Свобода людям, независимость нациям!

İki Oktyabr – 1991-ci ilin əvvəlində 90+ faizlə qorunan SSRİ ilin sonunda süqut etdi

2883 18.10.2023 10:00 Колумнисты A A

Bu gün ölkə tarixinin önəmli, fərəhli günlərindən biridir. Azərbaycan Respublikasının Ali Soveti 1991-ci ilin oktyabr ayının 18-də keçirilən iclasında “Azərbaycan Respublikasının dövlət müstəqilliyi haqqında” konstitusiya aktını qəbul edib.

Tarixə “QKÇP qiyamı” kimi düşən inqilabi hadisədən sonra belə bir aktın qəbul olunacağı gözlənilirdi. SSRİ-nı silah zoruyla, komendant saatı tətbiq edərək, yaxın günlərdə əl atacağı repressiv tədbirlərlə qoruyub saxlamağa çalışan ölkə rəhbərliyi (Qorbaçov və bir-iki adam xaric) bu addımları ilə SSRİ-nin dağılmasını daha da sürətləndirdilər.

Artıq avqustun axırlarından başlayaraq, SSRİ-yə daxil olan müttəfiq respublikalar öz müstəqilliklərini elan etməyə başlamışdılar. Çünki Rusiya Ali Sovetinin sədri (sonradan Rusiya prezidenti) Boris Yeltsinin tankın üzərinə dırmaşaraq anti-QKÇP nitqi söyləməsinin və onun gənc demokratlardan ibarət komandasının dirənişinin hesabına 3 günlük ev dustaqlığından sonra yenidən hakimiyyətə qayıdan Mixail Qorbaçov Sovet İttifaqı Kommunist Partiyasının fəaliyyətini yasaqlamışdı. Kommunistlər yerlərdə real hakimiyyətlərini itirmişdilər, ölkədə xaos yaranmışdı və respublikalar bu situasiyadan öz bildikləri kimi çıxırdılar.

Azərbaycan müstəqillik bəyannaməsini hələ avqustun 30-da elan etmişdi, oktyabrın 18-də isə konstitusiya aktı qəbul edərək onu sənədləşdirmək lazım gəldi və deputatlar xüsusi çək-çevirə salmadan, qızğın müzakirələr aparmadan bu aktı qəbul etdilər.

a9d7ee825f1a2d408b4b13d3e0601540.jpg (107 KB)

Bəlkə də SSRİ vitse-prezidenti Gennadi Yanayevin rəhbərlik etdiyi ölkə rəhbərliyi Qorbaçovu 1964-cü ildə Nikita Xruşovun başına gətirilmiş oyunun ssenarisi ilə vəzifədən uzaqlaşdırmaq təşəbbüsü göstərməsəydi, bu dövlət hələ bir neçə il də duruş gətirəcək və ya ümumiyyətlə, tam süqut etməyəcəkdi.

Çünki “məşum avqust”dan 6 ay öncə, mart ayının 17-də ölkədə SSRİ-nin saxlanmasına dair referendum keçirilmişdi və 6 müttəfiq respublikadan başqa, bütün SSRİ əhalisi qırmızı rus imperiyasının saxlanmasına “hə” demişdi.

SSRİ-nin saxlanmasını istəməyən ölkələr aşağıdakılar idi: Latviya, Litva, Estoniya, Gürcüstan, Ermənistan və Moldova. Bu respublikalar referendumu boykot etmişdilər. Bu da o anlama gəlirdi ki, onlar SSRİ-nin saxlanmasını yox, dağılmasını istəyirlər.

497460.jpg (119 KB)

Rusiya, Azərbaycan, Ukrayna, Belarus və Orta Asiya respublikaları isə referendumda can-başla iştirak etmiş və SSRİ-nin saxlanmasına az qala yekdilliklə (90+ faizlə) “səs vermişdilər”.

Əslində o zaman xalqımız SSRİ rəhbərliyinin Azərbaycana münasibətindən, Qarabağ münaqişəsində ermənilərə himayədarlıq etməsindən narazıydı. Üstəlik, SSRİ rəhbərliyinin birbaşa əmri ilə Bakıda qırğın törədilmiş, dinc insanlar həlak olmuşdu. 20 Yanvar faciəsinə görə 40 gün matəm saxlayan, sovet dövlətinə, demək olar ki, itaətsizlik göstərən xalq bu yamanlığı unutmamışdı. Ancaq hakimiyyətə yiyələnmiş Ayaz Mütəllibovun komandası getdikcə təşəbbüsü ələ almış, qatı Moskvapərəst siyasət yeritməyə, özünü itaətkar göstərməyə başlamışdı. Bu baxımdan SSRİ-nin saxlanmasına dair Azərbaycandan gedən səs faizləri reallığı əks etdirmirdi, saxta nəticələr idi.

