Свобода людям, независимость нациям!

“İvan, idi domoy!..” - Nankor erməni həddini yenə aşdı  

3241 13.08.2022 14:50 Политика A A

Erməni öz unikallığını, yəni murdar xislətini hər addımda büruzə verməsəydi, əlbəttə, erməni olmazdı. İndi də bir Rusiya sülhməramlısının dünən Qarabağda törətdiyi və 50-56 yaş arası 4 erməni qadının ölümü ilə nəticələnən yol-nəqliyyat qəzasına siyasi don geydirməyə başlayıblar.

Armeninarepor.com saytında “Erməni torpağında rus hərbi geyimli qatillər” başlıqlı məqalədə Tevos Arşakyan ad-soyadlı məxluq bu xüsusda yazır: “Onsuz da əzablar içində qıvrılan “artsax”da 4 ailə anasız, bacısız, arvadsız qaldı. İkinci erməni dövlətinə (?! – Z.S.) neçə-neçə müdafiəçi bəxş edən 4 ana. Onlar azərbaycanlıların bombardmanları altında sağ qaldılar ki, sərxoş bir rus əsgərinin əli ilə ucuz, üzücü ölümə tuş gəlsinlər? Bu dəhşətli faciə bizim hər iki cəmiyyətimizdə (?! – Z.S.) Rusiyanın erməni torpaqlarında hərbi mövcudluğu məsələsini xüsusilə aktuallaşdırır. Onlar nə üçün burdadırlar? Bizim müdafiəmiz üçün? Xeyr, biz iki erməni dövlətinin (?! – Z.S.) ərazisində Rusiyanın hərbi mövcudluğu probleminin kökünə baxmalıyıq. Əgər Moskvanın bizim arxamızdan Əliyev və Ərdoğanla hər şeyi çoxdan razılaşdırdığını gözəl başa düşürüksə, rus sülhməramlısı nəyimizə lazım?”
Məqalədən başqa bir sitat: “Burada onlar (Rusiya sülhməramlıları - Z.S.) bizi ancaq öldürür, qarət edirlər, amma əsla qorumurlar. Əksinə, beynimizə Rusiyasız Ermənistan və “artsax”ın məhv olacağı barədə yalanı yeritməklə bizi alçaldırlar. Sanki biz döyüşməyi bacarmırıq və 1988-1994-cü illərdə erməni ruhunun və erməni silahının danılmaz qələbəsi ilə başa çatan milli-azadlıq hərəkatı da olmayıb”.

Cızma-qarada xəstə təfəkkürün toksik məhsulu olan ifadələrə diqqət edildi yəqin: “arsax üçün neçə-neçə müdafiəçi doğan 4 erməni ana”, “Qarabağ - erməni torpağı”, “İki erməni dövləti”, “erməni milli-azadlıq hərəkatı”, “erməni silahı və ruhunun danılmaz qələbəsi”...

Bunlar görəsən gerçəkdənmi Yer kürəsində, bizimlə eyni dünyada yaşayırlar?

30 ildə bir erməni dövləti qura bilməyənlər, hələ də SSRİ dövründəki kimi Moskvanın dotasiyası, ianələr hesabına yaşayanlar, rusun əlinə baxanlar, rusun ucuzu qazını yandırıb AES-indən işıq alanlbar utanmazcasına “ikinci erməni dövləti”ndən, “erməni silahının qələbəsi”ndən dəm vururlar! 2-ci Qarabağ savaşında ordusu darmadağın edilən yəqin yadplanetlilər imiş, ermənilər yox.

Hanı o “ikinci erməni dövləti”? Sərhədləri hardan keçir göstərə bilərsizmi bizə? Heç olmasa, “it dəftəri”ndə adı varmı? Ya bəlkə Xankəndi adında dövlət qeydə alınıb, xəbərimiz yox...

