Свобода людям, независимость нациям!

Əziz dostum Steynar Gilə açıq məktubum - “Özümə kömək edirəm ki...”

1075 24.07.2015 08:15 Колумнисты A A

Steynar Qil

Uvajaemıy Rauf, ə Vas po staroy drujbe pozdravləö s dnem rojdeniə, no ə doljen Vam skazatğ, çto Vı menə razoçarovali. Esli ə pravilğno ponəl Vaşu nıneşnöö poziüiö, ə Vas ne moqu podderjivatğ. Oçenğ jalğ. A Vı zabıli 2003 qod?

Rauf Arifoğlu

Əziz Steynar, ad günümü təbrik etdiyiniz üçün minnətdaram. Mənə görə məyus olmanıza isə təsirləndim. Lakin məncə, buna gərək yoxdur. Çünki mən:

1. 2003-cü ili unutmamışam; 

2. Heç bir dəyər və prinsiplərimdən imtina etməmişəm; 

3. Mövqeyimi dəyişməmişəm;

4. Media və demokratiya prinsiplərini satmamışam.

Dəyişən Azərbaycandakı şərtlərdir, onun demokratik düşərgəsinin tam iflas olması, gücsüzləşməsi, heç bir fəaliyyət imkanının olmaması, müstəqil mətbuatın təklənməsidir. Azərbaycan sizin gördüyünüz ölkə deyil; ictimai fəallıq və müxalifət demək olar ki, yoxdur. Hər şey virtuala - facebook-a transfer edib. 

Bütün bunlar yeni şərtlər, yeni seçimlər ortaya çıxarır.

Əziz Steynar!

Mən xatırlayıram ki, Siz məni Norveç səfirliyində ölüm təhlükəsindən qoruyanda, müdafiə edəndə bir söz söyləmişdiniz: “Rauf, mənə kömək et ki, sənə kömək edim...” Burada söhbət ondan gedirdi ki, mən Sizin və digər səfirlərin gəldiyi bir qərarı ictimaiyyətə Müsavat Partiyası adından və "Yeni Müsavat" qəzeti adından elan etməli idim. O da çox sadə bir mətn idi. Mən məhz Sizin təkidli məsləhətinizlə o mətni qəzetlərə açıqladım. Orada qeyd olunurdu ki, Müsavat Partiyası, demokratik qüvvələr İlham Əliyevlə dialoqa hazırdır, yaranan gərginliyin danışıqlar yolu ilə həllinə, həbslərin durdurulmasına çağırır. Bundan sonra Siz və bir neçə Qərb ölkəsinin səfiri yeni hakimiyyətə təzyiq etdiniz ki, baxın, müxalifət dialoq, danışıqlar istəyir, siz isə (hakimiyyət) onlara repressiya tətbiq edirsiniz. 

Siz o zaman mənə dediniz ki, danışıqlar apardığınız hakimiyyət təmsilçiləri deyirlər ki, müxalifət danışmaq istəmir, küçələrə çıxaraq, iqtidarı devirmək istəyir. Mənim bu açıqlamam Azərbaycan müxalifətini tam məhv etməyin, əzməyin qarşısını almaq üçün sizlərə arqument olmalı idi. Biz bunu etdik, sizinlə bir yerdə, ən azı, Siz bununla mənim həyatımı, ailəmi, qəzetimi xilas etdiniz, daha sonra isə həbsləri dayandırdınız, az sonra isə məni normal qaydada polisə təhvil verdiniz.

Mən bunları unutmamışam. Lakin o zaman bir çoxları, lap elə indiki kimi, mənə qorxaq, satqın, sınmış yazdılar.

Hansı ki, sonradan bilindi ki,  bu, ən doğru addımdır, siyasi manevrdir və bununla da “Mən sizə kömək etdim ki, Siz də Azərbaycana kömək edəsiniz”. 

Əziz Steynar! 

İndi Azərbaycan mediası tamamilə tək qalıb, artıq Bakıda Steynar Gil də yoxdur; Qərb paytaxtları İlham Əliyev hakimiyyəti ilə işbirliyini davam etdirir, onlara sanki Azərbaycanda demokratiya lazım deyil. Amerikanın, Böyük Britaniyanın radioları, televiziyaları bağlanıb; əməkdaşları istintaqa cəlb edilib. Onların hökumətləri həmin KİV-ləri qoruya bilmir.   
Belə bir vəziyyətdə mən, təkbaşına növbəti bir manevrə imza atdım! “Özümə kömək etdim ki, qəzetimə, saytlarıma kömək edə bilim”. 

Hakimiyyətlə münasibətləri ən kritik anda yumşaltmaq, onların mənə, mətbuatın sağ qalan hissəsinə münasibətdə neytrallığını təmin etmək  çox lazımdır. Hazırda mənim problemlərimi özümdən yaxşı bilən kimsə yoxdur. Hesab edirəm ki, mənə təklif olunan mükafatdan imtina etsəydim, hakimiyyətə , konkret, İlham Əliyevə meydan oxumuş sayılacaqdım. Bu cür “qəhrəmanlıq” hazırda mənə lazım deyil. Qəzetimə, həbsxanada olan həmkarlarıma da lazım deyil. Çıxılmaz vəziyyətdə olan müxalifətə də heç lazım deyil.

