Свобода людям, независимость нациям!

“Əyri güzgülər siyasəti” və praqmatizm: İrəvan hansını seçəcək?

746 10.06.2023 10:01 Колумнисты A A

“Ukrayna müharibəsi məsələsində biz Rusiya ilə müttəfiq deyilik” – etiraf edək ki, bu sözlər erməni baş naziri Nikol Paşinyanın digər bəyanatlarından, o cümlədən də Azərbaycanın və Türkiyənin ərazi bütövlüyü ilə bağlı dediklərindən heç də az yadda qalmadı. Rusiya və onun geosiyasi layihələri konteksində bu, heç də Paşinyanın birinci kritik bəyanatı deyil. Bir neçə ay bundan əvvəl Paşinyan və komandası KTMT-ni “uğursuz dövlətlərin klubu” adlandırmışdı.

Bəli, bütün bu cür bəyanatlara özünün “patron”larının geosiyasi maraqlarına dəstək verən erməni qərbçi siyasət adamının “nadinclyi” kimi baxmaq lazım deyil. Yox, hələ bir neçə illər bundan əvvəl müstəqil politoloqlar və jurnalistlər yazırdı ki, Bakı və İrəvan müxtəlif geosiyasi müstəvilərdə qərar tutub, ona görə də onların mövqelərini Dağlıq Qarabağ kimi mühüm məsələdə belə uzlaşdırmaq olmur.
Üstəgəl, Ermənistan Belarusdan sonra ikinci Rusiya yönümlü postsovet ölkəsi hesab olunurdu. İndi bunlar hamısı keçmişdə qalıb, Ermənistan daha əvvəlki kimi nümunəvi Rusiya yönümlü ölkə deyil, yox, bu ölkənin təkcə müstəqil politoloqları və jurnalistləri deyil, hətta fəaliyyətdə olan siyasətçiləri və diplomatları aşkar şəkildə Rusiyanı, onun geoiqtisadi və geosiyasi strukturlarını tənqid edirlər.
Burada tələskən oxucu etiraz edə bilər ki, bağışlayın, elə bu günlərdə erməni baş naziri Rusiya prezidentilə görüşə yollanmadımı? Biz onun bu sualına nə cavab verəcəyik?

Əlbəttə, oxucu haqlıdır. Amma biz demirik ki, Ermənistan artıq yüz faizlik Qərb yönümlü ölkədir və hətta bu məsələdə keçmiş Baltik respublikaları ilə bir cərgədədir! Yox, hələ proseslər gedir və İrəvan Qərblə Rusiya arasında manevr edir. Bir neçə il bundan əvvəl bunu hətta təsəvvür belə etmək mümkün deyildi. Belə hesab olunurdu ki, Ermənistanın geosiyasi missiyası təkcə özünün Rusiyanın orbitində qalması deyil, həm də Dağlıq Qarabağ münaqişəsindən istifadə edərək Azərbaycanı da bu orbitdə saxlamaq və onun Qərblə inteqrasiyasına imkan verməməkdir.

İndi hər şey tədricən dəyişir. Təkcə müstəqil siyasi tədqiqatçılar və müşahidəçilər deyil, hətta tərəflərin birinci diplomatları deyirlər ki, iki münaqişə tərəfi arasında sülh heç vaxt olmadığı kimi yaxındır.
Burada qeyd edək ki, iyun ayında Vaşinqtonda tərəflərin xarici işlər nazirlərinin görüşü olmalı idi. Hazırda bu görüşün təxirə salındığı deyilir, amma onun ümumiyyətlə keçiriləcəyi istisna olunmur. Hamı bu görüşə ümid bəsləyir. Hətta belə şayiələr dolaşır ki, amerikalılar artıq gələcək sazişin layihəsini hazırlayırlar. Bu xəbərlər iki səbəbdən real ola bilər.

Birincisi, ABŞ-ın sülh niyyətləri və təşəbbüsləri çox ciddidir. ABŞ diplomatları tərəfləri tələsdirirlər ki, onlar mümkün qədər tez sülh sazişini imzalasınlar. İkincisi, hesab olunur ki, tərəflər əvvəlcə çərçivə sazişi imzalaya və rəsmi şəkildə sülhə, regional əməkdaşlığa yönəlik niyyətlərini bəyan edə bilərlər. Aydın məsələdir ki, onlar daha sonra bu sazişin ayrı-ayrı bəndlərini və punktlarını inkişaf etdirə bilərlər.
Bir sözlə, indi birinci diplomatların ardınca belə demək olar ki, sülh prosesi tədricən olsa da, hər halda, irəliləyir. Əlbəttə, o, mürəkkəb şəraitdə baş verir – hətta mühüm damışıqlar fonunda belə ermənilərin hərbi təxribatları ddavam edir. Hətta indinin özündə xəbərlər gəzir ki, ermənilər sərhədə “qoşun” toplayır. Prinsipcə, onların bu oyunlarını izah etmək olar.

Birincisi, İrəvanla separatçılar arasında dərin ziddiyyətlər var – Xankəndidə separatistlər İrəvanın sülh təşəbbüslərindən qəti razı deyillər. İkincisi, erməni ordusunda da müxtəlif revanşist qruplar var və Paşinyan onları aşkar şəkildə “beşinci kolon” adlandırır. Üçüncüsü, İrəvanın özü də sülhə zorla gedir, fürsət gözləyirlər ki, əvvəlki vəziyyəti bərpa etsinlər. Dördüncüsü, erməni cəmiyyəti əsasən Paşinyanı müdafiə edir, amma bunu onun alt-sistemləri haqqında – müxtəlif müxalif qruplar, kilsə, hətta diasporalarla bağlı demək olmur.

Amma əsas odur ki, Ermənistanda insanlar var ki, onlar artıq ölkələrinin regional siyasətinin dəyişməsinin zəruri olmasını anlayırlar. Bəli, revanşist qruplar hətta Paşinyana Türkiyədəki andiçmə mərasimində iştirakı belə bağışlamırlar! Fəqət, aydındır ki, belə psevdo-döyüşkən ideologiya ilə İrəvan çox da uzağa getməyəcək. Tədricən bunu təkcə siyasətçi – professionallar yox, erməni cəmiyyətinin adi kəsimi də anlayır.

Bu il İrəvan merinin seçkiləri olacaq. Ümid edək ki, bu da erməni cəmiyyətinin siyasi ovqatını təxmin etmək üçün növbəti dolayı test olacaqdır və biz bir daha erməni cəmiyyətinin “əyri güzgülər” siyasətindən əsl praqmatizmə keçidə nə qədər hazır olduğunu öyrənə biləcəyik...

Bizim partnyorlarımız

Лента новостей

Предыдущие новости