Свобода людям, независимость нациям!

Gənc yazarın 60 yaşına! Elbəyi Həsənliyə yubiley təbriki

1388 19.05.2021 19:48 Колумнисты A A

Bu gün Azərbaycanın tanınmış söz ustası, yazar və jurnalisti Elbəyi Həsənlinin doğum və yubiley günüdür. Ömrünün 23 ilini jurnalistikaya, qəzetçiliyə həsr edən dəyərli yazarımızın 60 yaşı tamam olur.

Elbəyi Həsənli jurnalistikaya gəldiyi ilk gündən fərq yaratdı. Bu fərqindəlik indi də davam edir.

Onun istər publisistik janrdakı məqalələri, istər araşdırmaçı jurnalist kimi yazdıqları, istərsə də müəllif kimi düşüncə - köşə yazıları, sahədən hazırladığı reportajlar, yüksək vasvasılıqla tərtib etdiyi xəbərlər özünəməxsusdur, təkrarsızdır, maraqlıdır, səviyyəlidir.

Elbəyi Həsəli cəsur söz adamlarındandır. Şəxsi münasibətlərdə centlmen, mədəni, dönərgəsi yaxın, güzəştə getməyi bacaran, yazılarında isə acımasız, prinsipial, güzəştsiz və kəskindir.

Çətinlikdə özünü itirməz, hər kəsin qaçdığı nöqtədən daha da irəli gedər. O xarakterdir ki, 20 il öncə onu oğurlayıb, xüsusi reyslə Naxçıvana cəzalandırmağa aparanda Xanın qəzəbindən və zindanından qorxmadı, özünü və bizi daha da ucaltdı, duruşu-dəyanəti ilə tarix yazdı.

Xəbər yazan adamların xəbər olması xüsusi bir fəsildir. Hər jurnalistin taleyinə düşməz. Amma zaman oldu ki, ondan bütün ölkə mediası yazdı, televiziyalar göstərdi, nazir Sirus Təbrizli xilas üçün hərəkətə keçdi… Amma heç vaxt başı dumanlanmadı, məşhurluq onu dəyişmədi…

İçi vətən dolu, Zəngilan dolu mühacirimiz. 18 ildir İsveçrədə, Sürix şəhərində yaşayır. Evi Azərbaycan ünvanlı ocaq kimidir. Həyat yoldaşı, dəyərli bacım Nüşabə xanımla bərabər dara düşən soydaşlarımıza yardım edər, ümid yeri olarlar.

O ünvanda çox oldum. Hər dəfə özümü vətəndə, Bakıda, yaxın bir adamımın mənzilində sandım. Sürixdə yaşayan dostlarımız da vətən həsrəti çəkəndə o ünvana gələrlər.

Turan sevdalı ülküdaşım, sınaqlardan çıxmış dostum, qardaş qədər yaxın qələmdaşım! Sənə arzum budur ki, özünə arzuladıqlarına çatasan, görəsən, yaşayasan. Oğlun, İsveçrədə doğulmuş Atillanın toyunu görək! Mən də bir əmisi və kirvəsi kimi o toyda arzu, dilək və dualarımı çatdıra bilim!

60 yaşlı, gənc ürəkli əziz dostum! Yubileyin və doğum günün qutlu olsun!

Qardaşın Rauf Arifoğlu

Bizim partnyorlarımız

Лента новостей

Предыдущие новости