Свобода людям, независимость нациям!

Erməniyə qaz verib üstümüzə salanlar – bir daha Qarabağa gələn qanunsuz kəmər haqda

2357 23.03.2022 20:33 Колумнисты A A

Erməni sırtıqlığı rekord vurmağa davam edir. Yenə tumanlarını atıblar başlarına. Xaricdəki havadarlarının əli ilə bu dəfə Qarabağa gələn qanunsuz qaz kəmərindəki qəzaya görə Azərbaycanı hədəfə çıxarmaq üçün neçə gündür dəridən-qabıqdan, yüz oyun-hoqqadan çıxırlar.

Əfsus ki, Qərbdəki, Avropadakılar çoxdan bizim haqq səsimizə kar-lal olublar, erməni yalanları və fitnələrinə isə heyrətamiz həvəs və məmnuniyyətlə uymaqdadırlar. 44 günlük Vətən müharibəsindəki davranışları məlum, cəmi iki həftə qabaq Avropa Parlamentinin əleyhimizə çıxardığı növbəti allahsız qərarı yadınıza salın.

Beləcə, ermənilərin ağzında daim şirə saxlayırlar. O səbəbə yaramaz qonşular təzə uydurmalara keçiblər. Əmindirlər ki, Qərbdəki həmin sadiq havadarlar yenə gerçəyi öyrənib-eləmədən bunların yalanına inanacaqlar.

Elə də oldu. Artıq “əzabkeş xalq”ın müdafiəsinə yönəlik, Azərbaycanı qınayan bəyanatlar gəlməyə başlayıb. Bu da təsadüfi deyil ki, özünə əl qatanlardan biri və birincisi məhz Avropa Birliyi rəsmisi Pitero Stanodur. Buna xristian təəssübkeşliyinin ən iyrənc təzahürü də demək olar.

Qayıdaq bizə qarşı bitmək bilməyən böhtanlara.

“Azərbaycan rəhbərliyi (?! – Z.S.) qazın “artsax”a verilişini qəsdən kəsib. Dağlıq Qarabağda 30 mindən çox uşaq indi istiliksiz və isti susuz qalıb”.

Bu həyasız iddia özünü erməni separatçı-kriminal rejimin “ombudsmanı” adlandıran Qeqam Stepanyana məxsusdur.

30 min erməni uşağı!! Qarabağda üst-üstə heç 20 min erməni qalmayıb e! Amma kimə deyirsən. Erməni yalanla nəfəs almasaydı, o erməni olmazdı ki.

Günlərdir Ermənistanın ombudsmanı ilə qondarma “ombudsman” birləşib car çəkir ki, “Ay aman, qoymayın Qarabağda 120 minlik əhali soyuqdan dondu, soyqırımına məruz qaldı!” Bəs nə. 30 min rəqəmini düzəltmək üçün 120 mini udyurmalısan da! Ardınca Ermənistan XİN-i eyni böhtanı püskürdü...

İndi burdan-bura ağ yalanlar ifraz edən bir millətin, bir ölkənin rəsmilərinin “timsah göz yaşları”na necə inanmaq olar?!

“Bu, bəşəriyyət əleyhinə cinayətdir”. Bunu da bizi ittiham edən Stepanyan sarsaqlayıb.

Daha bir misilsiz sürtüklük! Xocalı soyqırımına, 20 faizlik ərazimizdə apardıqları etnik təmizləmələrə görə indiyədək tükləri belə tərpənməyən bir toplumun nümayəndəsi görün bizi nədə suçlayır? Bir milyon azərbaycanlı köçkünü 30 ildən çoxdur öz dədə-baba yurduna həsrət qoyan vəhşi qəbilə (basdırdıqları minalar səbəbiylə insanlar işğaldan sonra da öz evlərinə dönə bilmirlər!), şəhər-kəndlərimizi viran qoyub ekologiyamızı məhv edənlər, çaylarımızı zəhərləyənlər Azərbaycanı bəşəriyyət əleyhinə cinayətdə suçlayırlar!

Biz bunların qanunsuz qaz kəmərini təmir eləməliymişik. Özü də Rusiya hərbçilərini nəzarəti olan ərazidə. Niyə? Ona görə ki, qızınıb Azərbaycana qarşı həyasız iddialarına davam eləsinlər? Ərazimizdə rahatca qanunsuz sərhəd xəndəkləri, “cəbhə xətti” çəksinlər? Ona görə ki, “artsax müdafiə ordusu” adlandırdıqları silahlı quldur dəstələri soyuqdan gəbərməsin?! Bizə meydan oxumağa davam eləsinlər?

Və sonda. Əslində gedib araşdırsan məlum olacaq ki, boru xəttində qəzanı elə özləri törədib. Niyə unuduruq ki. Bunlar Azərbaycan xalqını vəhşi obrazda dünyaya tanıtmaq üçün özününküləri belə güdaza verərək Sumqayıt hadisələrini törətmiş, onu dərhal videoya çəkmiş, yəni hər cür alçaqlığa və rəzilliyə hazır, öz soydaşlarına belə rəhm eləməyən həmin zalım, mazoxist xalq deyilmi?

Biz, deyəsən, bunları heç indi də yaxşı tanımırıq...

Bizim partnyorlarımız

Лента новостей

Предыдущие новости