Свобода людям, независимость нациям!

Gizli sərhəd görüşü, 15 günə sülh bağlayanların 31 kənd iddiası və ALMA söhbəti

4114 01.12.2023 14:31 Колумнисты A A

Azərbaycan və Ermənistanın rəsmi şəxsləri Şahin Mustafayevlə Mqer Qriqoryan Qazax-İcevan (Karvansaray) sərhədində görüşdülər. Bağlı qapılar arxasında keçirilən danışıqların cəmi bir saat çəkməsi ilkin qənaəti yaradır: yəni ciddi nəticə əldə olunmayıb. Əslində belə də gözlənilirdi. Nikol Paşinyan başda olmaqla, Ermənistan rəhbərliyində olan şəxslərin qeyri-ciddi davranışları fonunda Qriqoryanın nə isə “möcüzə icad” edəcəyini gözləmək sadəlövhlük olardı.

MQER.jpg (41 KB)

Delimitasiya komissiyasının sayca beşinci iclasının ən ciddi nəticəsi növbəti iclasın yeri və vaxtını dəqiqləşdirməklə bağlı razılaşma olub. Hələlik başqa anlaşma haqda heç nə deyilmir. Amma Ermənistan rəsmilərinin davranışlarını, açıqlamalarını izlədikcə nikbin fikirlərə də yer qalmır. Belə məlum olur ki, bölgədəki erməni sakinlər reallığı daha yaxşı anlayırlar, Azərbaycana məxsus ərazilərdə məskunlaşdıqlarını, özgə torpağını əkib-becərdiklərini yaxşı bilirlər və hökumətin alternativlər təklif etməsi halında Qazaxın anklav kəndlərini tərk edəcəklərini bildirirlər. Amma erməni rəsmilər hələ də “nala-mıxa” vurmaqdadır. Ermənistan parlamentinin spikeri Alen Simonyan 30 ildən artıqdır işğal altında olan 8 kəndimizin qaytarılması zərurətini anlayıb, bu barədə ictimai rəyi hazırlamaq əvəzinə revanşçıların əlinə dəstavüz verməkdədir. İddia edib ki, Ermənistanın guya 31 kəndi ya tamamilə, ya da qismən Azərbaycanın nəzarəti altındadır, ona görə də həmin 31 kəndin “qaytarılmasından da danışmalıyıq”. Adam reallıq hissini itirəndə hər cür absurdu dilə gətirir, bu da Alen nümunəsi.

alen.jpg (54 KB)

Bir neçə gün əvvəl “Bakı siyasi iradə göstərsə, Azərbaycan və Ermənistan yaxın 15 gün ərzində sülh sazişi bağlaya bilər” - deyən də Simonyan idi. Əslində iradə sahibi olmayan varsa, o da Ermənistandır, bunu özləri də yaxşı bilir, amma öz adlarını başqasına qoymağa adət ediblər axı... Amma 15 gün ərzində sülh imzalamağa guya hazır olduqlarını iddia edən erməni spiker indi 31 kəndin Azərbaycanın nəzarətində olmasından “dəm vurur”.

Simonyana baxanda baş nazir Nikol Paşinyan “insaflı” yalançı imiş, o iddia etmişdi ki, Azərbaycan 8 kəndin geri qaytarılmasını istəyirsə, qarşılığında Ermənistanın 8 kəndini azad etməlidir. Bir neçə kənd adı sadalamışdı, amma heç özü 8-ə çatmamışdı, çünki yalançının yaddaşı da olmaz. İndi Simonyan “rekord” vurub, 31 kənd!

Başa düşürük, 44 günlük+24 saatlıq döyüş əməliyyatlarından sonra Ermənistanda çoxları travma alıb, yuxularında da Yaşma cəngavərlərini görürlər. O mənada istisna deyil ki, Paşinyan, yaxud Simonyan Ermənistan kəndlərinin guya Azərbaycanın nəzarətində olduğunu iddia edərkən vizual nəzarəti nəzərdə tuturlar. Fakt budur ki, 2020-ci il müharibəsindən sonrakı 3 il ərzində düşmən təxribatlarına tutarlı cavab verən ordumuz strateji yüksəklikləri ələ keçirdi və indi əksər istiqamətdə Ermənistan əsgəri bizim igidlərimizə aşağıdan-yuxarı baxır. Ara-sıra bölgədə olan azsaylı erməni əhali də şikayətlənir ki, Azərbaycan hərbçiləri, sərhədçiləri onların başının üstündə post qurublar, qorxurlar, “üyüdürlər”, daha nələr... Baxmayaraq ki, bizim əsgərin dinc əhaliyə qarşı silah qaldırmadığını hətta müharibənin gərgin fazasında bütün dünya gördü, sadəcə haysayağı hay-küydür...

