Свобода людям, независимость нациям!

İrəvanın Ukrayna gözləntisi – öz ağasını Qərbə neçəyə dəyişəcək?

1460 20.03.2022 16:20 Колумнисты A A

BMT-nin Azərbaycan nümayəndəsinin Şuşa səfəri, orada dövlət bayrağımızla BMT bayrağının yanaşı dalğalanması ermənilərə əməllicə od vurub, kapitulyant ölkədə əsl isterika yaradıb. İqtidarlı-müxalifətli neçə gündür yenə biz tərəfə hürürlər. Hətta BMT-nin İrəvan koordinatoru Lila Peters beynəlxalq hüququn bütün normaları ayaqaltı edilərək, Ermənistan XİN-ə çağırılıb və ona “etiraz” bildirilib. Sanki təşkilatın Bakı təmsilçisi Şuşaya yox, ermənilərlə hansısa şərikli şəhərimizə səfər edibmiş!

Bu yerdə “it və karvan” haqda məşhur məsələmizi və Azərbaycan XİN-in erməni sırtıqlığına cavabını yada salıb üstündən keçmək də olardı. BMT-nin Ermənistandakı koordinatorunun olayla bağlı soyuqqanlı reaksiyasını, ermənilərin qane edən mövqe bildirməməsini və rəsmi İrəvanı faktiki pərt eləməsini də vurğulamaq olardı (Nə deyəsi idi ki, xanım Peters beynəlxalq hüquq hərləməyən azğın haylara, nəyi onların yadlarına salmalı idi? Məgər BMT TŞ-nin Qarabağa dair qətnamələri özlüyündə hər şeyi demir? Azərbaycan BMT-yə Şuşa ilə, Qarabağla birgə üzv olmayıb ki?).

Bunlar öz yerində. Bir əmma olmasaydı.

Görəsən ordusu darmadağın edilmiş, iqtisadiyyatı quyunun dibində, inkişafı Azərbaycan və Türkiyəsiz mümkün olmayan və üç cüt bir tək erməninin qaldığı bu miskin və “iqzoy” ölkə belə cəsarəti hardan alır? Bizimlə sülhdən, sülh müqaviləsindən dəm vuran rəsmi İrəvan 44 günlük savaşın vurduğu ağır yaraları “yalamaq” əvəzinə nədən yenə odla oynayır, öz həddini aşır və ayıbına kor olmaq yerinə hələ də yuxarıdan gedir, “miatsum” xülyası ilə yaşayır?

Əlbəttə ki, erməni bu hünəri ən əvvəl Qərbdəki havadarlarından alır. Ukrayna xalqı işğala, separatizmə qarşı mücadilə verdiyi, tarixi dirəniş göstərdiyi bir vaxtda (!!) Avropa Parlamentində keçən həftə qəbil edilən və erməni separatizminə, erməni yalanlarına dəstək ifadə edən növbəti təxribatçı qətnamədən götürür! Təxminən eyni gündə ABŞ Konqresinin Qarabağ anklavındakı xunta rejiminə daha 2 milyon dollar yardım ayırması haqda qərarından ilhamlanır! Rusiya Müdafiə Nazirliyinin anklavdakı yaşayış məntəqələrimizin adlarını uydurma erməni adları ilə adlandırmasIndan alır! Rusiya Müdafiə Nazirliyi rəsmisinin “Suriya və Dağlıq Qarabağ Ukraynaya humanitar kömək göndərib” kimi anti-Azərbaycan demarşlarından ruhlanaraq qudurur! Rusiya “sülhməramlı” qüvvələrinin 10 noyabr kapitulyasiya aktının erməni silahlı quldurlarının Qarabağdan çıxarılmasını tələb edən 4-cü bəndini ilyarımdır qulaqardı eləməsindən cəsarətlənir! Nəhayət, ABŞ, Rusiya və Fransa səfirlərinin hələ də qədim şəhərimiz Şuşaya səfər eləməməsindən qaynaqlanır!..

Yadınıza gəlir? Üç ölkə səfirlərinin Şuşaya getməkdən imtinasını erməni tərəfi həmin ölkələrin guya ərazi bütöylüyümüzü tanımaması və Şuşanı erməni şəhəri saymasının təsdiqi kimi yozmağa çalışmışdı. Yəqin indi də ümid edirlər ki, Ukraynadakı müharibənin qalibi kim olur-olsun, Qərb və Rusiya “artsax məsələsi”ndə çəkici yenə bir yerə vuracaqlar. Axı erməni onların ortaq “bic balası”dır. Yaxud Rusiya zəifləsə və öz hayında olsa, onda qaçıb dərhal Qərbin çətiri altına keçəcəklər. Artıq buna hazırdırlar da.

Bax bu yöndə ciddi düşünməyimizə dəyər. İşimizi möhkəm tutmalıyıq. Unutmayaq, söhbət öz ağasını anındaca dəyişib üstündən “su içməyi” əla bacaran, maşa olmağı sevən, satqın və nankor bir qəbilədən gedir...

Bizim partnyorlarımız

Лента новостей

Предыдущие новости