Свобода людям, независимость нациям!

İrana molla lazımdır

1675 02.02.2023 12:21 Колумнисты A A

“El dəli olanda mollaya gedər, molla dəli olanda hara gedər?”

(Atalar sözü)

İran beynəlxalq münasibətlərdə elə kobud, əcaib davranır ki, buna heç bir ad qoymaq mümkün deyil. Azərbaycan səfirliyinə hücum edib qətl törədəni əvvəlcə guya itmiş arvadını axtaran biri elan etdilər. Terrorun qanı soyumamış səfirliyin binasında ondan televiziya üçün intervü aldılar. Bu, ümumiyyətlə, dünya tarixində görünməmiş hadisə idi - cinayətkar qətl yerində kamera önünə keçib şəstlə intervü verirdi. Yəqin İranda “Ay Zaur” verilişi yoxdur, əks halda, onu həmin verilişə də çıxarardılar. İndi isə onu psixi xəstə elan ediblər.

Bir neçə il qabaq, konkret yazsam, 2020-ci ilin 8 yanvarında Tehran-Kiyev reysi ilə uçan sərnişin təyyarəsi hava limanı üzərində raketlə vurulmuşdu. O zaman da İran ilk günlər bunu boynundan atırdı. Deyirdilər nasazlıq olub. Mühərrik işləməyib və sairə. Ancaq 176 bədbəxt insanın həlak olduğu o qəzanı araşdıran hər kəs raket versiyasını təsdiqlədi, nəhayət, İran bunu səhvən elədiyini boynuna aldı, üzr istədi. Halbuki az öncə hadisəni molla rejiminin başçıları “İrana qarşı psixoloji savaşın bir üsulu” adlandırmışdılar.

Sözümü ona gətirirəm ki, İran olan yerdə psixoloji arqument təzə şey deyil. Bunun da elmi səbəbləri var. Görkəmli psixoanaliz baniləri, məsələn, Ziqmund Freyd dinlə, kor inancla çox aludəçiliyin insanın psixoloji problemlərindən yarandığını, o cümlədən aşırı dindarlığın psixi pozğunluğa apardığını yazmışlar. Əslində bunun heç elmi izaha-zada ehtiyacı yoxdur, necə deyərlər, İsfahana getmək lazım deyil, din fövqəltəbii qüvvələrə inancdırsa, adamlar cəhənnəmdəki əcinnələrə, göyün yeddi qatındakı mələklərə, nə bilim, peyğəmbərin ata minib uçmasına inanırlarsa, belə adamların gözünə səfirlikdə gizlənən zənənlərin görünməsi mümkün deyilmi? Mümkündür. O cümlədən İran bu gün bütövlükdə bir dəlixanadır, ifadəyə görə psixi xəstələrdən üzr istəyirəm. Dünya şöhrətli rejissorlarını türməyə basan, insanları siyasi, hətta adi məişət baxışlarına görə (məsələn, yaylığı necə örtmək) qətlə yetirən rejimə necə ağıllı deyə bilərik?

İrandan bizə davamlı şəkildə tonlarla narkotik maddə daşınır, bu maddələr də insanların başını xarab eləmək, psixi problemlər qaynağıdır. Deyəsən, orada ağlı başında olan hökumət nümayəndəsi tapmaq çətindir.

Elə Naxçıvandakı vəzifəlilərin vəziyyəti kimi. Bugünlərdə məlumat gəldi ki, orda türmənin rəisini tutublar. Korrupsiya və sairə - məlum cinayət buketi ilə. Bu buket, deyəsən, orada hər məmurun əlində varmış. Yoxsa necə izah etmək olar ki, Naxçıvanda hələlik 1 dənə də təmiz dövlət qulluqçusu tapılmamışdır? Maliyyə, təhsil, gömrük, səhiyyə, prokurorluq, polis, DTX, səfərbərlik, icra, bələdiyyə, Ali Sovet, memarlıq, qida təhlükəsizliyi, siçan-pişik idarəsi, sirk, gözəllik salonu, masajxana, rəsədxana,  canım sənə desin, çayxana, kababxana, dönərxana və sairə - indiyədək Naxçıvanda qüsurlar aşkar edilən, başçıları tutulmaq, yolunmaq, basılmaq, qazlanmaq, üzr istəyirəm, pazlanmaq və sairə cəzalar alan məmurların, onların iş sferalarının qısa siyahısı bu cürdür. Sanki o boyda muxtar respublikada damazlıq üçün 1 (!!!) nəfər düz işləyən tapılmamışdır!

Bu da sənə örnək... Biz də Naxçıvana baxıb düzlənirdik, oranı öz avanqardımız, öndə gedənimiz sayırdıq. Lakin Naxçıvanın gününə yaxşı dillə ağlayan ağıçı zənənlər, cin qovan, cadu bükən, dua yazan mollalar lazım imiş.

Elə İranın da, bir az absurd görünsə də, yaxşı mollaya ehtiyacı var. Fatihəsini vermək üçün. 

Bizim partnyorlarımız

Лента новостей

Предыдущие новости