Свобода людям, независимость нациям!

Fransa Senatına Azərbaycan Xalq Cümhuriyyətinin xəritəsini yollayaq, səslərini kəssinlər!-fotofakt

2567 17.01.2024 12:38 Колумнисты A A

Azərbaycana qarşı silsilə xarakterli məkrli planları ifşa olunan Ermənistanın “böyük bacısı” cilov gəmirir. Sonuncu halda ölkəmizdə casus şəbəkəsini işə salmaqla nəyəsə nail olacağını zənn edən Fransa bu cəbhədə də ifşa oldu. Dövlətimizin təhlükəsizliyinin keşiyində ayıq-sayıq dayanan qüvvələr “atəş nöqtəsi”ni dərhal, nöqtəli zərbələrlə susdurdular, hətta bir sıra digər postsovet ölkələrinə qarşı ssenariləri də ifşa etmiş oldular.

Özünü “demokrat”, “sülhpərvər”, “yüksək mədəniyyətə malik” ölkə adlandıran Makron Fransası BMT Təhlükəsizlik Şurasındakı uğursuzluqlarının, Bakıya qarşı davamlı demarşın ardınca daha biabırçı məğlubiyyətlə üzləşməsini sinirə bilmir. Bu gün, yanvarın 17-də Fransa parlamentinin yuxarı palatasında – Senatda ölkəmiz və onun suverenliyi, ərazi bütövlüyü əleyhinə növbəti qərəzli qətnamə layihəsinin müzakirəyə çıxarmasına tədarük görülməsi də bu qəzəbin, hikkənin məntiqi nəticəsidir. Senatının rəsmi saytında yer alan məlumata görə, “Senat Azərbaycanın Dağlıq Qarabağa (?! – E.P.) hərbi hücumunu pisləyən və Ermənistana hər hansı təcavüz cəhdinin, onun ərazi bütövlüyünün pozulmasının qarşısını alan qətnamə layihəsinə baxacaq”. Həyasızlığın miqyası bununla bitmir. Belə ki, layihədə Azərbaycana qarşı sanksiyaların tətbiqi iddiası yer alıb və “erməni əhalinin Qarabağa qayıtmaq hüququna zəmanət verilməsi” tələbi qoyulur.

Fransada çoxları anlayır ki, Azərbaycanla bu ritorika ilə danışmaq səmərə verməyəcək və aparılan siyasət uğursuzluğa düçar olacaq. Hətta ötən ilin oktyabrında prezident Emmanuel Makron İspaniyanın Qranada şəhərində keçirilən keçirilən 3-cü Avropa Siyasi İcması sammiti çərçivəsində keçirdiyi mətbuat konfransında bildirmişdi ki, “Azərbaycana qarşı sanksiyalar əks nəticə verəcək, Bakı ilə işləmək lazımdır”. Amma Fransa Senatı Azərbaycana qarşı sanksiya iddiasını gündəmə gətirir. Ya Makron saxtakarlıq edir, ya da onun Senatda bir qram da nüfuzu qalmayıb, əks təqdirdə ölkənin prezidentinin mövqeyi nəzərə alınardı.  

2d5217869f04aaad621d75749bcb64b4.jpg (35 KB)

Fransa ötən aylarda Ermənistanı silah-sursat, hərbi texnika ilə təchiz etməyə daha çox üstünlük verdi. Paralel şəkildə Avropa İttifaqının Ermənistandakı “mülki missiyası”nın - əslində hərbi-casus şəbəkəsinin – sayının artırılmasına nail oldu. Bununla da gələcəkdə Rusiyanın sıxışdırılıb çıxarılması və Ermənistanda ağalıq etmək niyyətini gerçəkləşdirmək üçün növbəti mərhələni qət etdiyini zənn edir. Həm də Fransanın Ermənistanda hakimi-mütləq olması Türkiyə və Azərbaycana qarşı məkrli niyyətlərini gerçəkləşdirmək baxımından çox önəmlidir. Bir ölkədə ki, tarixdə heç zaman olmayan, saxta “erməni soyqırımı”nı inkar edənlərə cəza nəzərdə tutula, ondan hər cür əbləhliyi gözləmək olar.

