Свобода людям, независимость нациям!

İnhisarçılığın Ararat dağı

1280 06.06.2023 10:22 Колумнисты A A

“Görünən dağa nə bələdçi?”

(Azərbaycan ata sözü)

Öncə bir feyk-informasiya haqda. Ermənistan-Azərbaycan davasının barışıqla bitməsi üçün son çağlar çox böyük imkanlar yaranıb. Detalları sadalamaq istəmirəm, özünüz məndən yaxşı bilirsiniz. Ancaq bu barışıq əleyhinə də səslər var. Təbii qarşılayırıq, o qədər qan axan davanı bir-iki günə unutmaq olmaz, bəlkə heç lazım da deyil. Sadəcə, olanları unutmadan dinc yanaşı yaşamağın hansısa yolunu tapmalıyıq. Bu yol hələ tapılmamış ona süni əngəllər yaradılır. Onlarin bir qismi yalan xəbərlərdir.

Məsələn, Ermənistan bizim ərazi bütövlüyümüzü tanıdığını bəyan edib. Bunu qeyri-səmimilik adlandıranlar isə (həm bizim mediada, həm ermənilər arasında) ortaya belə arqument irəli sürürlər: “O zaman Ermənistanın konstitusiyasından Türkiyəyə ərazi iddialarını və Dağlıq Qarabağın müstəqilliyinin tanınması maddələrini çıxartsınlar”.

Bunun ikisi də yalandır. Ermənistanın ana qanununda heç bir “Dağlıq Qarabağ”, lap onlar kimi desək, “artsax” teması yazılmayıb. “Türkiyəyə ərazi iddiası” adı altında isə bir az gülməli mövzu yatır. Bu mövzu dövlət gerbinə aid maddənin içindədir. Orada yazılıb ki, Ermənistanın gerbində Ararat dağının şəkli var.

Nə olsun? Bəyəm bunu Türkiyəyə ərazi iddiası saymaq olar? Türklərin Ağrı dediyi bu Ararat dağının adı əslində heç erməni sözü də deyil, Assuriya dövründən qalma, Urartu dövlətinin adını yaşadan toponimdir. Ermənilər bu dağa Masis deyirlər.

Ümumiyyətlə, gerbdə, bayraqdakı şəkilə görə xəyallara düşmək gülünc işdir. Ona qalsa Rusiyanın gerbindəki ikibaşlı qartal qədim Səlcuqilər türk dövlətinin bayrağındakı qartalın az qala eynisidir. Biz buna əsasən “Rusiya Səlcuq dövlətidir” deməliyik? Yaxud Mozambikin gerbində, bayrağında Kalaşnikov avtomatının rəsmi var, buna görə Mixail Kalaşnikova rüsum ödəmirdilər ki. Nəhayət, bizim də bayrağımızda Ay var. Deməli, biz Aya iddia edirik? Etmirik. Uzun sözün qısası, Ermənistan konstitusiyasında “Ararat” sözünün olması Türkiyə-Ermənistan, Ermənistan-Azərbaycan münasibətlərinin qurulmasına heç bir maneə törətmir. 

Əsas mövzumuz isə yenə konstitusiyadır, sadəcə, bizim ana qanunu yada salmağa balaca ehtiyac yarandı. Bugünlərdə sosial müdafiə və əmək nazirimiz Sahil müəllim belə bir mübahisəli fikir söyləmişdir: “İş yerlərinin açılması məsələsi dövlətin üzərində olmamalıdır. Dövlət çox böyük bir yükü davamlı olaraq öz üzərinə çəkməli deyil”.

Bu sözlər xalqın müəyyən təbəqələrində qıcıq oyadıb. Prinsipcə, doğrudan da əgər biz bazar iqtisadiyyatı qurmuşuqsa, iş yerini də sahibkarlar, iş adamları açmalıdır. Nazir bu mənada düz istiqamətdədir. Lakin bizdə bazar iqtisadiyyatı yoxdur axı. Bütün iri şirkətlər dövlətə tabedir. Bircə işıq özəlləşdirilmişdi, onu da “Barmek”dən tutub geri aldıq. 90 faiz gəlirimiz neft-qaz sektorundandır, o da rəsmən dövlət şirkətinin əlindədir. Orta və kiçik biznesi ağlamağa bir yaxşı ağıçı arvad lazımdır, çünki bu biznes rəhmətə gedibdir, ortada leşi iylənir. Monopolist iri market şəbəkələri xırda ticarətin, monopolist aqroparklar kənd təsərrüfatının başında turp əkib. Belə olan şəraitdə (necə deyərlər), niyə dövlət yaxasını qırağa çəkməlidir? Başqa iş yeri yaradan qalmayıb axı. Xarici investoru da, maşallah, “iti qovan kimi” qovmusunuz, əksinə, həmişə bəyan edilir ki, bizim xarici pullara ehtiyacımız yoxdur, özümüz donor ölkəyik. Xaricilər burada hətta QHT, media da aça bilməz. Nəinki adi peraşki sexi. O zaman loru dildə sual verirəm: bizə iş yerini kim açmalıdır?

Əks sual da var: niyə bizim camaat xaricdə iş yeri aça bilir, burada aça bilmir? Niyə Rusiyada, Türkiyədə azərbaycanlı milyonçular, hətta milyarderlər var, bura gələndə arx quruyur?

Bəs bu mövzunun ana qanunumuzla nə əlaqəsi? Onu da yazıram, yalnız bir maddə ilə, çoxunu saymağa həvəs yoxdur: “Azərbaycan dövləti bazar münasibətləri əsasında sosial yönümlü iqtisadiyyatın inkişafına şərait yaradır, azad sahibkarlığa təminat verir, iqtisadi münasibətlərdə inhisarçılığa və haqsız rəqabətə yol vermir” (maddə 15). Gör nə gözəl sözlərdir!

Zəhmət çəkin, bunları təmin edin, camaat da işləyə bilsin.

Bizim partnyorlarımız

Лента новостей

Предыдущие новости