Свобода людям, независимость нациям!

Höcətlərin ram edilməsi – Putinin “Valday” çıxışına dair təəssüratlar

2459 06.10.2023 10:00 Колумнисты A A

 

Putinin “Valday” klubundakı çıxışının məzmunu yeni deyil. O, bunu sentyabrın əvvəlində Vladivostokdakı çıxışıında da demişdi. Sadəcə, prezident indi bir qədər təfərrüatlara varıb.

Münaqişənin “onilliklər boyu” davam etdiyini deyən Putin bildirib ki, son 15 il ərzində dəfələrlə erməni dostlara güzəştə getməyi tələb edib.

Fikir verin, həmin güzəştlər nə imiş? Ermənilər Qarabağ ətrafındakı beş rayonu – Ağdamı, Füzulini, Cəbrayılı, Zəngilanı və Qubadlını Azərbaycana qaytarmalı imişlər, əvəzində iki rayonu – Kəlbəcəri və Laçını özlərində saxlayacaqlarmış ki, həm Kəlbəcər yoluyla, həm də Laçın tərəfdən Xankəndi ilə əlaqə olsun.

Göründüyü kimi, Şuşadan söhbət getmir. Sanki bu, ermənilərin dədəsinin və ya ulu babaları Tiqranın saldığı şəhər imiş və elə onlara da qalmalıymış. Ancaq ermənilər buna da razı olmayıblar.

valdayput.jpg (150 KB)

Putinin son açıqlamasında bu barədə belə cümlələr var: “Lakin bizim qarabağlı dostlarımız hər dəfə bizə deyirdilər ki, yox, bu, bizim üçün müəyyən təhdidlər yaradır. Biz isə deyirdik ki, qulaq asın, Azərbaycan böyüyür, iqtisadiyyatı inkişaf edir, bu, neft-qaz çıxaran ölkədir. Əhalisi 10 milyondan çoxdur. Gəlin potensiallarınızı müqayisə edək. Nə qədər imkan var, gəlin güzəşt yolunu tapaq”.

Ancaq tüfənglərinin lüləsi əllərinə yoğun gələn tiqranoidlər onlar üçün əlverişli, bizim üçün isə olduqca qeyri-münasib təkliflə razılaşmayıblar, özlərinə əminliklə Putinin “bəs onda nə edəcəksiniz” sualına “mübarizə aparacağıq”, “döyüşəcəyik” cavabı veriblər.

Əlbəttə, dünya hegemonluğu iddiasında olan bir dövlətin güclü liderinin qarşısında dikbaşlıq etməyin, onun sözünü yerə salmağın cavabı gec-tez yalnız belə ola bilərdi: “Ta özünüz bilərsiniz. O Azərbaycan, o da siz”.

O qədər üçqat istehkamlara, tankkeçməz səddlərə, topdağıtmaz bunkerlərə baxmayaraq, müharibə 44 gün çəkdi. 28 ilin müdafiəyə hazırlığı yerlə yeksan oldu. Azərbaycan ordusu yastanaya çıxmış dağ seli kimi hər yanı süpürləyib aldı, ermənilərin gücü yalnız dünənə qədər eşitmədikləri, təkliflərinə “çee” dedikləri Putinin üstünə qaçmağa, gecə-gündüz demədən zəng etməyə çatdı.

Burada bir məqam da var. Putinin dilindən çıxan “15 il boyunca” ifadəsinin də alt qatına varmaq lazımdır.

ermenl.JPG (54 KB)

Belə məlum olur ki, Putin hələ 2005-ci ildə Ermənistan rəhbərliyinə Azərbaycana güzəştə getməyi, daha dəqiqi, onun olanı ona qaytarmağı, əvəzində ondan güzəşt almağı təklif edirmiş. O zaman Ermənistana Robert Koçaryan rəhbərlik edirdi. Anlaşılan odur ki, Koçaryan da Putinin sözünə baxmırmış. Hətta Koçaryanı əvəz edən Serj Sarkisyan da güzəşt və sülh məsələsində “yox” deyib dururmuş.

