Свобода людям, независимость нациям!

Ermənistanın “böyük bacısı”nın burnu

1372 06.02.2026 14:43 Колумнисты A A

Ötən ildən etibarən Azərbaycan Ermənistan üçün taxıl yolu açıb, Rusiya və Qazaxıstan taxılı vaqonlarla Ermənistana daşınır. Ermənistan rəhbərliyi məmnundur, Nikol Paşinyan Azərbaycan Prezidentinə dəfələrlə təşəkkür edib. Amma Ermənistanın “böyük bacısı” Fransadan səs-soraq yoxdur.

Bakı və İrəvan arasında ticarət əlaqələrinə start verilib. Azərbaycan benzini Ermənistandakı yanacaq inhisarına zərbə vurub, qiymətlər aşağı düşüb, Makron Fransası yenə də susur. Elə bil dünənədək separatçılara TIR-larla yardım aparmağa israr edən, Laçın yolunun Həkəri çayı tərəfində qurulmuş sərhəd-buraxılış məntəqəsini zorla keçməyə çalışan Fransa deyildi.

b3045485eb9d1e29b3ce5a277559c8d6.jpg (310 KB)

Axı, bunlar erməniləri çox istəyirdilər, nə oldu, indi Ermənistanın üzünə açılan qapıları, bölgədə sülh və əməkdaşlıq işartılarını niyə görməzdən gəlirlər? Fransa deyildimi Avropa İttifaqının atlı, itli, nə bilim daha nəli kəşfiyyatçı-casus şəbəkəsini Azərbacanla şərti sərhədlərdə yerləşdirən, daha sonra onların sayını azı beş dəfə artırıb, Ermənistan ərazilərində post quran? Axı, iddia edirdilər ki, erməniləri qorumaq üçün gəliblər, indi nə oldu? Azərbaycan və Ermənistan liderləri dəfələrlə vasitəçilərsiz görüşlər keçiriblər, sülh mesajları veriblər, Paşinyan və Xaçaturyan Azərbaycan Prezidentinin olduğu məkanda artıq-əskik danışmağa belə cürət etmirlər ki, sülhə xələl gələr, İlham Əliyevdən sonar danışmağın çətin olduğunu etiraf edirlər

Makronun səsi niyə çıxmır, heç olmasa diplomatik etiket naminə sülh prosesini alqışlamır?

Deməli, bunlara ermənilər və kadastr sənədi olmayan Ermənistan “maşa” kimi lazım imiş, istədikləri çatdıqları ocaqdan vaxt köz götürüb, başqa bir yerdə yanğın törətməkdən ötrü… Allah qoymasa, Fransa guya üç həmsədr ölkədən biri idi, guya Bakı və İrəvan arasında sülh yaratmaq istəyi ilə var-gəl edirdilər. Əbu-Dabidə və Vaşinqton görüşlərindən sonra başlarına sanki qaynar su ələnib, dilləri quruyub. Bölgədə “binokl diplomatiyası” həyata keçirənlər o boyda sülh prosesini görmürlərmi? Bu qədər (nan)korluqmu olar? Azərbaycana münasibətləri bəllidir: işğal dövründə torpaqlarımızın əbədi ilhaqı üçün əllərindən gələni etdilər, 44 günlük Vətən müharibəsi zamanı Makron şəxsən iddia etdi ki, Azərbaycanın “Dağlıq Qarabağı işğal etməsinə” (?! - red.) imkan verməyəcək. BMT Təhlükəsizlik Şurasının 4 qətnaməsini belə “unutdu” qurumun daimi üzvü olan dövlətin başında duranlar. Beynəlxalq hüquqa belə xəyanət etdilər, erməni separatizmini, terrorçuluğu və işğalı müdafiənin qarşılığında. Azərbaycana qarşı BMT TŞ-də qətnamə qəbul etdirməyə belə cəhd göstərdilər. Fransa Senatı, Milli Assambleyası, digər anti-Azərbaycan mərkəzlər, qurumlar, paytaxtlar sözləşib, ölkəmizə qarşı “Səlib yürüşü”nə başladılar. Ancaq heç bir mənası olmadı, yolumuzu kəsə bilmədilər.

Budur, 2026-cı ilin 5 fevralında Bakıda qurulmuş Ədalət Məhkəməsində, 21-ci əsrin “Nürnberq prosesi”ndə Qarabağın keçmiş separatçı başçılarına hökm oxundu!

