Свобода людям, независимость нациям!

Gözyaşardıcı xarici ölkələr

1592 09.03.2023 12:12 В Мире A A

 

Gürcüstanda xarici agentlər haqda qanun – Rusiyadakı qanunun oxşarını tətbiq etmək istəyirlər, xalq buna görə etiraz aksiyalarına qalxmışdır. Yeni hazırlanan qanuna görə xaricdən cüzi miqdarda belə  maliyyə alan – məsələn, 10-20 faiz – kütləvi informasiya vasitələri və ictimai təşkilatlar bir növ damğalanacaqdır, onlar “xarici təsir agentləri” adlanacaqdır.

Hazırda orda tuthatutdur, yazıq Saakaşvilinin demokratik islahatlarının tabutuna axırıncı mıxları çalırlar, Avropa Birliyi isə bu gedişlə Gürcüstanın Avropadakı yerinin şübhə doğurduğunu açıqlayır. Hətta vəziyyət o qədər absurddur ki, prezident Salome Zurabişvili bu qanuna veto qoyacağını qabaqcadan bəyan etmişdir.

Prezidentlə parlament yola getmir... Əcəb ölkədir. Yaxşı olmazmı ki, prezident parlament üzvlərinin hamısını siyahı əsasında təyin eləsin, nəticədə qarşıdurma yaranmasın? Mən xəbərlərdə baxdım, Tiflisdə polis camaatı gözyaşardıcı qazla qovurdu, hərə bir yanda oturub ağlaşırdı, gözünün suyu burnunun suyuna qarışmışdı. Lüzumsuz hərəkətdir. İnsanlara yaşadıcı qaz vermək hökumətin əsas borcudur.

İkincisi, “xarici təsir agentləri qanunu” mənasız, yersiz qanundur. Bunun əvəzində jurnalistləri, qeyri-hökumət təşkilatlarının nümayəndələrini dövlət qayğısı ilə əhatə etmək lazımdır. Birinə medal, o birinə ev, üçüncüsünə maşın, təqaüd, dava-dərman, nə bilim, arvad-uşaq... Əgər hökumət vaxtında hər bir vətəndaşa qayğı göstərsə, onlar xaricdən, qara qüvvələrin dəyirmanından çıxan 5-10 faiz əppəyin ümidinə qalmaz. Vacib deyil jurnalist yazı yazsın, məmurları tənqid eləsin, ifşa yapsın, nə bilim daha nə qələt eləsin. Sən onu tumarla, sığalla, gör necə xoşallanır. (Yeri gəlmişkən, adını çəkmək istəmirəm, bəzi ölkələrdə bu qanun olmadan da xaricdən maliyyələşməyə pis baxırlar. Təbii, camaat üçün. Hökumət özü xarici pulları, qrantları, kreditləri həvəslə sümürür).  

Eyni şey, necə deyərlər, “cəmiyyət həyatının bütün sferaları üçün” keçərlidir. Vacib deyil artist tamaşa göstərsin. Onsuz tamaşaların hamısı haşansa olub, keçibdir, təzə bir zad yoxdur. Eyni pyesi 1000 dəfə oynamağın mənası nədir? Əsas odur sən artistə dövlət qayğısı göstər, xalq artisti adı ver, aylığını kəs, yaşasın, efirlərə çıxsın. Həkimin yaxşı həkim olmasına nə ehtiyac? Allah verən candır, haçansa alır. Lazımdır həkim vaxtında maaşını alsın, hökuməti tərifləsin. Müəllimdən bəzən dərs keçmək tələb edirlər, bu da gülünc iddialardır. Yaxşı olar müəllim məktəbə gün keçirmək üçün gəlsin, bir də hərdən seçki məntəqəsində otursun.

Bu çərşənbə axşamı, 7 martda Fransa da dağılırdı, 1 milyon 400 mindən çox camaat küçələrə tökülüşmüşdü. Pensiya islahatları aparmaq istəyən prezident Makrona etiraz edirdilər. Məktəblər, neft emalı zavodları, ictimai nəqliyyat, qatarlar-zad, hamısı dayanmışdı. Düzdür, bu, hardasa 300 ilə yaxındır fransız xalqı üçün bir növ adət şəklini almışdır, hansısa həftə mitinq, piket, yürüş, tətil keçirməyəndə özlərini pis hiss edirlər. Təxminən bizim yüz ildə bir kərə meydan hərəkatı eləməyimizin tam əksidir. Ancaq indiki etirazlar gülünc şeyin üstündədir: pensiyaya çıxmaq yaşı 62 imiş, hökumət istəyir onu qaldırıb 65 eləsin. Xalq da razılaşmır. Keçən ildən bəri neçə dəfə tətillər, mitinqlər olub, axırda hökumət guya güzəştə gedib, pensiya yaşını 64 eləməyə, hər kəsə minimum 1500 avro pensiya kəsməyə razılaşıb. Lakin xalq buna da narazıdır. Deyirlər eləcə “allahdan buyruq, hökumətdən ağzımıza quyruq” olsun. Sizə bir sirr açım, hətta bu 65-ə qalxsa belə Fransada pensiya yaşı yenə Avropada ən aşağılardan biri olacaqdır. Məsələn, bu dəqiqə Almaniyada, İtaliyada camaat 67 yaşda pensiyaya çıxır. İngiltərədə 66 yaşdır, İspaniyada 65.

Lakin dünyada elə ölkə var orda hökumət pensiya yaşını qaldırıb 65 elədi, bir nəfər də cınqırını çıxarmadı. Çünki əsas dövlətçilikdir. Gərək insanda milli təfəkkür inkişaf eləsin. Hətta elə xalqlar var qəsdən cavan, pensiyaya çıxmamış yıxılıb ölürlər ki, hökumət onlara pensiya vermək üçün əziyyət çəkməsin.

İndi söz əlaqədar təşkilatlarındır: tapın görüm o hansı ölkədir? 

Bizim partnyorlarımız

Лента новостей

Предыдущие новости