyildi, bunu PA-nın sabiq rəhbəri Ramiz Mehdiyevin xətti sayır və tənqidi yanaşırdı. Eyni zamanda regionçuluğu tənqid edənlərə qarşı çıxanlar da vardı və onlar hesab edirdilər ki, məhz belə olmalıdır, yüksək vəzifələrdə özləri və qohumları işləməlidir, ölkənin yerdə qalan regionlarının kadrları isə bunu söz etməməlidirlər.

İndi aparılan kadr siyasəti əsasən əski ənənədən, regional klançılıq prinsiplərindən imtina üzərində qurulub. Daha yeni kadrın haralı olmasına fokuslanma yoxdur, ağırlıq heç də ölkənin iki mahalının üzərinə düşmür, respublkanın digər rayonlarında doğulub-böyümüş, yaxud əslən oralardan olan gənc kadrlara üstünlük verilir. Aşağı-yuxarı paritet gözlənilir, yüksək vəzifələrdə ölkənin hər tərəfinin kadrları təmsil olunur.

Bu, ona görə belə alınır ki, indi yüksək vəzifəyə kimisə təqdim edərkən, əsasən onun təhsilinə, bacarığına və karyera yoluna diqqət edirlər. Şəxsi sədaqət məsələsi bu ölkədə həmişə prioritet olub, elə də qalır və bunsuz mümkün deyil. Dövlət idarə edənlər həm dövlətə, həm də onu idarə edən 1-ci şəxsə sadiq olmasalar, ölkədə siyasi sabitlik olmaz, dövlətin siyasəti həlledici məqamlarda sabotaj olunar.

Beləliklə, son vaxtlar aparılan kadr siyasəti göstərir ki, ölkənin sağalmaz mərəzlərindən birinin müalicə üsulu tapılıb. Bu cür davam edəcəksə, yaxın gələcəkdə kadr siyasətində yerlibazlığın kökü birdəfəlik kəsiləcək və bu, millətin konsolidasiyasına, monolitliyinə gətirib çıxaracaq. Heç kəs “filankəs oralıdır, buralıdır” söhbəti edə bilməyəcək.

20 il öncə belə olmasını çox istəyirdik.

Bizim partnyorlarımız

Лента новостей

Предыдущие новости