Fransanın Türkiyə və Azərbaycana qarşı məkrli siyasəti bu günün məsələsi deyil ki...Xatırlayırsınız yəqin, 2020-ci ilin yayında ermənilər “Sevr” müqaviləsinin 100 illiyini keçirməyə hazırlaşırdılar. Elə onların Tovuz istiqamətindəki alçaq təxribatlarına, həmçinin 44 günlük müharibəyə aparan addımlara stimul verən xam xəyallar məhz “Sevr” müqaviləsində əksini tapmışdı. 10 avqust 1920-ci il tarixində Paris yaxınlığındakı (!!!) ərazidə imzalanan “Sevr” müqaviləsi Osmanlı ərazilərinin param-parça edilməsini, azı 150 min kv.km-lik Ermənistanın yaradılmasını nəzərdə tuturdu. O zaman Hayastan İrəvan xanlığının ərazisi hesabına cəmi 9 min kv.km əraziyə malik idi. Fransa və I Dünya müharibəsinin qalibi olan digər güclər türk torpaqlarının bölüşdürülməsi planından haylara yuxularında görmədikləri qədər böyük əraziləri - Anadolu, Van, Ərzurum və digər bölgələri pay verməyi hədəfləyirdilər. Amma arzuları gözlərində qaldı, “Qurtuluş savaşı”dan sonra, 24 iyul 1923-cü ildə imzalanan “Lozanna sülh müqaviləsi” ilə “Sevr” müqavləsinin üstündən əbədi xətt çəkildi və zibilxanaya tullandı. Ancaq yenə əl çəkmədilər, Azərbaycanın tarixi ərazilərinin bir hissəsini qoparıb Ermənistana birləşdirilməsinə dəstək verdilər, göz yumdular. Həmçinin Türkiyəyə qarşı saxta “soyqırım” iddiasını ermənilərin əlində şüara çevirərək, “böyük Ermənistan” adlı xəyali xəritəni əllərinə verərək, onları əbədi, sağalmaz xəstəliyə düçar etdilər. İndi də əl götürmək istəmirlər. Baxmayaraq ki, Paşinyan belə, Qarabağın Azərbaycan ərazisi olduğunu, Qarabağdakı ermənilərin heç bir zorakılığa məruz qalmadığı, könüllü şəkildə Ermənistana köç etdiklərini deyir, amma Fransa əl çəkmir, imkan vermir bölgədə sülh bərqərar olsun. Milyon yarım əlcəzairlini soyqırım edən, Afrika ölkələrindən ...kimi qovulan Fransa indi Qafqaza gəlib, burada “amerika açmağı” vəd edir. Laçın yolu ilə özünün içiboş (?!) TIR-ları ilə Qarabağdakı ermənilərə guya “yardım” aparmaq istəyən Fransanı elə fransız jurnalistlər özləri ifşa etdilər AzTV-nin efirində. Bu faktdan sonra gərək Makron bütün komandasını istefaya göndərərdi, Azərbaycan tərəfə boylanmağı qadağan edəydi. Amma...

elnur-allahverdiyev-deputatjpg-1612093192.jpg (61 KB)

Deputat Elnur Allahverdiyevin sosial şəbəkədəki hesabında maraqlı və olduqca vacib paylaşımı diqqətimi çəkdi. Milli Məclisin üzvü 3 dildə etdiyi paylaşımda yazıb:

“Şəkildə gördüyünüz xəritə Azərbaycan Xalq Cümhuriyyətinin Millətlər Liqası tərəfindən tanınmış ərazilərini əks etdirir. Hazırda Millətlər Liqasının arxivindədir. Göründüyü kimi, xəritə fransız dilində çap olunub. Bu gün Azərbaycan torpaqlarında separatizmi bərpa etmək üçün dəridən-qabıqdan çıxan, suverenliyimizi həzm edə bilməyən Fransanın siyasi rəhbərliyinin bu xəritədən xəbəri varmı? Əlbəttə, var! Elə qorxduqları da məhz bu xəritədir. Çünki fransız dilində çap olunmuş bu tarixi sənəddə hazırki Ermənistan ərazisinin biz azərbaycanlıların əzəli yurdu olduğu açıq-aydın görünür”.

Tamamilə haqlı, əsaslı, tarixi arqumentlərə söykənən fikirlər, arqumentlərdir.

401226178_0_17_1000_645_1920x0_80_0_0_384ff33b424603c788c743e66ca25548.jpg (298 KB)

Millətlər Liqasının arxivi BMT-nin Cenevrə bölməsinin kitabxanasında  yerləşir və Azərbaycan üçün olduqca müstəsna əhəmiyyətli sənədlər var. Bu kimi mənbələrdən bəhrələnmək lazımdır. Bizim əlimizi qüvvətləndirən o qədər faktlar, mənbələr var ki... Digər tərəfdən, Azərbaycanın üstünə cəfəng iddialarla gələn fransız senatorlar əvvəlcə gedib Paris arxivlərində saxlanılan, Parisdəcə (!!!) dərc olunmuş, 1920-ci ilin 11 yanvarında Paris Sülh Konfransının Ali Şurası tərəfindən de-fakto tanınan Azərbaycan Xalq Cümhuriyyətinin xəritəsinə baxsınlar! Yeri gəlmişkən, yanvarın 14-də Bakıda və ölkəmizin digər ərazilərində müstəqilliyimizin tanınması münasibətilə bayram tədbirləri keçirilmişdi. Fransa Senatının qəbul edəcəyi qətnamə böyük Xəlil Rzanın sözləri ilə desək, “bizə vızz gəliyor, vızzz!” Amma sadəcə ayıbdır, Fransa adına! Vaxt gələcək bu ayıba görə üzr istəyəcəklər, tarix heç nəyi unutmur. Necə ki, Azərbaycan ərazilərini hərraca çıxarmaq istəyənlərin başının üstündə elə Fransada çap olunmuş Azərbaycanın xəritəsi var və onları qarabaqara izləyir, kabus kimi. Həm də “Damokl qılıncı”na çevrilib…

Parisdəki səfirliyimiz Azərbaycan məsələsini müzakirəyə çıxaran Fransa Senatına 1918-20-ci illər Azərbaycan Xalq Cümhuriyyətinin xəritəsini göndərsə, çox gözəl olardı…Baxsınlar, bəlkə əməllərindən utandılar…  

Bizim partnyorlarımız

Лента новостей

Предыдущие новости