Свобода людям, независимость нациям!

Kadastr sənədi olmayan QANUNSUZ TİKİLİ və bir xəritəlik canı olan Ermənistan

3632 11.11.2023 23:21 Колумнисты A A

Gələn ay 105-ci ildönümü tamam olacaq... 1918-ci ilin 28 dekabrında Azərbaycan Xalq Cümhuriyyətinin parlamenti Paris Sülh Konfransına yollanacaq nümayəndə heyətinin tərkibini seçdi: Əlimərdan bəy Topçubaşovun sədrliyi, Məmmədhəsən Hacınskinin müavinliyi ilə, Əkbər Ağa Şeyxzamanov, Əhməd bəy Ağayev, Məhəmməd Məhərrəmov, Ceyhun Hacıbəyli və Mir Yaqub Mehdiyevdən ibarət mükəmməl bir heyət.

Azərbaycan nümayəndə heyəti 1919-ci ilin 20 yanvarında Paris sülh konfransında iştirak etməkdən ötrü İstanbula yetişsə də, Fransa hökuməti onların Parisə yollanmasına viza vermədi. Hansı ki, konfrans yanvardan başlamışdı... Paris Topçubaşovun və onun başçılıq etdiyi Azərbaycan nümayəndə heyətini Sülh Konfransından kənarda saxlamağa çalışırdı.  Fransa rəsmiləri ilə aparılan gərgin danışıqlardan sonra, yalnız martın 29-da heyətdən yalnız 3 nəfərin Parisə getməsinə icazə verildi və aprelin sonlarında səfər baş tutdu. O zaman tarixi İrəvan paytaxt olmaqla Azərbaycan ərazisində elan olunmuş Ermənistanın nümayəndə heyəti aylar idi Fransada şellənirdilər, nə viza dərdi çəkmişdilər, nə də...Düzdür, onda Fransa özünü Ermənistanın “böyük bacısı” elan etməmişdi, amma Azərbaycanı görməzdən gəldiyi halda, Ermənistan adlı qondarmanı başa çıxartmaqdan ötrü hər vasitəyə əl atırdı...

Bütün müqavimətə, yaradılan çətinliklərə baxmayaraq, Azərbaycan Xalq Cümhuriyyətinin fədakar heyəti Birinci Dünya Müharibəsindən sonra Antanta ölkələri və ABŞ-ın dünya nizamını yenidən təsdiqləyəcək Paris Sülh Konfransında iştiraka nail oldu. 11 yanvar 1920-ci ildə 113,9 min kv. km-lik ərazisi, 2.8 milyondan çox əhalisi olan Azərbaycan Demokratik Respublikasının müstəqilliyi de-fakto tanındı! Amma, o dövrdə Qafqaz regionunda yaşayan azərbaycanlılar ümumilikdə 150 min kv.km-lik ərazini əhatə edirdilər.

üqqe.jpg (63 KB)

Bəs, Ermənistan Paris Sülh Konfransında hansı ərazilərlə tanındı? Ermənilər bu faktı gizlətməy çalışırlar: amma fakt faktlığında qalır: 9 min kv.km-lik ərazi hesabına, özü də Azərbaycan Xalq Cümhuriyyətinin 1918-ci ilin 29 mayında İrəvanı güzəştə getməsinin hesabına! Ermənilər öhdəlik götürmüşdülər, bir daha Azərbaycana qarşı ərazi iddiaları ilə çıxış etməyəcəklər! Vədlərinə əməl etdilərmi?..Paris Sülh Konfransından 11 ay sonra artıq müstəqilliyinə son qoyulmuş Azərbaycanın Göyçə-Zəngəzur bölgəsini də qoparıb Ermənistana verdilər – proseslərin başında “qırmızı imperiya”  dayanırdı, amma “qırmızı pipik” ölkə də çox məmnun qalmışdı, bir il öncə vizanı belə çox gördüyü Azərbaycan cümhuriyyətçilərinin zülüm-zillətlə qurduqları məmləkəti pay-pay bölürdülər, ermənilərə peşkəş edirdilər.

