Свобода людям, независимость нациям!

Eyxmana dar olan dünya Xaçaturyana da dar oldu – “igid zinvor”un hərbi cani olduğunu göstərən foto

5744 30.07.2023 15:06 Колумнисты A A

Bu caninin öz adının Vaqif, atasının adının isə Çərkəz olması belə bir ehtimal yaradır ki, onun atası azərbaycanlı, anası erməni olub.

Çünki dünyada övladlarına ən çox Çərkəz adı qoyan xalq bizimkidir. Heç Şimali Qafqazın qoçaq xalqı olan çərkəzlərdə belə bu qədər çox Çərkəz adlı adam yoxdur. Ölkəmizdə minlərlə Çərkəz var, ermənilərdə isə bu adda adama rast gəlmək olmur.

Vaqif adı da o cümlədən. Bu, ərəb mənşəli addır, “bir işdə məlumatı, biliyi olan, xəbərdar” mənası verir. Ölkəmizdə Vaqif adlı on minlərlə adam var, eyni zamanda ermənilərdə bu ada ilk dəfə dünən rast gəldik. Bu adın ölkəmizdə populyarlaşmasının iki əsas səbəbkarı var: biri Qarabağ xanının şair vəziri Vaqif, o biri isə onun haqqında pyes yazan, kiçik oğluna da Vaqif adı qoyan Səməd Vurğun.

Ermənilərin şair Vaqifə hər hansı bir sevgi bəsləməsi faktı heç kəsə məlum deyil.

Beləliklə, bu qənaətə gəlmək olar ki, 1988-ci ildə başlayan erməni-azərbaycanlı münaqişəsi 1991-ci ildən sonra qanlı fazaya keçərkən əsgəranlı Vaqif Çərkəzoğlu anasıyla atasının arasında seçim edib və özünə birincinin soyadını götürərək erməni millətçisi olub.

Bu, bir ehtimaldır, yaxın günlərdə ya təsdiqlənəcək, ya da ortaya başqa təfərrüat çıxacaq.

Hələlik maraqlı olan odur ki, Azərbaycanın hüquq-mühafizə orqanları bu adamı yaxalayıblar və ona 31 il əvvəl Xocalıda törətdiyi cinayətə görə ittiham irəli sürülüb. Ortada daşdan keçən sənədlər, sübutlar da var. Onlardan biri - V.Xaçaturyanı cinayət başında göstərən foto artıq yayılıb. Həmin fotoda o, əlində silah tutub və güllələnib öldürülmüş azərbaycanlının üzərinə atılmış örtüyü qaldıraraq öz “qəhrəmanlığı”nı nümayiş etdirir.

canni.JPG (97 KB)

O, yəqin ki, bir zamanlar bu şəkli ona-buna göstərərək “necə igid bir zinvor” olduğunu sübut etmək istəyirdi, indi Azərbaycanda o şəkli onun özünə göstərərək necə bir alçaq hərbi cani olduğunu sübut edəcəklər.

Onu həbs edənlərin əlində başqa sübutlar da olmamış olmaz. Buraya çoxsaylı zərərçəkənlərin ifadəsi, Xaçaturyanın qatıldığı hərbi əməliyyatların, törətdiyi cinayətlərin siyahısı (ili, ayı, günü, saatıyla), caninin öz yoldaşlarının verdiyi ifadələr və sair daxildir.

Belə anlaşılır ki, bu şəxsi çoxdan təqib edirmişlər və ilk əlverişli fürsətdə götürüblər.

eyxo.JPG (20 KB)

İstər-istəməz adamın yanında günahsız yəhudiləri gettolara dolduran və qaz krematiroyalarında məhv edən nasist Adolf Eyxmanın uzun illərdən sonra gizləndiyi Argentinadan götürülüb İsrailə gətirilməsi düşür. Bu hadisə 1960-cı ildə, II dünya müharibəsinin başa çatmasından 15 il sonra baş verib. Ona qədər israilli kəşfiyyatçılar SS oberşturmbanfüreri, “Holokostun memarı” adlandırılan Eyxmanı güman gələn hər yerdə axtarıblar, nəhayət, izini Argentinada tapıblar və dəqiqliklə həyata keçirilən əməliyyatla bu hərbi canini İsrailə gətirib ədalətə təhvil veriblər. Eyxmanın bütün cinayətləri üzünə sadalanıb, onun simasında nasizmin cinayətləri bir daha dünya ictimaiyyəti qarşısında mühakimə edilib və iki ildən sonra onu edam ediblər. İsrail tarixində məhkəmə hökm ilə edam edilən iki adamdan biri Otto Adolf Eyxmandır.

Düzdür, V.Xaçaturyan ranqına, törətdiyi cinayətlərə görə Eyxmanla müqayisə oluna bilməz, amma hərbi cani elə hərbi canidir, onun bir neçə günahsız insanı qətlə yetirməsi ilə milyonlarla günahsız insanın qətlini təşkil etməsinin elə bir fərqi yoxdur. İkisi də ağır antibəşəri cinayətdir, sərt mühakiməyə, ağır cəzaya layiqdir.

Biz bu barədə hələ 20 il öncədən yazırdıq, bildirirdik ki, Xöcalı, Malıbəyli, Meşəli, Ağdaban, Başlıbel, Qaradağlı qırğınlarında iştirak edən erməni döyüşçülər birbəbir təsbit edilməli, öyrənilməli, sağ qalanların yeri, ünvanı dəqiqləşdirilməli və onların ələ keçirilməsi üçün fürsət axtarılmalıdır.

5fb67518-9c5e-4e67-b28b-67fdcf1cb1a1.jpg (143 KB)

Şükür ki, 2020-ci ildə onların bir neçəsinin cəzası elə döyüş meydanında, rüsvayçılıqla səngərdən qaçdıqları vaxt verildi, beş-altısı Qarabağa döyüşməyə gələrkən avtobusdaca məhv edildi, bir-ikisi məğlubiyyət acısını dadaraq, göz yaşları içində vaysınaraq gəbərdi. İndi biri də bu cür yaxalanıb.

Onun məhkəməsi maraqlı və əhəmiyyətli olacaq. Vaqif Çərkəzoviç Xaçaturyan məhkəmədə dinc əhalini necə qırıb-çatdıqlarını danışacaq, adlar çəkəcək. Bu, həm erməni separatçılarının, həm də onların havadarlarının dilini gödəldən məhkəmə olmalıdır.

Bizim partnyorlarımız

Лента новостей

Предыдущие новости