Свобода людям, независимость нациям!

Güllü paltar mövsümü

2338 09.05.2023 18:25 Колумнисты A A

Üzeyir bəyin ölməz qəhrəmanı Məşədi İbadın çarşab əhvalatı, fiaskosu bugünlərdə İranda tragikomediya şəklində yaşanmaqdadır. Bildiyiniz kimi orada guya islam respublikasıdır və bütün qadınların başına hicab örtməsi məcburidir. Kimin kəkili azca qırağa çıxsa, onu tutub şallaqlayırlar, bəzən öldürürlər. İran camaatı bu axmaqlığa uzun zaman dözdü, nəhayət partladı. Son aylarda orada çoxlu etiraz aksiyaları oldu. İran polisi bu aksiyalarda 500-dən çox adamı öldürdü. Lakin hazırda nə qadınlar geri çəkilir, nə rejim. İran qadınları hicabsız küçəyə çıxmağı bir növ adətə çevirməyə başlamışlar. Hökumət isə daha buna polis dəyənəyi və həbslərlə cavab verməyə çəkinir, əvəzində pul cərimələri yazırlar. Hicabsız qadınları aşkar etmək üçün küçələrdəki kameralardan yararlanırlar. Avtomobildə hicabsız oturan qadınlara da polisdən cərimə xəbərdarlığı gəlirmiş.

Uzun sözün qısası, bax, həmin bu kamera nəzarəti karikatur yekunlar doğurub: xeyli kişilərə də “hicab cəriməsi” gəlib. Sən demə İranın “kitayski” nəzarət kameraları uzun saçlı kişiləri qadınlardan ayırmaqda çətinlik çəkirmiş.

Ölkəmizdən şimalda başqa paranoya yaşanır. Rusiya hökuməti də harda göy və sarı rəngləri yanaşı görürsə bunu “müharibə təbliğatı”, “dövlətə xəyanət” sayır. Adamları cərimələyir, zindana atırlar. Çünki göy və sarı rəng yanaşı çəkiləndə Ukrayna bayrağının rəngləri olurmuş. Hansısa rus şəhərində səki bordyurların göy-sarı boyanmasını “aşkara çıxaran” zəhmətkeşlər JEK-dən istintaq idarəsinə donos yazmışdılar.

Biz də bu iki dəlixananın arasında qalaraq xoşbəxt ola bilərikmi? Əlbəttə. Çünki oldun dəyirmançı, çağır gəlsin dən Koroğlu. Azərbaycan xalqı da Avropaya manıs yarışmasına göndərdiyi erkəklərin zənən paltarına oxşar qiyafətdə səhnəyə çıxmasından rəncidə olmuşdur. Millət cilov gəmirir, yalan olmasın. Hamı deyir gərək onlar milli dəyərlərimizə uyğun geyinərdilər. Məsəl üçün, yapıncıda, sinədə patrontaş, qalifeyi şalvar, dəmirdaban çarıq, başda əmlik quzu dərisindən qaragül papaq, böyürdə xəncər, qoltuqda saz, beldə gümüş kəmər, altlarında Qıratla Dürat, nə bilim, Alim müəllim kimi uçan xalçanın belində... Bunlar yoxdursa, biz onları kişi saya bilmərik.

Halbuki, bu geyim-kecim söhbətləri tərtəmiz arxaizmdir. İndiki dünyada adamları “geyimə görə qarşılayıb, ağıla görə yola salmırlar”, elə yalnız ağıla görə qarşılayırlar. Bizim qədimdə ən tanınmış şahımız sırğa taxırmış, indi həmin sırğa ilə Bakı küçələrinə çıxsa, gic-gic tiplərin sataşmasına səbəb olardı. Qadınların şalvar geyinməsi, kişilərin kosmetikadan istifadəsi adi hal alıb. (Əslində kişi kosmetikası həmişə olub, məsələn, saqqala həna qoymaq nədir ki? Sadəcə, buna qədimdə fikir verən, tənqid-təhqir edən olmayıb).

Müğənni, sənətçi nə geyinməkdə ümumiyyətlə sərbəstdir. Buna mız qoymaq axmaqlıqdır. Yoxsa siz burada da “İran” qurulmasını arzulayırsınız? Başqalarının geyminə ilişmək, üstəlik bunu milli ənənələrlə izah etmək faşizmdir. Bunu özümdən yazmıram. Umberto Ekonun faşizmin on dörd əlaməti haqda essesindəndir. Orada birinci əlamət məhz ənənə kultu, köhnə adətlərə pərəstiş olaraq göstərilir.

İşin daha komik  tərəfi həm də odur ki, manıs yarışmasına “arvad paltarında” çıxmağı tənqid edən toplum “Bu şəhərdə” mütrüblərinin zənən geyimində şəbih çıxarmasına hər il bilet alıb bəh-bəhlə tamaşa etməyə gedirlər, zalda oturub o bayağı, bambılı süjetlərə çapan çalır və irişirlər.

Bizim partnyorlarımız

Лента новостей

Предыдущие новости