Свобода людям, независимость нациям!

Günahsız samboçu

1605 09.09.2023 10:10 Колумнисты A A

“Sağlam bədəndə sağlam ruh olar”

(Vladimir İliç)

Az qala hər gün azı 1-2 idman ustamızın məhkəməsi keçirilir, bu da respublikada idmana yüksək dövlət qayğısının nəticəsidir. Ya kimisə basıb döyürlər, ya yarış zalında adam bıçaqlanır, ya məşqçi balaca uşağı təpiyin altına salıb öldürür... Maşallah, idmançılarımızın cinayət əməlləri zəngindir, rəngarəngdir, koloritlidir. 

Çox zaman bunların törətdiyi əməl məşğulat elədikləri idman növünə uyğun olur, bu da xüsusilə sevindiricidir. Yoxsa harda görünüb üzgüçü güllə atsın, yaxud stend atıcısı adamı vannada boğsun? Yaraşmaz. Keçən ay bir qılnıcoynadanımız kabab şişini qaynatasının qarnına soxmuşdu, hamımız o qədər sevindik ki... 

Sentyabrın 4-də belə peşəkar idmançılarımızdan biri,  Azərbaycan Kikboksinq və Sambo Federasiyasının sabiq vitse-prezidenti Səbuhi Rəcəb 7 il 6 ay müddətinə azadlıqdan məhrum edildi. Səbuhi müəllim ən hörmətli maddələrimizdən biri - dələduzluqda suçlanırdı. 3-4 nəfərə cəmi 341 min manat pul atmışdır, onları müxtəlif yerlərə işə düzəldəcəyi adıyla aldatmışdır və sairə. 

Əgər siz sambo güləşini haçansa müşahidə etmisinizsə bu elə rəqibi götürüb yerə çırpmaq, atmaq, sındırmaq, boğmaq kimi üsullardan ibarətdir. Xüsusilə bunun döyüş sambosu deyilən növü. Səbuhu müəllim də federasiyada məhz döyüş sambosu üzrə vitse-prezident çalışıbdır. Deməli, 3 nəfərə 341 min atmaqla onları məğlub edibdir. 

Təbii, hakim də onun kürəyini yerə vurubdur, insafla danışaq. Lakin məni bu mövzuda düşündürən tamam başqa məsələdir, yuxarıda yazdıqlarım proloq idi. 

Həmin cinayət işinin sorağı srağagün başqa istiqamətdən gəldi:  Səhiyyə Nazirliyinin Əziz Əliyev adına Azərbaycan Dövlət Həkimləri Təkmilləşdirmə İnstitutunun “Ümumi Cərrahiyyə-2" kafedrasının müdiri, professor Əliyev Şahin Həşim oğlu vəzifəsindən azad edildi. 

Sən demə Səbuhi müəllimin pul atdığı yoldaşlardan biri məhz Şahin müəllim imiş. Ondan 250 min manat alıb həmin Təkmilləşdirmə İnstitutuna rektor qoyacaqmış. 

Əslində bu cinayət işi üzrə satirik bir film çəkmək olar, çünki hadisənin kökləri 2018-ci ildə Səhiyyə Nazirinin müavini Abbas Vəlibəyovun ölməsinə gedib çıxırmış. Abbas müəllimin boş qalan yerinə Təkmilləşdirmənin rektoru Nazim müəllim keçmək istəyirmiş. Nəticədə boş qalan rektor yerinə də Şahin müəllim iddialıymış. Və bu məqsədlə işə falçı qadınlar, bəzi başqa nazirliklərin əməkdaşları da cəlb edilib. Lakin it də gedib, ip də. Rektor nazir müavini, professor da rektor ola bilməyib, nəticədə sambisti tutub basıblar. 

Məncə Səbuhi müəllim siyasi dustaqdır, onu azad etmək lazımdır. Birincisi, səhiyyə nazirinin müavini niyə durduğu yerdə ölür? Bəs biz xəstələnəndə hara, hansı cəhənnəmə gedək? Özlərini sağalda bilmirlər. 

İkincisi, rektoru niyə nazir müavini qoymamışlar? Nə üçün məhkəmə bu halı araşdırmamışdır? Bəlkə araşdırmışdır? Mışdırsa, niyə xalqa məlumat verilməmişdir? Məmişdirsə... Nəsə, bu söhbət yaxşı yerə getmir, qayıdaq mövzuya.

Üçüncüsü, sambisti dələduzluğa görə tutursunuz, professoru isə yalnız işdən çıxarırsınız, bəs ədalət hanı? Professor de-fakto və de-yure rüşvət verib vəzifəsini yekəltməyə cəhd göstəribdir. Bəlkə bu, dələduzluq növü deyildir? Əgər Səbuhi müəllim sözünün üstündə dursaydı, indi Şahin müəllimin rəhbərliyi altında həkimlərimizi təkmilləşdirirdilər. 

Allah bizim xəstəxanalarda ölənlərin hamısına rəhmət eləsin. 

Bizim partnyorlarımız

Лента новостей

Предыдущие новости