Nikol Paşinyan məhz bu reallıqları nəzərə alaraq "Ermənistanın kadastr sənədi yoxdur", demişdi. Ermənistanın baş naziri anlayır ki, 29, 8 min kv.km-lik Ermənistanın 20 min kv.km-nin sənədi yoxdur, ölkə QANUNSUZ TİKİLİ kimi bir şeydir və ona sənəd almaq lazımdır. Bu sənədi ona Fransa, ya ABŞ-dakı erməni lobbisi verəsi deyil, bu haqqa sahib ölkə Azərbaycandır! 1918-ci ildə 9 min kv.km-lik ərazidə elan olunan Ermənistan sonradan başqa heç bir ölkədən ərazi qoparmamışdı, Azərbaycandsan başqa. Burada Amerika kəşf etməyə ehtiyac yoxdur: hesab günü gəldi, Azərbaycanın əraziləri, Göyçə gölünün üçdə iki hissəsi daxil, geri qaytarılmalıdır!

481bf9ec-9ba6-4704-85dd-b778f8819a6f.jpeg (84 KB)

Bütün bunları həm ağrılı-acılı tariximizi qısaca xatırlatmaq, həm də “yaddaşı gödək” olan paşinyanlara xatırlatmaq etmək üçün yazırıq. Gah kadastr sənədi axtarışına çıxır, gah da “Azərbaycan 28,9 min kv.km-lik ərazi bütövlüyümüzü tanısın”, deyir. Bu yazını aktuallaşdıran həm də Paris Sülh Konfransına yollanan Nikol Paşinyanın növbəti avantürist açıqlamaları oldu. Düzdür, bu dəfə Paris Azərbaycan nümayəndə heyətinə viza problemi yarada bilməyib, 104 il əvvəlki kimi...Çünki 21-ci əsrin Azərbaycanı 20-ci əsrin Azərbaycanı deyil, Parisə gedib, nəyisə sübut etməyə də ehtiyacımız yoxdur, öz taleyimizi özümüz həll edirik! Nikol Paşinyan cavabını artıqlaması ilə aldı: Azərbaycan XİN erməni baş nazirin avantürist bəyanatına dəlil-sübutlarla cavab verdi. Eyni zamanda Azərbaycanın Parisdəki səfiri Leyla xanım Abdullayeva mükəmməl şəkildə yalançı baş naziri susdurdu, fəxr etdik!   

Bakupost.az - Leyla Abdullayeva Fransaya səfir təyin edildi

Paşinyanın korşalan yaddaşını təzələmək üçün Azərbaycan Xalq Cümhuriyyəti Xarici İşlər Nazirliyinin 1919-cu ildə Paris Sülh Konfransına təqdim etdiyi rəsmi xəritəsinin rəngli versiyasını (foto) da göstərə bilərik. Özü də xəritələr Paris mətbəələrində çap olunub və Sülh Konfransında təsdiqlənib: 113 900 min kv.km-lik Azərbaycanın xəritəsi!

e44c3ac3-ebb9-4ea3-9f70-166a1b1b0004.jpeg (16 KB)

Başqa bir fakt, onun da mənbəyi Fransada: Zəngəzurun ermənilərə verilməsindən Fransanın paytaxtı Parisdə nəşr olunan “L’Œuvre” qəzetinin 1920-ci il 14 iyul tarixli nömrəsində də bəhs olunmuşdu. Qəzetin 1920-cil il 14 iyul buraxılışındakı “Ruslarla ermənilər arasında razılaşma” başlıqlı məqalədə Azərbaycana məxsus bu ərazinin adı da Sünik yox, Zəngəzur olaraq qeyd olunmuşdu! Fransa qəzeti yazırdı: “1920-ci il iyulun 1-də Sovet Rusiyasının Ermənistanla əldə etdiyi razılaşmaya əsasən, Azərbaycanın Zəngəzur bölgəsi ermənilərə verilib, bununla razılaşmayan yerli əhali olan tatarlar (azərbaycanlılar) isə ermənilərlə döyüşməkdə davam edirlər”. İndi söz “kadastr”ı olmayan Paşinyanındır…

Paşinyan 86, 6 min kv.km-lik Azərbaycanın ərazi bütövlüyünü tanıdığını davamlı şəkildə təkrarlamaqla əslində Parisdə təsiqdlənmiş qalan ərazilərimizi unutdurmaq istəyir...Azərbaycan Respublikası Azərbaycan Xalq Cümhuriyyətinin hüquqi varisidir. Deməli... Bütün danışıqlarda Ermənistanın bir xəritəlik canı var!

Elşad Paşasoy,
Musavat.com

Bizim partnyorlarımız

Лента новостей

Предыдущие новости