Buradan o məna çıxır ki, əgər 2018-ci ildə Ermənistanın rəhbəri postunda Qərbmeylli Paşinyan yox, Kremlpərəst biri olsa, Moskva ona, onun höcətliyinə və kaprizlərinə daha dözümlü yanaşacaq, 44 günlük hərbi əməliyyatın başlanmasına rüsxət verməyəcəkmiş.

Əslində bu ehtimal Putinin məlum çıxışının sonrakı cümlələrində təsdiq olunur. Putin deyir ki, 44 günlük müharibənin ortalarında, müəyyən məqamda Azərbaycan qoşunlarının dayanması barədə razılıq əldə olunub. Putindən sitat: “Düzünü deyim ki, o zaman məsələnin həll olunduğunu düşündüm. İrəvana zəng elədim. Lakin Ermənistan tələb etdi ki, Azərbaycan Qarabağın tutduğu müəyyən ərazilərindən geri çəkilsin”.

Bu, yəqin ki, ordumuzun Hadrutu tutmasından sonra olub və ermənilər də oranı onlara qaytarmağı tələb ediblər. Xahiş də yox, tələb.

Siz qudurmuşluğa, maksimalizmə baxən! Görün, ermənilər reallıq hissini necə itiribmişlər ki, ildırımsürətli əməliyyatlar aparan, “zinvor”ları sayqak sürüsü kimi qabağına qatıb qovan “canavar”larımızın 15 gündən sonra harada bənd alacaqlarını kəsdirmədən hələ bir şərt də qoyurmuşlar: “Azərbaycan ordusu tutduğu yerlərdən çıxsın”.

Əslində onlar bu ovqata qapılarkən, rusların himayəsinə və köməyinə arxayın olublar, düşünüblər ki, bitdi, Moskva məsələyə əl qoydu, indi əməliyyatlar dayanacaq, Azərbaycan ordusu daha irəli getməyəcək, nə qədər qənimətdir, bəzi yerləri də geri alaq.

Ermənilər bu düşüncələrinin nə qədər yanlış olduğunu yalnız Şuşanı itirdikləri zaman anladılar və Xankəndini qorumaq üçün dizlərini Putinin qarşısında yerə atdılar. Amma etiraf edək ki, bunun xeyri oldu. Putin Xankəndinin Azərbaycan tərəfində götürülməsi məsələsini 3 il ləngitdi. Ermənilər isə bu müddət ərzində ağıllanmadılar, nə Azərbaycanla yola gəldilər, nə Rusiya ilə səmimi oldular, “müstəqillik” və “Qərbyönlü siyasət” deyib durdular.

İnsafən, həmin vaxt Rusiyanın araya girməsi Ermənistanla yanaşı, Azərbaycan üçün də sərfəli oldu.

bizimki.JPG (29 KB)

Azərbaycan Xankəndini noyabrın ikinci ongünlüyündə götürməyə girişsəydi (elə də olacaqdı) müqavimət şiddətli olduğuna (“geriyə yol yoxdur, arxada paytaxtdır” düşüncəsiylə) görə ordumuz çox itki verəcəkdi. Eyni zamanda bu itkilərin yaratdığı müharibə psixozu ilə Xankəndiyə daxil olandan sonra həm erməni hərbçilər, həm də silahlı müqavimət göstərən mülki əhali arasında böyük tələfat olacqdı. Bu qaçılmazdır, tarixən müqaviməti çətin qırılan qalalarda döyüşənlərə rəhm etmirlər. Bu isə ölkəmizə qarşı beynəlxalq iddia və ittihamlara rəvac verəcəkdi.

Üstəlik, 10 noyabrda imzalanan kapitulyasiya sazişinə əsasən 3 rayomumuzu güllə atmadan geri aldıq və bu 44 günlük müharibənin iki böyük nailiyyətindən biridir. Üç rayonu işğaldan itkisiz azad etmək böyük uğurdur.

Hazırda Putin bu təfərrüatları ona görə açıq şəkildə deyir ki, ermənilər məğlubiyyətdə əsl günahkarın kim olduğuna barmaq tuşlasınlar. Ancaq bu, heç də yalnız Paşinyan deyil, Koçaryan və Sarkisyan da ermənilərin məğlubiyyətinin baş baiskarlarıdır. Onlar da zamanında çox höcətlik ediblər.

 

Bizim partnyorlarımız

Лента новостей

Предыдущие новости