Свобода людям, независимость нациям!

İki ağalı kölənin “azadlıq eşqi” – Poqosyanın Rusiyaya tuman töhməti

2362 15.10.2023 10:25 Колумнисты A A

Ermənistanda təhlükəsizlik məsələləri üzrə ekspert kimi fəaliyyət göstərən  Vladimir  Poqosyan bu günlərdə Rusiyaya qarşı sərt fikirlər səsləndirib, “yolüstü” Qırğızıstan, Qazaxıstan və Tacikistanı aşağılayan sözlər işlədib.

Öncə bu şəxs haqqında qısaca onu deyək ki, Poqosyan nasist düşüncəli biridir, Qarabağ məsələsində sərt xətt tərəfdarı idi, Azərbaycanla heç bir razılığa getməməyin tərəfdarıydı. Hələ keçən ilin avqustunda o, ermənilərin düşdüyü duruma görə Rusiya başda olmaqla bütün dünyanı suçlayır, “təəssüf ki, erməni xalqı beynəlxalq xəyanətlə üzləşir” deyirdi.

Qarabağda kompakt yaşayan erməni icması qalmayandan sonra Poqosyanın şovinist damarı daha da yoğunlayıb və o, “Noyan Tapan” telekanalının efirində deyib ki, ruslar istəyirlər, ermənilər azad yaşamasınlar, inkişaf etməsinlər. “Rusiya adi tuman tikə bilmir, ruslar alman, ispan, fransız, italyan tumanı geyir” deyən Poqosyan əlavə edib ki, ermənilər Qazaxıstan, Qırğızıstan və Tacikistan kimi kölə olmaq istəmir.

İndi baxaq, görək, “kölə” kəlməsi Ermənistana yaraşır, yoxsa Qazaxıstan, Qırğızıstan və Taciksəna.

Bu adı çəkilən dörd postsovet ölkəsinin içində bu ilin əvvəlinə qədər Rusiyanın açıq-aşkar köləsi olan yeganə respublika məhz Ermənistan idi.

Bu barədə dəfələrlə yazılıb. Gerçəkdən də bir ara Ermənistan Rusiyanın Həştərxan vilayəti kimi idi, hətta Ramzan Kadırovun təhbərlik etdiyi, Rusiyanın federal subyekti olan Çeçenistanın faktiki statusu Ermənistanınkından artıq idi.

Sadəcə, Ermənistanın yeni rəhbərliyi ölkəni Rusiyadan uzaqlaşdıraraq, Qərbə yaxınlaşdıranda silsilə səhvlərə yol verdilər, paralel oyunlar apara bilmədilər, uğurlu manevrlər etməyi bacarmadılar, nəticədə Kreml onların xəyanətindən şübhələndi və yadlaşma prosesi bugünkü durumuna qədər inkişaf etdi.

Hətta Rusiya 2020-ci ilin bu vaxtları Qarabağ münaqişəsinin hərbi yolla həlli məsələsində Ermənistanın xroniki şantajlarına boyun əyərək, Xankəndidəki rejimin əlindəki ərazilərimizin işğaldan azad olunmasının qarşısını alsaydı, İrəvan yenə də “iki ağalı kölə” olmaq istəyəcək, həm Qərblə, həm də Rusiya ilə cilvələşməkdən imtina etməyəcəkdi.

Ermənilərin bəxti onda gətirmədi ki, Ukraynadakı müharibə ilə bağlı Qərblə Rusiyanın arası açıldı, ABŞ və Fransa Ukraynaya kömək etdikcə, Kiyevin Moskvaya müqavimət gücləndi, nəticədə kollektiv Qərblə Rusiyanln arasındakı düşmənçilik dərinləşərək, barışmaz səciyyə aldı və nüvə silahı ilə təhdidə qədər gəlib çıxdı. O zaman Kreml İrəvanın Vaşinqtonla yaxınlaşmasına “düşmənimin dostu düşmənimdir” prizmasından yanaşmağa başladı, Ermənistan rəhbərliyinin öz mövqeyini açıq bildirməsini tələb etdi. Paşinyan hakimiyyəti isə Qərbi seçdi. Rusiya onu nə yarıyoldan qaytarmağı, nə də xalqın əliylə devirməyi bacarmadı.

İndi Poqosyan ermənilərin azadlıq arzusundan, kölə olmaq istəmədiyindən ağız dolusu danışır, amma deyə bilmir ki, Ermənistan indiki halıya “ağa qapısından qovulmuş nökər” vəziyyətindədir. O, geri qayıtmaq istəsə, köhnə xidmətlərini nəzərə alaraq qulluğa yenidən götürərlər, amma gərək yeni ağasıyla əlaqələri tamam kəssin.

Bu yerdə yada ötən əsrin 70-ci illərində Türkiyədə satirik yazıçı Əziz Nesinin başına gəlmiş bir əhvalat düşür. Sol görüşlü yazıçı kommunistlərə rəğbət bəslədiyi üçün qatı antikommunist iqtidarın iradəsi ilə jandarma çağrılır. Uzun söhbətdən sonra jandarma rəisi Əziz Nesinə deyir: “İndi sən istəyirsən ki, biz SSRİ-tulası olaq?” Onun bu sözün cavab verən yazıçı deyir: “Tula olandan sonra Amerikanın və ya SSRİ-nin tulası olmağın nə fərqi var ki”.

İndi mərhum Nesinin sözü olmasın, Rusiyanın köləliyindən xilas olmağa çalışan Ermənistan ABŞ-ın nökəri olacaqsa, nə fərqi olacaq? Yenə də bu kiçik ölkə başıqapazlı vassal olacaq, sadəcə, ola bilər ki, ermənilər yeni ağanın hesabına bir qədər daha yaxşı yaşayacaq, bir az çox pul qazanacaqlar. Bir də, necə deyərlər, yazı-pozu işi artacaq, yeni dil öyrnəmək lazım gələcək.

Yuxarıda adları çəkilən Orta Asiya respublikalarına gəlincə, onların Qafqaz ölkələri kimi anti-Rusiya ovqatına köklənməmələrinin səbəbi “köləlik”ləri ilə bağlı deyildi, milli-etnik, ərazi-torpaq zəminində problemsiz olmaları ilə bağlıydı. Qafqazda ərazi məsələsinə görə düşmən olmuş xalqlar Rusiyadan ədalət gözləyir, Kremlin məhz onların tərəfini tutmasını istəyir, bu, baş verməyəndə Moskvaya asi düşürdülərsə, Orta Asiyada belə bir umacaq yox idi və ağrımayan başlarına dəsmal bağlamaq istəmirdilər.

İndinin özündə də o respublikalardan milyonlarla insan Rusiyada qastarbayter qismində işləyir, vətənlərində on milyonlarla adamın dolanışığını təmin edirlər.

Ermənilər isə, belə görünür ki, artıq nə Rusiyada, nə Rusiya ilə, nə də Rusiyaya işləmək istəmirlər. Onlar üzlərini Qərbə tərəf tutublar.

Fəqət erməni politoloqlar bir şeyi bilməlidirlər ki, 1988-ci ildən bu günə qədər bizim qarşımızda etdikləri ötkəmliyin tək səbəbi “rus xozeyn”in sevimli köləsi olmalarına görəydi. Yoxsa biz hələ 1988-ci ildə dünyanın necə cəhəti olduğunu onlara başa salardıq.

Bizim partnyorlarımız

Лента новостей

Предыдущие новости