Свобода людям, независимость нациям!

İstanbulda Turan qurulur!

2281 12.11.2021 16:48 Колумнисты A A

1989-cu ildən Türk Evi, Türk Birliyi, Yeni Turan yazırıq.

Qurduğum qəzetlərdən birinin adı da "Yeni Turan" idi... (1993)

O zaman bəzilərinə xəyal kimi gəlirdi...

İnanmamaq bir yana, qarşı olanlar vardı.

Müsavat Partiyasının içində illərlə "türkçülük yoxsa liberal-demokratiya mücadiləsi" verdik.

Divan qurub, üstümüzə gəldilər, təşkilatı da aparıb Liberal İttifaqa üzv elədilər...

Partiyada liberallar, dünyada və bölgədə türkçülər (türkçülük) qalib gəldi.

...İndi hamı türkçüdür.

İndi hamı Türkiyəçidir.

Liberallar qatı millətçiyə çevriliblər.

Tanrıya şükür!

İstədiyimiz buydu!

Ümummilli qələbə də budur!

İndi Azərbaycanın və Türkiyənin təşəbbüsləri ilə xəyallarımızdakı, ülkülərimizdəki sürəc (proses) gedir.

Türk Birliyi arzusu Türk Dövlətləri Təşkilatı adı ilə gerçəkləşməkdədir!

İlham Əliyevlə Ərdoğan Yeni Turanı inşa edirlər!

İlham Əliyev Türk Dünyasının Ali Ordeni ilə təltif edildi


Bir dövlət - bir bayraq deyil...

Ümumtürk Evi!

Türklərin bir dövlətdə birliyi deyil,

Türk dövlətlərinin Birliyi!

Klassik Turan deyil, Yeni Türan!

Mərkəz İstanbul olsun?

Niyə də yox!

Naxçıvanda qurulan təşkilatın baş kəndi İstanbul olsun!

Türklər bir olsun, birlik olsun.

Dünya gözəlləşsin, bölgəmiz yüksəlsin, Azərbaycan Yeni Turanın ən parlaq ulduzu olsun.

Elədir, zatən!

Türkiyə - Azərbaycan birliyindən Zəfər doğdu!

Azərbaycan Qarabağ boyda böyüdü!

Türk dövlətlərinin birliyindən nələr doğar, onu da bilirik!

Vahid Azərbaycana doğru gedirik!

Artıq heç nə xəyal deyil!

Turan ordusu gerçəklikdi!

Macarıstan belə, Turandı!

Yaşasın Yeni Turan!

Bizim partnyorlarımız

Лента новостей

Предыдущие новости