Ermənistanın referendumu boykot etməsi isə Kremli şantaj xarakteri daşıyırdı. Azərbaycandakı xalq hərəkatının görünməmiş vüsət alması, bütün xalqın Qarabağı qorumağa qalxması səbəbindən Moskva Azərbaycanın cənub-qərb şaqqasını qoparıb sənədləşdirərək Ermənistana peşkəş edə bilməmişdi və ermənilər bundan narazı qalaraq, guya ki, Moskvadan qisas alırdılar.

Baltikyanı ölkələrlə bağlı məsələ çoxdan aydın idi. Onlar Moskvanın patronajlığını heç zaman ürəkdən qəbul etməmişdilər, həmişə Kremlə müxalif olmuşdular. Ona görə də onlardan SSRİ-yə münasibətləri soruşulanda səmimi rəylərini o cür bildirdilər.

Gürcüstan iki il əvvəl Tiflisdə sovet hərbçilərinin törətdiyi qətliama boykotla cavab vermişdi. Moldova isə 1990-cı ilin sentyabrında özünü müstəqil “dövlət” elan etmiş Dnestryanı bölgədə baş qaldıran separatimzdən narazılığını bu yolla bildirirdi.

Referendumdan dərhal sonra “boykot”çu ölkələrdə xoşagəlməz proseslər başlandı. Gürcüstan və Moldovada separatizm ocaqları daha da qızışdı. Heç Ermənistan da cəzasız qalmadı. Həmin ilin mayında Moskvanın Mütəllibov hakimiyyətinə verdiyi rüsxətlə Gəncənin qulağının dibində olan erməni yaşayış məskənləri (keçmiş Şaumyan (kənd) rayonu) boşaldıldı, Qarabağda Azərbaycana məxsus silahlı qüvvələr bir sıra uğurlu əməliyyatlar keçirdilər. İşi belə görən Ermənistan rəhbərliyi dərhal ağıllandı, Moskvaya biət etdi, referendumu boykot edərkən nə yediklərini dilə gətirdi və Moskva onu bağışladı. Beləliklə, bizim işimiz yarımçıq qaldı, ermənilər isə Qarabağda öz mövqelərini qorudular.

Dpxp_VvWwAAJDeB.jpg (54 KB)

Bundan 6 ay sonra SSRİ dağılmağa başladı, bütün müttəfiq respublikalar təxminən eyni vaxtda dövlət müstəqilliyinə dair konstitusiya aktı qəbul etdilər. Bundan 2 ay 10 gün sonra isə dövlətsiz və hakimiyyətsiz qalmış Qorbaçov SSRİ-nin tabutuna 4 mismar çaldı. Beləcə, tarix kitablarında “böyük oktyabr sosialist inqilabı” kimi adlandırılan, əslində bolşeviklərin həyata keçirdiyi dövlət çevrilişindən başqa bir şey olmayan hadisələrdən sonra qurulun qırmızı rus imperiyası tarixə gömüldü.

Ən maraqlısı odur ki, hazırda Rusiyanın yanında cəmi 7 ölkə qalıb, yerdə qalan 7 ölkə isə onunla açıq-aşkar düşmənçilik aparırlar – Ukraynadan Ermənistana qədər.

Bu 7 ölkədən 5 türk respublikasıdır (Azərbaycan, Qazaxıstan, Özbəkistan, Türkmənistan və Qırğızıstan), biri Tacikistan, digəri Belarusdur.

Oktyabrın 13-də Bişkekdə keçirilən MDB sammitində Belarus prezidenti Lukaşenko daha yaxşı birləşməkdən, konsolidasiyadan danışıb. Türk respublikalarının rəhbərləri isə onun oktyabr tezislərinə qulaq asıblar, amma ciddi əhəmiyyət verməyiblər. Çünki hərəsinin müstəqilliyi özünə əzizdir.

Bizim partnyorlarımız

Лента новостей

Предыдущие новости