EMEL SON.jpg (100 KB)

Belə aydın olur ki, Ermənistan rəhbərliyi “Azərbaycanın nəzarətində” olan ərazilərdən bəhs edərkən sadəcə Azərbaycan sərhədçisinin baxdığı, görə bildiyi əraziləri nəzərdə tutur. Yaxşı, nə təklif edirlər, Azərbaycan hərbçiləri, sərhədçiləri Ermənistan – Qərbi Azərbaycan tərəfə baxmasınlar, gözlərini bağlasınlar? Bu, nə absurd yanaşmadır? Azərbaycanın məramı aydındır, bölgədə sülhü sıfırdan başlamaq, savaşa, qanlı hadisələrə son qoymaq! Əgər Ermənistan bunu istəyəcəksə, o halda erməninin dəqiqləşdiriləcək sərhədin neçə metrliyində yaşamasının nə əhəmiyyəti var? Azərbaycan hərbçisi Ermənistan ordusunun qatilləri deyil ki, mülki əhaliyə atəş açsın, uşaqları, qocaları qətlə yetirsin. Yaxşı, 15 gün ərzində sülh müqaviləsini imzalamağa hazır olan qarşı tərəfə absurd ərazi iddiası irəli sürər?! Özü də Nikol Paşinyan yaxın aylarda sülh imzalanacağını demişdi, Simonyan yenə rekord vurdu: 15 günə! Sonra da 31 kənd sərsəmləməsi...

Yeri gəlmişkən, Nikol Paşinyan da son vaxtlar başlayıb ki, ay qoymayın, Azərbaycan Ermənistanı “Qərbi Azərbaycan” adlandırır! Adam baş nazirdir, amma anlamır ki, arxivlər 100 il əvvəl baş verənlərin xronologiyası ilə doludur, yəqin elə İrəvan arxivləri də... Get, oxu, gör Ermənistan haradır? Azərbaycan ərazisində yaradılmayıbmı bu saxta dövlət?!

Guya Ararat Mirzoyan, Ermənistanın baş diplomatı normal mövqedədirmi? Budur, deyib “Ermənistan danışıqlara hazırdır və bizə lazımdır ki, Azərbaycan vasitəçilərin görüşmək və sülh müqaviləsi bağlamaq təkliflərini rədd etməyi dayandırsın”.

MİRZOYAN.jpg (90 KB)

Yəni etiraf edib ki, onlara Makronsuz çox çətindir, hökmən yanlarında “böyük bacı” olmalıdır. Mirzoyan ATƏT-in 30-cu Nazirlər Forumunda Azərbaycanı yenə də “blokada”da, Qarabağ əhalisinə qarşı “irimiqyaslı hərbi hücum”da, kütləvi şəkildə “məcburi köçürmə”də ittiham edib. Hələ beynəlxalq ictimaiyyəti də “susqun razılıq”da suçlayıb. Belə absurdlardan sonra deyirlər “bizim sülh imzalamağa siyasi iradəmiz var”. “Ermənistan Cənubi Qafqazda yeni sülh dövrünün başlamasına sadiqdir və bunun hələ də mümkün olduğuna inanır” - deyib. Öz dediyinə özü inanırmı? Ermənistan heç öz ağalarına sadiq qalmır, nəinki sülh söhbətlərinə...

Hələ “prinsiplər”i də varmış, Araratın dediyinə görə.

“Alma-Ata Bəyannaməsinə əsaslanan ərazi bütövlüyünün qarşılıqlı, birmənalı tanınması;

1974-78-ci illərdə SSRİ Baş Qərargahının ən son və qanuni xəritələri əsasında Ermənistanla Azərbaycan arasında dövlət sərhədinin demarkasiyası;

ölkələrin suverenliyinə və yurisdiksiyasına tam hörmət, habelə bərabərlik və qarşılıqlılıq prinsiplərinə əsaslanan bütün nəqliyyat və iqtisadi kommunikasiyaların blokunun açılması”.

Kimsə də demir ki, Alma-Ata Bəyannaməsi niyə Qarabağı 30 il işğalda saxlayanda yadınıza düşmürdü? Necə oldu ki, Azərbaycan Dəmir Yumruğu işə salandan sonra Alma-Atanı xatırladınız? İsaak Nyutonun başına düşən almanı xatırlatdı lap bu Alma-Ata söhbəti...

yumruq son.jpg (242 KB)

Yaxud 1974-78-ci illərdəki xəritələrdən başqa xəritə tanımırsınız? Gəlin elə 1920-ci ilin noyabr-dekabr xəritəsindən başlayaq, Zəngəzurun qoparılmasının 103-cü ildönümündə.

Bütün nəqliyyat və iqtisadi kommunikasiyaların blokunun açılmasına gəldikdə, bu barədə 3 il əvvəlin 3 tərəfli Bəyannaməsinin 9-cu bəndində də yazılıb. Ermənistan birtərəfli qaydada öhdəliyə əməl etmir və onun XİN başçısı hara çatdı “sadiqik” söyləyir.

Min sifət, min bir dili olanlarla ortaq məxrəcə gəlmək çox çətindir, xüsusən də danışıq masasında...

Bizim partnyorlarımız

Лента новостей

Предыдущие новости