Heyrətə gəlirsən. Erməni simasızlığı gerçəkdən sərhəd-zad tanımır. Bir yandan Rusiya hərbçilərini Ermənistana çağırıb 50 illiyə (1997-2047) müqavilə imzalayırlar, Qarabağda rusun hesabına mövcudluqlarını saxlayırlar, hətta rus hərbçilərini arxasından xoruzlanıb bizə yumruq silkələyir, hədə biçir, atəş açır, hərbçimizi şəhid edirlər, o biri yandan rusdan narazılıq edir, Putini söyürlər, “İvan, idi domoy!” deyə çığırırlar İrəvan küçələrində. Rusu, fransızı, amerikanı - hamını özlərinə borclu çıxarırlar. Hamı ermənilərin gözündə günahkardır, bircə özlərindən savayı! Nə deyəsən indi bu üzü sürtülmüş tayfaya?!

30 ildən çoxdur rus sizin Ermənistan adlı formal dövlətinizin Türkiyə və İranla sərhədlərini qoruyanda, “vəhşi Türk”dən sizi müdafiə eləyəndə, Azərbaycan ərazilərinin işğalına ortaq olanda, Xocalı soyqırımı zamanı siz ikiayaqlı vandallara öz silah-sursatı ilə dəstək olanda, 44 günlük müharibədə tam darmadağından xilas edəndə, 25 minlik erməni əsgərinin əsir düşməsi rüsvayçılığından qurtaranda, rus hərbçiləri Xankəndinə su, ərzaq dərman daşıyanda, yolları təmir edəndə yaxşı idi, bir yol qəzasına görə pis oldu?! Rusa bizim xüsusi simpatiyamız-zadımız yoxdur, amma bundan sonra həşərat kimi yüz nəsil də doğub törəsəniz, rusun borcundan çıxa bilmərsiniz...

Məqalə müəllifi sonda bir az da sırtıqlığına basır, nankorluq edir və növbəti, klassik erməni yalanlarına meydan verərək, ağını çıxarır, stəkanda “fırtına” qoparır: “Ruslar bizi harada və nə vaxt qorudular? Ermənistan və “artsax”dakı rus ordusu bizim təhlükəsizliyimiz və dövlətçiliyimiz üçün birbaşa təhdiddir (!!! – Z.S.). Üstəlik, onların hərbi bazalarının burada olması Avropa İttifaqı və NATO-ya doğru hərəkət etməyimiz önündə STOP işarəsidir. Ona görə hesab edirəm ki, bu gün (dünən – red.) “artsax”da yaşanan insident Rusiya qoşunlarının Ermənistandan və “artsax”dan tezliklə çıxarılmasını tələbini ehtiva edən ümumerməni hərəkatının başlanmasına stimul olmalıdır. Biz özümüz özümüzü qoruya bilərik. Əsas odur bizə mane olmasınlar. Rus hərbi geyimli qatillər torpağımızda (Qarabağı nəzərdə tutur! – Z.S) olmadan da birtəhər keçinərik”.

Xeyr. Keçinə bilməzsiniz! Yalnız Azərbaycan bayrağını öpüb ona sədaqət andı içəndən sonra Qarabağda erməni soyundan kimsə qalıb yaşaya bilər və yaşayacaq. Başqa variant yoxdur, olmayacaq!

Rusun hesabına, aborigen xalqları didərgin salmaq hesabına Qafqazda özünə yer edib yurd tapan yurdsuz, əslsiz toplum. Nə durmusuz ki, bu meydan, bu da siz - yəni şeytan! Rus ordusunu Ermənistandan, “artsax”dan çıxarın. Rus demiş, “dux”unuz çatırsa, çıxarın. Görək, ondan sonra özünüz-özünüzü necə müdafiə edirsiz və Ermənistan adlı simvolik dövlətinizdən nə qalır, o ki ola mifik “ikinci erməni dövləti”ndən. Və görək ondan sonra kimin arxasında gizlənib bizə “xox” gələcəksiniz...

Bizim partnyorlarımız

Лента новостей

Предыдущие новости