Свобода людям, независимость нациям!

Fürsətcil dil pəhləvanlarının yeni həmləsi

3430 22.02.2023 10:30 Колумнисты A A

Dünən beynəlxalq ana dili günüydü. Sosial şəbəkələrdə bu mövzuda xeyli müzakirə getdi, gah mövqelər üst-üstə düşdü, gah da toqquşdu.

Əslində bu mövzu hələ ötən həftədən başlanmışdı. Naşir Şahbaz Xuduoğlunun dilimizin statusuna dair səsləndirdiyi publilsistik fikir ciddi polemika predmetinə çevrilmişdi.

O söhbətə qayıtmayaq. Ana dilimiz adının necə adlandırılmasından asılı olmayaraq dövlət dilimizdir və buna hər hansı bir təcavüz yoxdur. O boyda hövllənməyə, təhqirlərə yol verməyə ehtiyac yox idi.

Amma bu mülahizəni yenidən təkrarlamağa ehtiyac var: Azərbaycan coğrafi termindir, xalq adl deyil. Ölkə adl olduğu üçün “Azərbaycan dili” istilahı işlətmək yanlışdır, necə ki, “Naxçıcan dili”, “Kanada dili”, “Belçika dili”, “Avstriya dili”, “Lüksemburq dili” və sair kimi terminlər yoxdur.

Dilimiz Altay dilləri ailəsinin türk dilləri qrupunun oğuz boyuna aid olan danışıq dilidir, kəsə desək, türk dilidir.

Bu ailəyə məxsus olan çox danışıq dilləri var – qazax dili, qırğız dili, türkmən dili, özbək dili, qaraqalpaq dili, uyğur dili, tatar dili və sair və ilaxır.

Bütün bu muxtarlaşmış dil vahidlərində on minlərlə eyni söz var. Fərqli kəlmələr də çoxdur. Bu da ondan irəli gəlir ki, istənilən dildə zaman dəyişdikcə arxaikləşən, dövriyyədən çıxan kəlmələr olur. Ancaq elə coğrafi regionlar var ki, onlar bir arealda hələ də işlədilməkdə olan qədim sözləri işlətmədikləri üçün unudublar.

altay-daglari.jpg (103 KB)

Belə anlaşılır ki, Altay dilləri qrupuna aid olan dillərdə danışan xalqlar istər-istəməz öz qonşularından da xeyli söz götürüb, sinonimlər kimi işlədiblər və bu sözlər sonradan daha populyar olub, vətəndaşlıq qazanıb. Uyğur türklərinin Çindəki dominant xalqların, xüsusilə xanların dilindən təsirləndiyi aşkardır. (Dilimizdəki “xan” və “xanım” kəlmələri də bizə həmin dildən keçib). Qırğızlar taciklərdən, puştunlardan çox söz alıblar. Biz farslardan və ərəblərdən xeyli söz götürüb leksikonumuza daxil etmişik. Anadolu türkləri yunanlardan, albanlardan, bolqarlardan söz alıblar. Qazaxlar, özbəklər, qaraqalpaqlar da öz yaxın qonşularıyla “kəlmə alış-verişi” ediblər.

Yəni bu qaçılmaz prosesdir. Avropanın böyük xalqları (ingilsilər, almanlar, fransızlar, ispanlar) da bir-birindən minlərlə söz alıblar və hazırda da işlədirlər.

Anadolu türklərinin, bizim, Kərkük, Krım, Qaqauz türklərinin danışıq dilləri bir-birinə ona görə yaxındır ki, coğrafi yaxınlıq faktoru var. Bu dillərdə danışanlar bir-birini çox asanlıqla anlaya bilirlər.

999.jpg (12 KB)

Təkcə bunlar deyil. Dəfələrlə Qazaxıstanda və Özbəkistanda səfərdə olmuş biri kimi deyə bilərəm ki, Özbəkistanın Xarəzm vilayətində də adama tərcüməçi gərək deyil. Türkmənistanda da elədir. Ticarət məqsədi ilə Çinə çox gedib-gələn bir dost danışır ki, o ölkədə uyğurlarla danışanda heç bir problem olmur, sərbəstcə mükalimə apara bilirsən.

