Свобода людям, независимость нациям!

Ermənilərin Türkiyə sərgüzəştləri - “Zər”dən “şeş qoşa” gözləyənlər

2275 14.02.2023 17:16 Колумнисты A A

Ermənilər baş əvəzinə bədənin başqa əzaları ilə düşünməyə davam etdikcə bişəkk, bəla onlardan əskik olmayacaq. Bədbəxt məxluqlar indi də Türkiyənin təbii fəlakətlə zəifləyib əldən düşəcəyini və uzun müddət ayağa dura bilməyəcəyini, nəticədə “miatsim” üçün, revanşist planlar üçün şans yaranacağını zənn edirlər.

Gözləyirlər. Özü də maniakal bir həvəs və həsrətlə. Gerçəkdən, bunlar dünyanın yek xalqıdır ki, neçə əsrdir öz xoşbəxtliklərini böyük məmnuniyyətlə başqa xalqın bədbəxtliyi üzərində qurmağı hədəfləyiblər...

Qondarma “prezident” Araikin qondarma “müşaviri”, keçmiş “xin” başçısı David Babayan öz Facebook səhifəsində yazır: “Bəziləri hesab edir ki, siyasət və geosiyasət - hesablamalar lazım olan şahmatdır və kim daha irəlini hesablaya bilirsə, rəqibdən daha hazırlıqlıdır və uğur qazanmaq şansı daha yüksəkdir. Lakin şahmat bütün mürəkkəbliyinə və gözəlliyinə baxmayaraq, siyasət və geosiyasəti nərd kimi dəqiq ifadə eləmir. Üstəlik, şahmatdan fərqli olaraq, nərddə fors-major elementi var, onu qətiyyən proqnozlaşdırmaq mümkün deyil. Bu rolu isə zər oynayır. Siyasətdə də, geosiyasətdə də, həyatda da belədir. İstənilən vəziyyət hər an kəskin dəyişə bilər. Özü də elə bir vaxtda ki, bunu heç gözləmirsən”.

Siyasət, şahmat, nərd və erməni. Deyəsən, bu kriminal separatçı ünsür neçə vaxtdır bekarçılıqdan nərdə keçib. Qardaş ölkədəki dağıdıcı zəlzələ fonunda Babayanın nəyə işarə elədiyi isə əslində aşağı-yuxarı bəlli. Ümidləri hazırda Türkiyənin üzləşdiyi fəlakətə, “fors-major”a bağlı. “Şeş qoşa” olmasa da, heç olmasa, “beş qoşa”, “cüt çahar” gözləyirlər zərdən, möcüzəyə ümid edirlər. Daha bilmirlər ki, yaxşı nərd oynamaq üçün adama ağıl, baş da lazımdır.

Hərgah, nə siyasətin şahmatında, nə də onun nərdində erməni heç vaxt dürüst oynamayıb. Daim cığallıq edib, oyun qaydalarını axıradək gözləməyib. Lap dəqiqi, böyük oyunlarda bir qayda olaraq “piyada” (“peşka”) qismində olub, rəqibə qarşı vasitə kimi istifadə edilib. Yaxud əllərdə nərd taxtasına atılan zər daşları qismində olub...

Ermənilərin düzələsi çətin, islah ediləsi mümkünsüz tayfa olduğuna dair daha iki sübut.

Biri Türkiyəyə guya köməyə getmiş erməni xilasedicilərin soyğunçuluqla məşğul olması faktıdır. Zəlzələ zamanı dağılmış evdən qarət və oğurluq etdiklərinə görə Arsen Qazaryan və Vahan Sürmalyan saxlanılıb. Axtarış zamanı onların üzərindən ölən Türkiyə vətəndaşlarının sənədləri, şəxsi əşyaları və qızıl-zinət əşyaları aşkar edilib!

Nə deyəsən? Vərdişi, xisləti dəyişmək asan məsələ deyil. Günü bu gün öz KİV-lərində Türkiyədəki zəlzələ bölgəsini həyasızcasına “Qərbi Ermənistan” kimi təqdim edən, dağıdıcı zəlzələ xəbərindən, körpələrin ölümündən rahatlıq tapan bir vəhşi və anormal toplumun köməyi başına dəysin!..

İkinci fakt da iyrənc və ikrah doğurandır. Radikal-revanşist müxalifətin ən palarıq nümayəndələrindən biri, Ermənistan parlamentinin keçmiş vitse-spikeri Eduard Şarmazanov görün ilin-günün bu vaxtında “ac toyuq” kimi yuxusunda nə görüb. Sitat: “Bir dəfə Hrant Matevosyandan soruşublar ki, “Van Türkiyə ərazisindədir?” O isə cavabında “Xeyr, türklər Vandadır” deyib. Şuşa da Azərbaycanda deyil. Sadəcə, azərbaycanlılar hələlik Şuşadadırlar. Qarabağ Azərbaycanın tərkibində olmayıb və olmayacaq”.

Qulağının dibini görərsən!.. Van əsrlərdir Türkiyə torpağıdır, türklərdədir. Erməni nə qələt edə bilib ki, bundan sonra nə edə?

Həqiqətən də bu ruhi xəstələrə psixoloqlar, ekstrasenslər ordusu lazımdır ki, boş qafalarına bir-bir ağıl qoysunlar, onları şizofrenik iddialardan çəkindirsinlər. “Miatsum” qatarının çoxdan getdiyini, bir daha qayıtmayacağını şarmazanov tipli psixopatlara təlqin eləsinlər.

Rəzil dığa, “Qarabağ Azərbaycanın tərkibində olmayacaq” nə demək? O çoxdan Azərbaycanın tərkibindədir. Özü də həmişəlik! Guya Cümhuriyyət dövründə, SSRİ dönəmində Qarabağ Azərbaycanın tərkib hissəsi deyildi? Eləcə də Şuşa. O da bir iş idi ki, Azərbaycandakı qarmaqarışıqdan yararlanıb torpaqlarımızı müvəqqəti yağmalamışdınız...

Şuşaya gəlincə, Şarmazanov tipli şarlatanların diqqətinə: ermənilər özlərini yaxşı aparsa, onda bəlkə mərhəmət göstərib bu qədim Türk yurduna, Pənahəli xanın şəhərinə turist kimi gəlmələrinə icazə verdik. Ancaq Şarmazanovun buna ömrü çatacaqmı? Onu deyə bilmərik. Üstəlik, onun çapında cinayətkarları Şuşa yox, Şuşa türməsi gözləyir...

Bizim partnyorlarımız

Лента новостей

Предыдущие новости