Свобода людям, независимость нациям!

Ermənistandakı etirazların arxasında kim dayanır?

2460 09.05.2022 10:40 Колумнисты A A

“Avropadakı tərəfdaşlarımız xahiş edir ki, Dağlıq Qarabağın statusu məsələsində tələblərimizi bir az yumsaldaq, əks təqdirdə, onlar bizə kömək edə bilməyəcəklər” – bəli, bizə elə gəlir ki, Nikol Paşinyanın Azərbaycanla sülh müqaviləsi imzalanması haqqındakı son bəyanatında bu sətirlər də vardı.

İndi isə Ermənistanı etiraz aksiyaları bürüyübdü. Bu etirazların əsas aktoru isə Daşnakstuyun partiyasıdır. Əlbəttə, sonuncu elə də böyük və kütləvi bir partiya deyil və bunu sonuncu parlament seçkiləri bir daha göstərdi. Amma o, yetərincə mobil silahlı və terrorçu bir təşkilatdır.

Bəli, məhz elə bu partiya bir neçə il bundan əvvəl Ermənistan parlamentində əsl qanlı qətliam törətmiş, neçə deputatı qətlə yetirmişdi. Ona görə də baş nazir Nikol Paşinyanın vəziyyəti yetərincə gərgindir, baxmayaraq ki, tele-süjetlərdən belə görünür ki, etirazlar elə də kütləvi deyil.

Dərhal sual yaranır: bəs bu etirazların arxasında kim dayanır? Əlbəttə, ağla gələn ilk ünvan Rusiyadır. Əslində Moskvanın Paşinyandan narazı qalmaq üçün əsasları elə də ciddi deyildir. Düzdür, sonuncu bəzən Kremlin cızdığı xətdən kənara çıxmağa cəhd edir, amma əsasən Moskvanın buyurduğu istiqamətdə hərəkət edir. O başqa məsələdir ki, Kreml Bakı ilə İrəvanın ikilikdə bir araya gəlməsini istəmir.

Moskvada başa düşürlər ki, Ukrayna xəmiri hələ çox su aparacaq və bu səbəbdən də Dağlıq Qarabağ probleminin tezliklə həlli onun maraqlarına daxil deyil.

Ümumiyyətlə götürdükdə isə, Moskva özünün köhnə xəttinə sadiqdir – bir daha deyirik ki, o, Qarabağ probleminin həllini istəmir. Təsadüfi deyil ki, indi kəskin bəyanatlarla rəsmi İrəvan yox, Dağlıq Qarabağdakı separatist rejim və Ermənistanın rusiyayönümlü müxalifəti çıxış edir.

Əlbəttə, Qərb dövlətlərinin də təsirini istisna etmək olmaz. Ukrayna müharibəsindən sonra ABŞ və Avropa Rusiyaya hər yerdə və hər şeydə müharibə elan edib. Aprelin sonlarında digər iki həmsədr elan etdi ki, onlar Qarabağ məsələsində də Rusiya ilə əməkdaşlıq etməyəcəklər. Amma Qərb dövlətləri Paşinyanla işləməkdə maraqlı görünürlər, çünki o, daha çox Qərbin adamı hesab olunur və Rusiyanın göstərişlərini məcbur qalaraq yerinə yetirir. Hiss olunur ki, ilk imkandaca Ermənistan siyasəti Qərb istiqamətinə yönələ bilər. Ona görə də Qərbin Koçaryanları və Sarqsyanları müdafiə etməsi, onlara dəstək verməsi elə də ağlalabatan deyil.

Bakının bu proseslərə reaksiyasına gəldikdə isə, burada da bir sual yaranır: biz Paşinyana inana və ona dəstək verə bilərikmi? Bizə elə gəlir ki, bilərik. Paşinyan sülh prosesini irəlilətməyə çalışır - əlbəttə ki, şəraitin imkan verdiyi qədər. Əks təqdirdə onu da birinci prezident Ter-Petrosyanın aqibəti gözləyə bilər, özü də ən yaxşı halda, çünki bəzi siyasi müşahidəçilərin fikrincə, Paşinyana sui-qəsd də təşkil oluna bilər.

Burada hadisələrin inkişafının başqa bir ssenarisini də qeyd etmək lazım gəlir.

Bəzi təhlilçilərin fikrincə, Paşinyan və etirazçı müxalifət birgə hərəkət edir ki, Paşinyana qarşı təzyiqlər azalsın ki, o, sülh sazişini imzalamaq məcburiyyətində qalmasın. Burada Rusiyanın da ikibaşlı oyununu inkar etmək olmaz. Paşinyan da, etirazçı müxalifət də Kremlə bağlıdır. Sonuncu isə Paşinyana “İmzala!”, müxalifətə isə “İmkan vermə!” deyə bilər. Bütün hallarda situasiya yaxınlarda aydınlaşacaq, çünki məsəl var, deyirlər ki, kölgələr günorta yox olur...

 

Bizim partnyorlarımız

Лента новостей

Предыдущие новости