Свобода людям, независимость нациям!

İspaniya “ədaləti”: Arayik Arutyunyan və İparragirre arasında fərq

2703 23.12.2022 14:12 Колумнисты A A

Və ya Milli Məclis Kataloniya separatçılarını müdafiə etsinmi?

 Budəfəki yazımızda İspaniyadan bəhs edək. İspaniya Konqresi dekabrın 22-də keçirilən plenar iclasda “Azərbaycanın Laçın dəhlizi”ndə guya hərəkətin “qarşısını alması və bunun nəticəsində yaranmış humanitar böhranla bağlı” yekdilliklə bəyanat qəbul edib. Bu barədə erməni mediası Ermənistanın İspaniyadakı səfirliyinin Facebook səhifəsinə istinadən məlumat yayıb.

Beləliklə, Fransa, Kanada, Litva, Estoniyanın ardınca İspaniyadan da erməni işğalçıları və separatçıları məmnun edən saxta mövqe açıqlandı.

Bu, həmin İsaniyadır ki, özü separatçılıqdan əziyyət çəkir. Sonuncu dəfə 2017-ci ildə Kataloniyada müstəqillik əleyhdarları ayağa qalxmışdılar. 120 min kataloniyalı əyalətin iki hissəyə bölünməsi barədə Madridə müraciət etmişdilər. Onlar bölgədə İspaniyanın tərkibində ola biləcək Tabarniya adlı yeni muxtar qurumun yaradılması barədə tələblərini irəli sürmüşdülər. Hesab edirdilər ki, Tabarniya iki katalon vilayətini, Barselona və Tarraqonanı birləşdirən tarixi bölgədir.

Bəs, İspaniya hakimiyyəti nə etdi? Separatçıları cəzalandırmaq üçün hərəkətə keçdi, nəinki onların nazı ilə oynadı, onlalara “Laçın dəhlizi” ayırdı, ərazilərində ayrıca hökumət, ordu, polis qurmalarına imkan yaratdı...Uzun söhbətdir, amma rəsmi Madridin separatçılarla mübarizəsində son vaqeəni xatırladaq. Elə bu ilin 31 oktyabrında İspaniyanın Milli məhkəmə kollegiyası ölkə ərazisində fəaliyyət göstərmiş ETA separatçı təşkilatının rəhbər şəxslərindən olmuş Soledad İparragirre Geneçeanı 425 il müddətinə həbs cəzasına məhkum etdi. Məhkəmə hökmündə qeyd olundu ki, İparragirre 1985-ci ildə Vitoriya şəhərində futbol stadionunun yaxınlığında partlayış törətmək cəhdində təqsirli bilinib. Qərarda bildirilir ki, qadın stadionun yaxınlığında avtomobilə partlayıcı quraşdırsa da, hadisənin qarşısı polis əməkdaşları tərəfindən alınmışdı.

Bəli, 1959-cu ildə İspaniyanın şimalında yaradılan və 2018-ci ilədək fəaliyyət göstərən separatçı ETA təşkilatı 820-dən çox insanın ölümünə səbəb olub. Amma Qarabağdakı separatçı-terrorçu rejimin də iştirakçısı olduğu işğal, terror əməlləri zamanı Azərbaycan 30 ildə 30 mindən çox itki verib və bu itkilər bu gün də davam edir, mina terroru ilə bağlı faktlar ortada!

Diqqət edin, İspaniyada da 120 min separatçıdan söhbət gedir...Erməni separatçıları iddia edirlər ki, Qarabağda onların sayı 120 mindir, faktiki saylarını azı 4 dəfə artırırlar və ayrı-ayrı paytaxtlar da bu saxtakarlığa şərik olur. İspaniya parlamenti 120 min separatçının ağzından vurduğu halda, Qarabağdakı 25-30 min erməninin saxtakarlığında payçı olur, heç bir əsas olmadan Azərbaycanı ittiham edir, guya “humanitar fəlakət” yaşatmaqda suçlayır.

425 illik həbsə məhkum edilən Soledad İparragirre daha qorxulu cinayətkardır, yoxsa “Gəncənin raketlə vurulmasını mən əmr etmişdim”-deyən və bu gün hətta Avropanı sərbəst dolaşmaq imkanı yaradılan – barəsində 4 maddə ilə cinayət işi qaldırılsa da, İnterpol axtarışına verilsə də - Arayik Arutyunyan?! Necə olur İspaniya Kataloniya separatçılarını beşikdəcə boğur və kimsə Madridə separatçıların yolunu açın, azadlıq verin, çağırışı etmir, amma ispan parlamentarlar Azərbaycanın daxilində ikinci erməni dövləti yaratmaq istəyən bir ovuc qulduru YEKDİLLİKLƏ müdafiə edir! Buna ad qoymağa adam çətinlik çəkir.

İndi nə edək, Azərbaycan olaraq Kataloniya separatçılarının müdafiəsinəmi qalxaq? Bəlkə Azərbaycan Milli Məclisi də Kataloniya separatçılarını müdafiə barədə qətnamə qəbul etsin...

Yekun olaraq: Qarabağ məsələsinin həll layihələrindən biri İspaniyanın paytaxtında hazırlanmışdı, adını “Madrid sənədi” qoymuşdular. İspaniya bu “ədaləti” iləmi Azərbaycanın torpaqlarının azad olunmasına nail olacaqmı?!

 

Bizim partnyorlarımız

Лента новостей

Предыдущие новости