Свобода людям, независимость нациям!

Gülüstan müqaviləsinin imzalandığı o gün - haylar hardaydı onda?

3183 12.10.2022 12:00 Колумнисты A A

Gülüstan müqaviləsinin imzalanmasından daha bir il ötdü. Azərbaycanın ikiyə parçalanmasının birinci mərhələsi 1813-cü ilin 12 oktyabrında, İran təqvimi ilə 1128-ci ilin şəvval ayının 29-cu günündə, Qarabağ mülkünün Zeyvə çayı yaxınlığındakı Gülüstan kəndində həyata keçirildi, Rusiya imperiyası ilə Qacar dövləti arasında…

Bu gün Arazın bu taylndan o tayına, o tayından bu tayına həsrətlə baxan, “Arazı ayırdılar…” naləsi ilə könlü alışıb-yanan millətin müsibətinin əsası o günlərdə qoyuldu, Bakının Təbrizə, Ərdəbilin Şəkiyə, Gəncənin Zəncana həsrət qalmasının tarixi o qara gündən başlanır...

Biz bu günlərdə I və II Qarabağ müharibələrindən danışırıq. İki əsr əvvəl də Rusiya ilə İran arasında iki müharibə baş verdi və birinci müharibədə - 1804-13-cü illərdə Azərbaycanın bir hissəsi, ikinci müharibədə - 1826-28-ci illərdə isə digər hissələri bölüşdürüldü.

Gülüstan müqaviləsi ilə Azərbaycan xanlıqlarından İrəvan və Naxçıvanı çıxmaq şərtilə, digər bütün xanlıqlar - Talış, Şirvan, Quba, Bakı, Gəncə, Qarabağ, Şəki – Rusiyanın tabeçiliyinə verildi. Böyük Səfəvilər imperiyasını tikə-tikə doğradılar.

Bu gün Ermənistanın “təhlükəsizliyindən”, “sərhədlərindən”, Qarabağ ermənilərinin “hüquqlarından” danışan beynəlxalq boşboğazlar həmin tarixi faktlara, hadisələrin xronologiyasına, 11 bəndlik Gülüstan, 16 bəndlik Türkmənçay sülh - əslində AZƏRBAYCANIN PARÇALANMASI MÜQAVİLƏSİNƏ baxsınlar, görsünlər orda bir kəlmə Ermənistan, erməni, hay, Hayastan ifadələri tapa bilirlərmi?! Bu hadisələrdən bir əsr sonra ermənilərə paytaxt kimi hədiyyə olunan İrəvan hələ Gülüstandakı imzalanmadan 5 il sonra, növbəti müharibədə Rusiyaya pərçim edildi, Azərbaycanın İrəvan xanlığının kitabı da beləcə qapadıldı. Həmçinin Naxçıvan da eləcə…

Amma di gəl, həyasızlığın, abırsızlığın tarixi faktlara kar-kor olmağın nəticəsinə baxın, fransız ordan, ingilis o biri tərəfdən, rus bu biri tərəfdən erməni sırtıqlarına, şarlatanlarına “züy tutur”. Hələ İranı demirik. “Ermənistanın sərhədi bizimçün qırmızı xətdir” deyənləri… Soruşan gərək: Gülüstan və Türkmənistanda o boyda Azərbaycanı dədə malı kimi böldüyünüz zaman erməni harda idi, Ermənistan hansı cəhənnəmdəydi ki, hələ onun qırmızı xətli sərhədi də ola… Hə, sadəcə erməni taununu özlərindən Iraq etmələrini, erməniləri kütləvi şəkildə İran ərazisindən Azərbaycana, İrəvan mahalına, Qarabağa köçürmələrini unutdurmaq üçün xəyali sərhəd çəkirlər, üstəlik ona qırmızı rəng vururlar.

Bu gün Ermənistan və Azərbaycan arasında sərhədlərdən bəhs edərkən unudulur ki, ermənilər bu ərazilərin gəlmələridirlər, onların Azərbaycan xalqı ilə üz-üzə, bərabərhüquqlu xalq olaraq oturması əslində doğru deyil, qabaqlarına nə qoyulursa, yeməli, hansı sənəd məsləhət bilinirsə, imzalamalıdırlar! Yoxsa qudurğanlıq o həddə çatıb ki, hələ Azərbaycanla sərhədlərin keçdiyi ərazinin davasını edirlər, xəritədən danışırlar. Azərbaycan xəritələri ortaya qoysa, faktlara istinad etsə, gərək bir erməni bu bölgədə qalmasın, İrəvan daxil. İrəvan azərbaycanlıların şəhəri olub 19-cu əsrin əvvəllərində, kütləvi köçürmələrdə qədim şəhərimizin etnik tərkibi dəyişdirildi, bu günədək toponimlərimizin adını dəyişib qurtara bilmirlər, özləri də etiraf edirlər. Bircə azərbaycanlı yaşamır azərbaycanlıların şəhərində! Bircə qəbir daşı sağ deyil! Bircə abidə salamat qoyulmayıb. Hə, İrəvan xanından yadigar Göy məscidi saxlayıblar, onun da üstündə “fars mədəniyyət abidəsi” yarlığını yapışdırmaqla. İrəvanın və bu gün Ermənistan adlanan ərazilərin gerçək tarixini bilmək istəyənlər Rusiya tərəfindən Nikolay Rtişey, Qacarlar tərəfindən Mirzə Əbülhəsən xan Elçinin imzaladığı müqaviləyə baxsınlar. Elə Ermənistanla İranı “min illik əlaqələrin birləşdirildiyini” (???) iddia edən İran rəsmiləri də azca soyuq başla düşünsələr, savab olar: iki əsr əvvəl hardaydı haylar? İranda? Hə, onda zəhmət olmasa, hayları qaytarın yerlərinə, onlara dövlət də yaradın, ətrafına yeddi rəngli sərhəd xətti də çəkin, öz işinizdir.

