Свобода людям, независимость нациям!

Hayastanla Avropa İttifaqının “kəbin” mərasimi – Rusiya “toy”u vaya çevirə bilər

2055 25.01.2024 14:38 Колумнисты A A

Ermənistan hökuməti şərti olaraq Ermənistan-Azərbaycan sərhədindəki Avropa İttifaqının (Aİ) monitorinq missiyasının statusu haqqında sazişə müsbət rəy verib. Bu qərar Nazirlər Kabinetinin iclasında qəbul edilib. Məlumata görə, hökumət qərarı Konstitusiya Məhkəməsinə göndərib və müsbət rəy olarsa, ratifikasiya üçün parlamentə təqdim olunacaq.

2023-cü ilin 20 noyabrında Ermənistan xarici işlər nazirinin müavini Paruyr Ovannisyan və Aİ-nin Ermənistandakı diplomatik missiyasının rəhbəri Vasilis Maraqos tərəfindən imzalanan sazişin belə həvəslə dəstəklənməsi heç şübhəsiz ki, nə bölgə üçün, nə də Ermənistan üçün yaxşı perspektivlər vəd eləmir. Fransanın başda olduğu missiyalar indiyədək hansı ölkəyə və bölgəyə xeyir aparıblar ki? Bundan əvvəl Avropa İttifaqı Ermənistandakı müşahidəçilərinin sayını 138 nəfərdən 209-a qaldırdı. Şübhə yoxdur ki, Konstitusiya Məhkəməsi də, Soros uşaqlarının çoxluq təşkil etdiyi parlament də missiyanın statusuna razılıq verəcək.

11-6.jpg (513 KB)

Bu prosedurları Ermənistanla Avropa İttifaqı “kəbinkəsmə” mərasimi də saymaq olar. Artıq Ermənistanın “iki adaxlısı var”, məsələ rəsmiləşib. Bir tərəfdən KTMT, Avrasiya İqtisadi Birliyi və MDB-nin ağuşunda olan Ermənistan digər tərəfdən də Avropa İttifaqı və NATO yoluna can atır. Amma o da aydındır ki, Ermənistanın tarixi ağası və sahibi Rusiya bu özbaşınalığı sakit qarşılamayacaq. Hansısa sürprizlərlə də qarşılaşa bilər Paşinyan komandası. Son zamanlar “Putinin dostu” Rober Köçəryanın oğlu Levonun parlament saatında hətta baş nazirə “Nikol” deyə, xitab etməsi də onun cəsarətinin hardan gəldiyindən xəbər verir. Rusiyameyillilərə hazır olmaları barədə komanda gəldiyi şübhə doğurmur. Hansısa həlledici məqamda hərəkətə keçə bilərlər.

levon-kocaryan-yeni.jpg (66 KB)

Son günlər Rusiya XİN başçısı Sergey Lavrovun davamlı şəkildə Ermənistana sataşması, Paşinyanın açıqlamalarının məntiqsizliyindən bəhs etməsi, Qarabağdakı sülhməramlıların Ermənistana hər hansı aidiyyatının olmadığı barədə xəbərdarlığı da Kremlin Paşinyan hakimiyyətinə nifrətinin diplomatikcəsinə ifadəsidir. Bundan qabaq Mariya Zaxarova ürəyini boşaltmışdı, təsiri az oldu deyə, Rusiyanın baş diplomatı, “təmizqanlı erməni” Kələntəryan şəxsən soydaşlarına xəbərdarlıqlara başladı. Heç şübhəsiz, Lavrovu çox yaxşı tanıyırıq, unutmamışıq aprel döyüşlərindən sonra Azərbaycana qarşı sərgilədiyi ədalətsiz mövqeyini. Hazırda onun təmsil etdiyi ölkə ilə Paşinyan arasındakı uçurum sərt mövqe sərgiləməyi tələb edir və o da bu kursu davam etdirir. Daha durub Priqojinsayağı davranmayacaq ki...