Ümumi türk dili ideyası bəzilərinə utopik layihə görünə bilər, amma yaxın onilliklərdə bu istiqamətdə məqsədyönlü addımlar atılsa, bu, xüsusi çətinlik olmadan gerçəkləşəcək. Çünki kök birdir, yetərli baza var. Türk xalqlarının məişət-təsərrüfat sisteminə aid olan sözlərin identikliyi göstərir ki, bu xalqlar qədim zamanlarda bir arealda kompakt yaşayıblar, sonra Avropa və Asiyaya dağılıblar.

Müasir ünsiyyət, telekommunikasiya vasitələrinin inkişafı ilə öz axarıyla gedən prosesə bir az təkan verilsə, elə bir çətin iş yoxdur. Sözügedən regionlar sovet ideologiyasının təsiri və rus təmayüllü tədrislə 20-30 ilin içində rusdilli regionlara çevrilməmişdimi? Bu gün də Qaqauziyadan tutmuş Altay diyarına qədər geniş bir arealda yaşayan türk xalqları bir-birilə rusca danışırlar. Ortaq türkcə tədris olunsa, 15-20 ilə bütün türk coğrafiyası hamının anladığı, bildiyi vahid dildə danışa bilər.

Hal belə olandan sonra bəzilərinin bu günlərdə yenidən “türk dili başqa, Azərbaycan dili başqa” paraqrafına müraciət etməsi, ayırıcı mülahizələr irəli sürməsi, Anadoluda və ölkəmizdə bir sıra kəlmələrin fərqli anlamlarda işlənməsinə vurğu salması destruktiv səciyyə daşıyır. Biz nəyə görə böyük əksəriyyət etibarilə eyni olan sözləri gözardı edərək ayırıcı, fərqli kəlmələrə istinad etməliyik? Məqsəd nədir? Nə olsun ki, Anadoluda “subay”, “ər”, “qoca”, “kişi”, “adam”, “bekar” və kimi sözlər bizdəkindən fərqli mənalarda işlənir? Axtarsan heç bu kimi çoxişlək kəlmələrin sayı 30-u keçməz. Lap 100, 200 olsun. On minlərlər eyni sözün qarşısında bu nədir ki? Amma bəziləri məhz buna diqqət yönəldirlər və bu kəlmələrə dayanaraq “fərqli dillər”dən bəhs edirlər.

Ona qalsa, ölkəmizin mahallarında da geniş istifadə olunan N qədər dialekt sözləri var ki, onu qonşu mahallarında yaşayanlar anlamırlar. Amma bu, bizə bir-birimizi anlamaqda mane olurmu? Əsla. Əksinə, bir-birimizlə çox danışdıqca, ünsiyyətdə olduqca öyrənirik, daha yaxşı anlaşırıq.

Yazılarımızda dialekt sözləri, keçmişdə çoxişlək olmuş, amma bir qədər arxaikləşmiş kəlmələr işlətmək ziyanlı bir şey deyil. Biz dilimizi öz xalqımızın leksikonu hesabına, dialekt sözlərini populyarlaşdırmaqla zənginləşdirə bilərik. Onda “dilimiz kasaddır” deyənlərin də dili kəsilər. (Yeri gəlmişkən, bu adamlar öz ana dillərini bilmirlər, ədəbiyyat oxumayıblar, lüğətə-filana baxmayıblar, elə bilirlər dil bunların məişətdə işlətdikləri 300-500 sözdən ibarətdir).

Bu baxımdan hər dəfə nəsə bir fürsət yaxalayıb anti-türk ovqatına qapılmaq, özünü yadelli mədəniyyətlərin, siyasətlərin alətinə çevirmək yolverilməzdir. Fürsətcil dil pəhləvanları özlərinə yığışsalar yaxşıdır.

Bizim partnyorlarımız

Лента новостей

Предыдущие новости