Свобода людям, независимость нациям!

Günəş, səhra və dəvələr – demokratiyanı bura necə yapışdıraq?

1534 19.03.2022 12:13 Колумнисты A A

Bəli, bu yaz ərəfəsi günlərdə Azərbaycan Rüstəm İbrahimbəyovla vidalaşırdı. Məhz bu adamın sayəsində biz başqa mədəniyyətlərdən çox şeyi öyrənmiş və sevmişik. Məhz onun sayəsində Mərkəzi Asiya öz səhraları və dəvələri ilə bizə aydın və yaxın oldu. “Şərq incə məsələdir”. Onun personajı, müdrik əsgər, yoldaş Suxov belə deyirdi...

Nəyə görə bu detalların üzərində dayandım? Doğru deyiblər ki, tarix sıçrayışları sevmir. Nümunə üçün uzağa getmək də lazım deyil, müasir Türkmənistana nəzər salmaq kifayətdir, hansı ki, bu günlərdə özünün yeni “prezidentini” – Sərdar Berdimühəmmədovu “seçdi”.

Post-sovet məkanında Türkmənistan həmişə əsl avtoritarizmin nümunəsi olub.

Adətən deyirlər ki, bütün diktatorlar biri-birinə bənzəyirlər. Amma Türkəmənistanın birinci prezidenti Saparmurad Türkmənbaşı əsl orijinal diktator idi. Başqa diktatorların ağlına da gəlməyib ki, öz xalqları üçün dil və din yaratsınlar. Türkmənbaşı onlardan onunla fərqlənirdi ki, hətta çörəyə də anasının adını vermişdi! “Boş vaxtlarında”sa türkmənlər üçün din yaratmaqla, “Ruhnamə” adlı əsərini yazmaqla məşğul olmuşdu. O, Q.Q.Markesin “Patriarxın payızı” əsərindəki diktatora ən çox bənzəyən bir adam idi...

Qurbanqulu da öz sələfindən çox da fərqlənmirdi. O, da Roma imperatoru Neron kimi xalqı üçün mahnı oxumağı sevirdi – guya musiqi bəstələyir və onu nəvələrilə birlikdə ifa edərdi.

Yeni “prezident” Sərdar Berdımühəmmədova gəldikdə isə, onun haqqında hələ az danışır və yazırlar. Çətin ki, bu cavan oğlan Türkəmnistan üçün nəsə yadda qalan bir iş görsün. Başqa vaxt deyirlər ki, o, cavan adamdır və bu səbəbdən də müxtəlif islahatlar apara bilər. Amma yaşın islahata elə də aidiyyəti yoxdur. Böyük Den Syaopin Çində islahatlara başlayanda xeyli qoca idi. Amma o, “səmaaltı dövlətin” iqtisadiyyatını total şəkildə dəyişə bildi. Çinlilər hələ də deyirlər ki, qoca Den Çini varlı ölkəyə çevirdi...

Türkmənistanın yeni prezidentinə gəldikdə, çətin ki, o böyük hakimiyyətdən imtina etsin – axı hakimiyyət şirin şeydir. Bir çoxu belə yazır və danışırdılar ki, Ukraynadakı hadisələr Türkmənistanda hakimiyyətin tranzitini dayandıracaq. Amma bu, baş vermədi – ata Berdimühəmmədov hakimiyyəti oğluna verdi. Güman Türkmənistanın hakim elitasını Ukrayna–Rusiya müharibəsinin nəticələri az maraqlandırır. Onlar çoxdan Rusiyanın “oyun qaydalarını” qəbul ediblər və öz ölkələrini istənilən rejimdə, hətta Aşqabadın Moskvanın adi bir vassalı olacağı təqdirdə də idarə etməyə hazırdırlar.
Mərkəzi Asiya ölkələri post-sovet məkanında vəziyyəti dəyişə bilərdilərmi? Düşünürük ki, bilərdilər, əgər həmrəylik nümayiş etdirsəydilər və hakimiyyətdən bərk-bərk yapışmaq adətini tərgitsəydilər. Bəli, yoldaş Suxov düz deyirdi ki, Şərq incə məsələdir. Ona qədər isə Hegel yazırdı ki, Şərqdə heç vaxt azadlıq olmayıb. Bu səbəbdən də əsl azadlıq uğrunda mübarizə hələ Asiya ölkələrinin uzaq gələcəyindədir.

Amma ki, bu regionun insanları özlərini identifikasiya edə və ya fərqləndirə bilirlər – onlar özlərini ayrıca sosium kimi dərk edirlər. Bu müstəvidə dinin xüsusi rolu vardır. Sovet ittfaqının ilk illərində Mərkəzi Asiyanın millətçi elementləri bolşeviklərə ciddi müqavimət göstərmişdilər, amma onlar yeni hökuməti daha çox “kafirlər”in hökuməti kimi qəbul edirdilər.

Bəli, prinsipcə, zəruri halda bu, indi də baş verə bilər. Amma gəlin nəticələrlə tələsməyək. Bir görək, Ukrayna müharibəsi nə ilə bitir? Belə düşünürük ki, bu müharibə hələ uzun müddət Rusiyanın hərbi resurslarını özünə çəkəcəkdir. Biz hələ iqtisadi resursları demirik – axı sanksiyalar hələ indicə başlayır...

Bizim partnyorlarımız

Лента новостей

Предыдущие новости