Diqqət etdinizsə, Ermənistanla Avropa İttifaqı arasındakı “mülki missiya” ilə bağlı anlaşma prosesində Rusiya da hərəkətə keçdi, hətta Ermənistana bir neçə il əvvəl vəd edib göndərmədiyi “Smerç”ləri yolladı. Rusiya bununla güman etdi ki, Ermənistanı bir müddət də cilovunda saxlaya biləcək, Avropa İttifaqı ilə daha irəli gedən anlaşmalardan çəkindirəcək. Axı, ermənilər şantaj yolu ilə qazanmaları həyatlarının kredosuna çeviriblər.

Amma tarixən həm də daha sərfəli şərtlərin müqabilində hər cür xəyanətə və satqınlığa gedən haylar öz ənənələrinə sadiq qaldılar:

Rusiyanın “Smerç”ləri əllərində, Avropa İttifaqının qucağında otumağı məqbul saydılar. Kreml bu dönüklüyə sakit yanaşacaqmı? Çətin...

Hələlik Rusiya və Ermənistan arasındakı gərginliyin görünən tərəfi Yuxarı Larsın bağlanan qapılarıdır. Son məlumata görə, 500 yük maşını qalıb keçiddə. Adını “hava şəraitinin pisləşməsi, dumanlı yollar” qoyublar. Amma düşünəndə gerçəkdə havanın deyil, münasibətlərin pisləşən istiqamətdə getdiyini görmək elə də çətin deyil. Ola bilsin Rusiya qırmızı xətti keçən Paşinyanla bağlı “B” planına keçsin. Xatırlatmaq yerinə düşər: Ermənistan parlamentindəki terror hadisəsi Azərbaycanla anlaşma gözlənildiyi ərəfədə törədildi. Hətta Ermənistanın Türkiyə ilə sərhədlərinin açılmasına hesablanmış Sürix protokollarının ratifikasiya olunmaması da rəsmi İrəvanın olmayan siyasi iradəsinin məhsulu deyildi. Təsəvvür edin, Ermənistanı təcrid vəziyyətindən çıxarmağa yönəlmiş bir layihəni pozdu ağası Rusiya. Kreml anlayırdı ki, Ermənistanın Türkiyə ilə sərhədlərini açması, blokdan çıxması, özünə nəfəslik qazanması, Avropaya üz tutmasını sürətləndirə və forpostu əlindən çıxa bilər. Nəticədə Ermənistan rəhbərliyi özünün imzaladığı sənədi belə, parlamentdən keçirə bilmədi. Nə edəcəkdi? Bir az da israrlı olsa, parlamentdəki gülləboran təkrarlanacaqdı...

17019563176413084746571cadd573ef.jpg (53 KB)

İndi anoloji vəziyyət yaranıb. Ermənistan Türkiyə ilə Marqara keçid-buraxılış məntəqəsini təmir edib, Ankaranın qərarını gözləyir. Digər tərəfdən Avropa İttifaqının missiyasını, “mülki” adı altında hərbçilərini, jandarmalarını, casuslarını ölkəyə doldurmaqdadır. “Böyük bacı” başda olmaqla, Avropa İttifaqı Ermənistanın şərti sərhədlərini də ələ keçirməyə, Rusiyanı sıxışdırıb çıxartmağa çalışır. Hətta “özüm qoruyacağam” iddiası ilə Zəngəzur dəhlizinə nəzarəti Avropa emissarlarının ixtiyarına vermək istəyir. Rusiya gözlərini bağlayacaqmı bu prosesə? Qəti şəkildə! Odur ki, Paşinyanla bağlı düymə hər an basıla bilər. Kəsəsi, Kreml Hayastanla Avropa İttifaqının “kəbin” mərasiminin toyla başa çatmasına çətin imkan versin. Tanıdığımız Rusiya hayların bu toy tədarükünü hər an vaya çevirə bilər.

Bizim partnyorlarımız

Лента новостей

Предыдущие новости