Свобода людям, независимость нациям!

Gözüylə görənlər

1723 29.09.2023 12:38 Колумнисты A A

30 illik işğal dövründə yüz minlərlə insanımız öldü, indi Qarabağın azad edilməsini görmədilər. Bu, məsələnin kədərli tərəfidir. Ancaq xoş tərəfi də var: xalqımıza qarşı cinayətlər törətmiş quldurlar indi rəzil vəziyyətindədir.

Srağagün Ruben müəllimin sərhəddə tutulmasını gördük. İlana ağu verən bu tip 3 il qabaq Qırmızı Bazar kəndi yanındakı 2 min il yaşı olan çinarın qabağında guruldayırdı, “artsax”ın əbədiliyindən dəm vururdu. İndi ağlamalı gündədir.

Dünən müharibə cinayətkarı, Ermənistanın eks-prezidenti Serj Sərkisyanın İrəvanda “verdiyi” intervünü izlədik. “Verdiyi” sözünü ona görə dırnaqda yazdım ki, Sərkisyan da islanmış cücəyə dönmüşdü, hıqqanaraq, sözləri hansısa dərin yerlərindən güc-bəla tapıb danışırdı. Deyirdi gərək biz ermənilər ümidsizliyə qapılmayaq, bu, ağır günahdır və sairə. Görəsən, hazırda zarafat eləmirdi ki? Axı onun ingilis yazar, “Qara bağ” kitabının müəllifi Tomas de Vaal-a (son günlər axmaq, qızışdırıcı şərhləri ilə neytrallığını gözgörəsi itirmiş Tomas müəllimə də bir quş) hələ 20 il qabaq verdiyi intervüdə belə fikirlər var idi: “Biz Xocalı hadisəsini ona görə törətdik ki, azərbaycanlılar onlarla zarafat eləmədiyimizi anlasınlar”.

Sərkisyanın, Köçəryanın, Qukasyanın, Saakyanın və başqa daşnak tör-töküntülərinin bu günlərə canlı şahid olması çox əladır. Bizdə el arasında daha çox jarqon kimi işlənən “gözü ilə görən” söyüşü, təhqiri var. Hazırda Sərkisyan və Co əsl gözü ilə görəndir.

Amma yenə də qonşumuz əbədi xislətindən geri qalmır. Taxta peçenye verib, dranduletinə benzin töküb, kamali-ədəblə yola salırsan, “genosiddən” danışırlar. Bu genosiddirsə, əsir düşməmək üçün aylarla gizlənərək, qarlı  dağlardan aşıb gələn laçınlıların, kəlbəcərlilərin başına gətirilən nə imiş? 1993-cü ilin avqustunda Füzuli ərazisində köçkün karvanını PDM-lərdən atəşə tutan erməni dəstələri indi Laçın yolunda tıxacdan gileylənir.

Böyük problemdir, həqiqətən. Tarixin təkərini geri fırlatsalar, bu “problemdən” bizə də verərsiniz.

Zəngilanda, Horadizdə erməni quldurlarından qurtulmaq üçün özünü Araza vuranlar, Murov dağlarında vəhşilərə əsir düşməmək üçün qayadan atılan qızlar, ac-yalavac, çırılçılpaq Biləsuvar, İmişli, Bərdə, Yevlax çöllərinə tökülən yüz minlərlə bədbəxt insanlar da yadımızdan çıxmayıb. Ancaq yazdım axı: xislət var. Xasiyyəti dəyişmək mümkün deyil. “Mən sənə zəhərli iynəmi vurmalıyam, çünki əqrəbəm”.

Günortaya qədər (28 sentyabr) Qarabağdan Ermənistana köçənlərin guya 70 minə çatdığını açıqladılar. Paşinyanın mətbuat katibi Nazilə xala belə deyirdi. Məncə, azdır, 700 min demək lazımdır. Sonra milyon yarıma çıxardın. Ağlaşma üçün, əzabkeş xalqın qanını sümürmək üçün təzə belə “soyqırım” projeləri lazımdır. Yenə bir qrup mafioz erməni varlansın, şişsin, konserva oğurlasın, şirkətlər qursun deyə faciə uydurmaq zamanıdır. Sanki erməni xalqı “ujas” filmlərin aşiqidir, normal kinolara baxa bilmir. Elədirmi? Əlbəttə, elə deyil. Ən azından sovet komik aktyoru Frunzik Mkrtçyanın rollarını xatırlayırıq. Deməli, bu camaat da istəsə gülə bilir. Bəs niyə onun “ziyalılarının”, “elitasının” erməni xalqına yazığı gəlmir, daim onu ağlatmağa çalışır? Ona boyundan yekə projelər cızır, hoppana bilməyəcəyi ucalıqlar, qaldıra bilməyəcəyi dağlar göstərir. Həmişə də bu işlərin axırı ağlaşma ilə bitir.

Bitirmi? Açığı, buna çox inanmağım gəlmir. Hələ dolma və Sarı gəlin razborkası qalır. 

 

Bizim partnyorlarımız

Лента новостей

Предыдущие новости