Faktlar danışır: 19-cu əsrin əvvəllərində İrəvanın əhalisi türklərdən ibarət olub. Türkmənistan müqaviləsinin imzalanmasından sonra İrandan 40 min erməni Azərbaycan ərazilərinə köçürüldü. Daha bir il keçdi və Ədirnə sülhünə əsasən, Osmanlı ərazisindən 90 min erməninin də Azərbaycan torpaqlarına köçü tə\şkil edildi. Süni məskunlaşdırma siyasəti Naxçıvan, İrəvan və Qarabağ xanlıqlarının ərazilərində reallaşdırıldı. Rus diplomatı, Çarın İrandakı səfiri Qriboyedov “Erməni əgalisi əsasən müsəlman torpaq sahiblərinin ərazilərində yerləşdirilirdilər, onlar yavaş-yavaş müsəlman əhalisini ərazilərdən sıxışdırıb çıxarmağa başlamışdılar. Biz həmiçinin müsəlman əhalisini düşdükləri çətin vəziyyətlə barışdırmağa və onları inandırmağa çalışmalıyıq ki, bu çətinliklər uzun sürməyəcək və ermənilər müvəqqəti onlara yaşamağa icazə verilən ərazilərdə daimi olaraq qalamayacaqlar”-yazırdı.

İndi erməni havadarları nə qırsaqqız olub yapışıblar yaşamızdan, hay belə getdi, Hayastan elə oldu... Hətta Qarabağdakı bir ovuc erməni üçün də status istəyirlər ölüb-yerə girmirlər bu istəklərinə görə...

Yeri gəlmişkən, Gülüstan müqaviləsinin mətninin hazırlanmasında Böyük Britaniyanın Qacar imperiyasındakı nümayəndəsi Ser Qor Quslinin böyük rolu və təsiri olub. Bu, sıradan bir fakt deyil. Bu gün də Avropa, Qərb dünyası adı çəkilən böyük imperiyaların varisləri ilə faktiki olaraq eyni yanaşma sərgiləyir Azərbaycana münasibətdə. Düzdür, Britaniya fərqli mövqedədir, amma Fransa, ABŞ və digər ölkələrin yanaşması ortada…O zaman Böyük Azərbaycanı parçalayanlar, daha bir əsr keçəndən sonra tarixi torpaqlarımızda erməni dövləti yaradanlar bu gün də Azərbaycanın kiçik bir hissəsində daha bir “ermənicik” yaratmaqdan ötrü dəridən-qabıqdan çıxırlar. Azərbaycana münasibət dəyişmir ki, dəyişmir. Yaşlıların bir sözü var, yerinə düşür: “Bilmirəm biz kimin gözünü basmışıq axı”.

Ermənilər daim dünyada ciddi kataklizmlərin yaşandığı dövrlərdə bəhrələnməyə çalışıblar. Əslində onlara bu şansı tanıyan məkrli çevrələr, güc mərkəzləri olub. Rus-İran müharibələri ermənilərin Qafqazlara, həmçinin Azərbaycana köçünə yaşıl işıq yandırdısa, bir əsr sonar baş verən Birinci Dünya Müharibəsi Azərbaycanın əsas dayağı olan Osmanlının zəifləməsinə və nəticədə Azərbaycan ərazisində erməni dövlətinin yaradılmasına gətirib çıxartdı. Sovet imperiyasının yaradılması isə Azərbaycanın başına növbəti fəlakətlərin gəlməsi ilə yekunlaşdısa, ermənilərin əlavə 3 dəfə çox (!) ərazilərimizi qopartması ilə nəticələndi. Ermənilər düşünürdülər ki, sovet imperiyasının dağılması ilə torpaqlarımızda ikinci dövlət yarada biləcəklər, burunları ovuldu. Amma proses tam bitməyib, çünki Azərbaycanın tarixi ərazilərini iki dəfə iki yerə parçalayanlar bu gün də “sülhməramlı” libasında oyunbazlıqla məşğuldurlar.

Həmçinin 1918-20-ci illərdə mövcud olmuş Azərbaycan Xalq Cümhuriyyətinin varlığını qəbul edə bilməyən, Qafqazlarda mövcudluq uğrunda siyasət yürüdən, Azərbaycan ərazilərinin ermənilərə verilməsində məkrli rol oynamış Avropa paytaxtları da yenə bölgə ilə bağlı planlar qurmaqdadırlar, biri müşahidəçilərini göndərmək istəyir, digəri ordusunu…209 il əvvəl ərazilərimizin bölüşdürülməsində rolu və iştirakı olanlar bu gün də Azərbaycanı Ermənistanla elə bir sülh imzalamağa məcbur etmək istəyirlər ki, yenə də nələrsə itirək, ermənilərin könlü şad olsun. Amma bu gün imzalar içərisində imzası olan dövlətimiz, qüdrətli ordumuz, qətiyətli liderimiz, vahid ideya ətrafında birlşmiş xalqımız var! Gec-tez ədalət öz yerini tapacaq, Bütöv Azərbaycan gülüstana çevriləcək!

 

Bizim partnyorlarımız

Лента новостей

Предыдущие новости