Mənə tərəf edilən bir jestə normal cavab verdim. Bu, hakimiyyət tərəfindən də ciddi addım, xoş məram nümunəsidir. 

Bundan əvvəl mənə təklif olunan mənzildən, digər imkanlardan imtina etmişdim. Hesab edirəm ki, 26 illik qəzetçilik fəaliyyətimə görə, hətta məni sevməyən Əli Kərimli də iqtidarda olsaydı, 180 nəfərin içərisində mənə Əməkdar jurnalist adı verərd. Yeri gəlmişkən, Əli Kərimlinin "Azadlıq" qəzeti prezidentdən iki ev, Əməkdar jurnalist adı, 307 min manat (əvvəlki kursla 400 min avro) alıblar və bu gün də onlardan imtina etməyiblər.
Görüşdə həbsdəki jurnalistlərlə bağlı heç bir məsələ qaldırmadım. Çünki mən ölkəmdəki gerçək durumu, harada nə demək lazım olduğunu və harada nə deməmək lazım olduğunu bilirəm. 

Lakin görüşdən əvvəl yazdığım həbsdəki jurnalistlərin azad olması barədə növbəti xahiş məktubum hörmətli prezidentə çatmışdı. 

Əgər yaxın zamanlarda heç olmasa bir jurnalist - bizim yazarımız Tofiq Yaqublu həbsdən azad olsa, bilin ki, burada az da olsa, mənim xidmətim var.

Əziz Steynar!

Xatırlayırsınızsa, səfirliyə gəldiyim ilk saatlarda Siz mənə və Hacı İlqara təklif etdiniz ki, bayraqlı səfir maşını ilə bizi Tibilisiyə  aparasınız, siz o zaman həm də Norveçin Gürcüstandakı səfiri idiniz; lakin biz ölüm və həbs təhlükəsində olmağımıza baxmayaraq, dostlarımızı və ölkəmizi qoyub qaçmadıq, bundan imtina etdik. 

Mən, bax, həmin o Rauf Arifoğlu olaraq qalıram. 

İndi də mənim hər cür imkanım var ki, ölkədən gedəm. Çünki mənə bir qəzetçi kimi, yenə də çox çətindir. Hazırda mənə iflas həddinə gəlmiş müxalifətçi dostlarım da mənəvi “terror” edirlər; onlara elə gəlir ki, arxamızda heç bir güc olmadan mən onların hamısının əvəzindən yenə də, 2000-ci illərdə olduğu kimi, hakimiyyətlə vuruşmalı, prezidenti məhz onlara xoş olan leksikonla tənqid və təhqir etməliyəm.

Mənsə bunu etmirəm. Çünki çoxsaylı səbəblərim var. Üstəlik, mən belə bir müxalifətin hakimiyyətə gəlməsini də ölkəm, region üçün təhlükə sayıram. Onlar deqradasiyaya uğrayıblar; mənəviyyatları pozulub, qısasçı və kinli olublar; bir çoxu yaşlanıb və heç nəyə yaramırlar; siyasi reallıqlardan uzaqlaşıblar, aqressivdirlər, üstəlik, dünyanın gedişindən çox da geri qalıblar. 

Başqa bir tərəfdən, qəzetlə siyasət yürütmək, hakimiyyət dəyişmək, müqavimət təşkil etmək mümkün və doğru deyil.

Mən indiki şərtlərdə, hakimiyyəti, prezidenti tərifləmədən, ona  yaltaqlanmadan, yalan yazmadan qəzetçiliklə yoluma davam etmək qərarı vermişəm. Bunu məndən tələb edən də yoxdur. Ümumiyyətlə, hakimiyyətdən mənə hər hansı bir tələb mətni indiyə qədər də daxil olmayıb. Manevrləri və xəbər yayımı siyasətini mən özüm vəziyyətə uyğun həll edir, müəyyənləşdirirəm. 

İsa Qəmbərin başqanlıqdan getməsindən sonra da əvvəldən verdiyim qərarla partiyadan getmişəm. Çünki partiya artıq hakimiyyətə real alternativ imkanlarını tamamilə tükədib. Yeni başqan bu imkanları yenidən yaratmaq üçün çalışır, lakin şərtlər ümidverici deyil.  

Lakin hesab edirəm ki, “Yeni Müsavat” media qrupunun yaşamasını davam etdirmək üçün imkanlar hələ qalır, onlardan istifadə etmək lazımdır. Buna görə də siyasi düşərgələrlə məsafə yaratdım. 

Bu imkanlar tükənsə və mən sifətimi saxlaya bilməsəm, qırmızı xətləri qoruya bilməsəm, qəzetçilikdən istefa verib, media qrupumu ya satıb, ya da bağlayıb, kitablar yazacam, ibadətlə məşğul olacam. 

Bu dəfə də ölkəmdən çıxmadan, mühacirət etmədən.  

Əziz Steinar!

Ümid edirəm ki, Sizə yazdığm bu cavabda mənim davranışımla bağlı izahatlarım qane etməsə, nələri düz etmədiyimi mənə yazacaqsınız.

Sizin kimi əsil Dosta və böyük Demokrata indi daha çox ehtiyacı olan. 

Sizin Rauf Arifoğlu

Bizim partnyorlarımız

Лента новостей

Предыдущие новости