Свобода людям, независимость нациям!

İrəvan və Xankəndidə Azərbaycan əleyhinə demarş- Lənət şeytana...

5758 24.04.2022 00:44 Колумнисты A A

“Qarabağın sahibi bizik... ” şüarı ilə küçələrə çıxan ermənilər Paşinyana, yoxsa bizə güc göstərirlər?

Aprelin 23-də Ermənistanda saxta soyqırımın növbəti yalançı ildönümü bəhanəsi ilə yürüş keçirilib. Rusiya mənbələri yazır ki, əllərində məşəl olan yürüşün əsas şüarı “Biz Qarabağın sahibiyik ” olub. Yürüşdə təxminən gənclərdən ibarət 15 min iştirakçı olduğu xəbər verilir.

Aksiyada demək olar ki, bütün müxalifət qüvvələri, o cümlədən Ermənistanın sabiq quldur rəhbərləri Robert Köçəryan və Serj Sarkisyan da iştirak edib. Yürüş iştirakçılarının əlində “artsax”ın əski parçası, eləcə də qondarma soyqırımı tanımış ölkələrin bayraqları da olub. “Bu, bütün ermənilərin birləşmə marşıdır” deyə, müxalifət liderlərindən biri İşxan Saqatelyan bildirib. O, həmçinin qeyd edib ki, bu, “Dağlıq Qarabağın təslim olmasına töhfə verən hakimiyyətə qarşı yürüşdür”.

“Soyqırım yürüşü” adı altında əslində anti-Azərbaycan və anti-Türkiyə mahiyyəti daşıyan daha bir aksiyanın Xankəndidə də keçirildiyi bildirilir. Erməni saytları Xankəndidə keçirilən yürüşdə qəbul edilən bəyanatdan sitatlar veriblər. Araik Arutyunyanın “başının altından çıxan” bu cızma-qarada “2020-ci ilin sentyabrında Azərbaycanın Türkiyənin himayəsi altında Qarabağa qarşı başlatdığı 44 günlük müharibə” yada salınır, “böyük ərazi itkilərinə məruz qalsa da, minlərlə oğulun fədakar səyləri nəticəsində erməni xalqına qarşı yeni hücumun qarşısını almağın mümkün olduğu” deyilir. Ermənilər beynəlxalq birliyi “ümumbəşəri dəyərlər daşıyan Qarabağ xalqına qarşı” əməllərin qarşısını almağa çağırış edib. Xankəndidəki məşəl yürüşü əks etdirən fotolar hələ yayılmadığı üçün aksiyada iştirakçıların sayı, ümumiyyətlə həqiqətən keçirildiyi haqda dəqiq bilgi yoxdur. Amma bu, prinsipcə, ermənilərin 23 aprel demarşının mahiyyətini dəyişmir...

tia_8d1dd996dd1dbe90a1be5331371787ff_uz13s6vek8rt0jobl4n2.jpg (22 KB)

İrəvanda məşəl aksiyasının əsas şüarının “Qarabağın sahibi bizik” olması şübhəsiz Ermənistanda revanşistlərin yenidən ayaqlandığını göstərir. Şər qüvvələrin iki təmsilçisinin -Köçəryan və Sərkisyanın aksiyanın əsas fiqurantları olması, Qarabağla bağlı şüarın ön plana çıxarılması bu cütlüyün “torpaq sevgisindən” irəli gəlmir. Onların quyruq acızı var- haqq-hesabları hakimiyyətlərini əllərindən almış baş nazir Nikol Paşinyanladır. Bunu heç gizlətməyiblər də...

Saxta soyqırım adı ilə küçələrə topladıqları gənclərdən istifadə edərək, həm antitürk əhval-ruhiyyəsini qızışdırıblar, həm də bu ağılsız kütləni alətə çevirərək Paşinyanın üzərinə qaldırmağa cəhd ediblər. Niyə bu qondarma tarixi fürsət bilib, “Qarabağa sahibləndikləri”nin səbəbi də bəllidir. Başqa vaxt onlar bu kütlənin heç onda birini küçələrə çıxara bilmirlər. Çünki Köçəryan-Sərkisyan hakimiyyətindən erməni xalqı yetəricə bezib, onların sözlərinə və səmiyyətinə inanan qalmayıb. Paşinyan əleyhinə çoxminli aksiya keçirmək indi bu erməni siyasi dəllaları üçün bir xəyaldır. O səbəbdən ermənilərin bugünkü siyasi şousuna iki aspektən baxmaq lazımdır.

1628093520_pashinyan.jpg (48 KB)

Əvvala, Ermənistanın baş naziri sülh sazişinin imzalanmasına prinsipial razılıq verəndən sonra erməni cəmiyyətinin xüsusi təpkiləri görünmür.

Heç kim özünü “sülh razılaşması imzalanmasın” deyə Respublika meydanında nümayişkaranə yandırmayıb ki...?! Ermənilərin Azərbaycan və Türkiyə ilə barışıq etməsi ayrı söhbətdir, heç bizim elə niyyətimiz də yoxdur. Onlarla dostluq bitib, sadəcə, iki müharibə edən tərəflərin sonda imzaladıqları qarşılıqlı ərazi bütövlüyünün tanınması haqda müqaviləyə imza atmalarını istəyirik. Yəni erməni cəmiyyətinin əhvalı haqda indi spekulyasiyalar var. Son açıqlaması göstərdi ki, heç Paşinyan da hələ müəyyən edə bilmir ki, erməni cəmiyyəti ondan nə istəyir.

1438162015.jpg (85 KB)

İkinci məsələ isə əlbəttə ki, qondarma aksiyadakı Qarabağla bağlı şüardır. “Qarabağın əsl sahibi bizik” kimi qıcıqlandırıcı şüarı ön plana çıxarmaqla revanşistlər təkcə Paşinyan hakimiyyətini deyil, Bakının əsəblərini sınağa çəkmək, qıcıq yaratmaq istəyiblər. Onlar əllərinə götürdükləri qondarma bayraq kimi, bu şüarın da gerçəkliklə əlaqəsi yoxdur. Qarabağın əsl sahibi Azərbaycandır, bunu 44 günlük müharibənin nəticəsi də təsdiqləyib. Qarabağa qayıtmış köçmən ermənilərin statusuna əlbəttə ki, aydınlıq gəlməlidir. Status dedikdə isə onların vətəndaşlığı aydınlaşmalıdır. Ya vətəndaşlığı qəbul et, ya rədd ol get. Həll ediləsi yeganə problem bu deyil, amma ermənilər özlərini Qarabağın əsl sahibi olmağın deyil, əsl Azərbaycan vətəndaşı olmağın qayğısını çəkməlidirlər. “Qarabağın əsl sahibi bizik” demək, “Paris də, Vaşinqtion da bizimdir” demək qədər acı gülüş doğurur...

Amma biz gülmürük, çünki 1988-ci ildə də hər şey belə şüarlardan başlamışdı. İndi ermənilər həqiqətən yenidən düşmənçilik havasını giriblərsə, bundan çətin ki, xeyir tapalar. Araik unudub ki, ayaqqabısının bir tayını Şuşada qoyub Xankəndinə qaçıb uzaqdan ermənilərin necə zəbun olduğuna tamaşa edirdi. İndi isə “dünya ictimaiyyətinə” müraciət edir.

Bunları Qarabağdan son nəfərinədək birdəfəlik qovmaq lazım idi. Lənət şeytana...

 

Nazim SABİROĞLU
Musabvat.com

Bizim partnyorlarımız

Лента новостей

Предыдущие новости