G1yuTeQIqhFloN2V1qYfT9zbJkmCVTBMSblYyp0b_825.jpg (52 KB)

Azərbaycan döyüş meydanında apardığı ləyaqətli mübarizəni hüquq müstəvisində davam etdirdi və növbəti nümunəni ortaya qoydu. Bu gün o qədər qaynar münaqişə bölgələrində bir-birini sorğu-sualsız güllələyən, əsir və girovları, köməksiz qalanları, təslim olanları işgəncə ilə qətlə yetirən güclər var ki…Azərbaycan isə Xankəndidə 35 il öncə baş qaldıran “Miatsum”çuların başçılarını, ağ bayraq qaldıran separatçıları güllələmədi, işgəncə vermədi, Xocalıda uşaq və qadınları, yaşlıları qətlə yetirənləri belə vəkillə təmin edib, müttəhimlər kürsüsünə çıxartdı, yekunda hüquq öz sözünü dedi, hakim hökm oxudu.

ahQHhqfGcVXmLCKLZeU0oAobV2PrXC3302IPIJGh_825.jpg (99 KB)

Əslində Avropadakı ermənipərəstlər buna görə Azərbaycan rəhbərliyinə ən azı Paşinyan qədər minnətdar olmalı idilər: uşaq qatillərini, yüz minlərlə azərbaycanlının rahatlığını pozmuş, minlərlə insanımızın qətlinə bais olmuş bu şəxsləri sağ-salamat müttəhimlər kürsüsünə çıxartdığına görə…Amma onlar daha çox istədilər, özü də həya-abır gözləmədən. Ermənistan rəhbərliyi belə bu mövzuya toxunmadığı, Bakıda mühakimə olunan ermənilərin nə qədər böyük cinayət sahibi olduqlarını bildiyi üçün onlarla bağlı susmağa üstünlük verdiyi halda Avropa Parlamenti, AŞPA, Fransa Milli Assambleyası bir-birinin ardınca qətnamələr qəbul etdilər, Azərbaycandan ağır cinayətlərdə təqsirləndirilən, “hərbi əsir” adlandırdıqları separatçı ermənilərin “dərhal” azad olunmasını tələb etdilər.

Minlərlə əlcəzairlini soyqırımı edib, kəllə sümüklərindən muzey quranların bu kimi sərsəm tələbi təəccüb doğurmur təbii ki…

1667564471_photo_2022-11-04_16-19-35.jpg (93 KB)

Fransa Milli Assambleyası lap sonda erməni separatizminə “töhfə” vermək istədi. Bakıda hökm oxunmazdan bir gün qabaq, 2026-cı il fevralın 4-də Fransa Milli Assambleyası “Azərbaycan tərəfdə saxlanılan erməni əsirlərin dərhal və şərtsiz azad edilməsinə çağıran” qətnamə qəbul etdi.

Məlumata görə, iclasda iştirak edən 183 deputatın hamısı yekdilliklə bu sənədin lehinə səs verib. Mənfur qətnamə layihəsi Fransa–Ermənistan Dostluq Qrupu adından parlamentari Loran Vokye tərəfindən təqdim edilib. Beləcə, Azərbaycan ərazisində ikinci erməni dövlətini yarada bilməyənlər erməni lobbisindən və diasporundan on illərlə aldıqları çirkli pulları bu qətnamə ilə yumağa cəhd göstərdilər. Görün Fransa dövləti, fransız xalqı kimlərin əlində, tabeçiliyindədir, baş kəsənləri, qatilləri, caniləri pul qarşılığında müdafiə edənlərin…Yazıqlar olsun.

3bb118f9-c059-38d8-b892-90dcb72998c9_825.jpg (69 KB)

Loran Vokye kimiləri isə günün birində ifşa olunacaq, şübhəsiz. Necə ki, amerikalı senator və konqresmenlərin erməni pullarında bir-bir boğulduğunu müşahidə etməkdəyik…Bir gün Marsel erməniləri içərisindən Fransada ikinci erməni dövlətini yaratmaq istəyən yeni arayiklər, levonlar, davidlər olanda onların “dərhal” azad olunmasını tələb edərsiniz. Və bir də

Ermənistanın “böyük bacı”sı gərək burnunu hər yerə, xüsusən Azərbaycanın daxili işlərinə soxmasın, burnu qırılar, dünyanın ən məşhur cərrahları da köməyə çatmaz!

Bizim partnyorlarımız

Лента новостей

Предыдущие новости