Свобода людям, независимость нациям!

Ermənilərin Kılıçdaroğlu sevgisi və... zəlzələnin qalıqları altında “qalacaq” namizəd

3402 07.03.2023 15:59 Колумнисты A A

Türkiyədə 14 may seçkilərində Ərdoğanın əsas rəqibi bəlli oldu. Amma belə görünür ki, cənab Kamal Kılıçdaroğlu təkcə daxildəki müxalif kəsimin 1 nömrəli namizədi yox, həm də Ərdoğanın getməsində maraqlı olan çoxsaylı məkrli xarici güclərin və çevrələrin də əsas ümid yeri olacaq. O sırada mənfur ermənilər də var.

Xain millətin gözləntisi əlbəttə ki, qardaş ölkənin seçkilər nəticəsində zəif duruma düşməsi, təzədən “ikinci sort” dövlətə çevrilməsindən yanadır, nəinki Kılıçdaroğlunun qələbəsindən yana. Çünki məhz o halda Türkiyəyə qarşı ənənəvi “soyqırımı” və torpaq iddiaları, o cümlədən Qarabağa iddialar və “miatsum” üçün daha əlverişli zəmin yaranacağını zənn edirlər.

Ərdoğanın sərt üzünü görüblər axı. Yoxsa ki, bunlar vaxtilə “axırıncı Türk lal, kar, kor da olsa, öldürülməlidir” irqçi şüarını özünə bayraq eləmiş faşist Qaregin Njdenin davamçıları. Njdeyə İrəvanın mərkəzində 6 metrik abidə də qoyublar.

Mövzudan uzaqlaşmayaq.

Bəs ermənilər hardan bilir ki, Kılıçdaroğlu onların istəklərinə qarşı daha loyal ola bilər?

Birincisi, ondan ki, ana müxalifət partiyası CHP hakim AKP-ni daim xaricə “hərbi qüvvə göndərməkdə” qınayır. Bu xüsusda K.Kılıçdaroğlunun başqan olduğu CHP-nin əsas simalarından biri, Azərbaycandakı sabiq səfir Əhməd Ünal Çevikoz hətta Qarabağda 44 günlük müharibə zamanı Türkiyənin ölkəmizə dəstəyinə neqativ münasibət sərgiləmişdi. “Təəssüf ki, biz Azərbaycana dəstək verdik” demişdi...

Erməniləri ümidləndirən ikinci amil əsasən kürdlərə məxsus HDP-nin CHP ilə isti münasibətdə olmasıdır. Bəzi iddialara görə, sədri (Səlahəddin Demirtaş) həbsxanada haqlı cəza çəkən məhz bu partiyanın son anda öz tərəfdarlarını Kılıçdaroğluna dəstək verməyə çağırması sonuncunun 50+1-lə qələbəsini təmin edə bilər.

Ermənilərin bəlli səbəblərdən böyük sevgi bəslədiyi HDP-nin CHP-dən gözlənisi isə ermənilərinkindən çox fərqlənməz: kürd separatçılığının himayə edilməsi. Yəni dəstək heç də boşuna verilməyəcək (Meral Akşenerin “Altılı masa”ya qayıdışından sonra blokun HDP ilə anlaşma ehtimal artıb).

Mənfur millətin ümidi həmçinin Türkiyədəki təbii fəlakətə, yəni dağıdıcı zəlzələnin nəticələrinədir. Müxalifət kimi ermənilər də zənn edir ki, seçki gününədək Ərdoğan və partiyası siyasi anlamda “dağıntıların” altından çıxa bilməyəcək.

Nəhayət, dördüncüsü, Kılıçdaroğlunun öz şəxsi dünyagörüşünə, ermənilərə qarşı ənənəvi simpatiyasına bəslənən ümidlərdir. Bu yerdə bircə faktla kifayətlənəcəyik.

2018-ci ildə Kamal Kılıçdaroğlu (onda da CHP lideri idi) Natalya Ayvazyan adlı bir erməni bloggerlə görüşərək şəkil çəkdirmişdi. Natalya Ayvazyan Türkiyə vətəndaşı idi. Ancaq məsələ bunda deyil. Ondadır ki, bu erməni blogger ASALA erməni terror təşkilatının və FETÖ-nun simpatizanı və qızğın təbliğatçılarındandır.

O vaxt həmin görüşlə bağlı yazmışdıq: “Bundan başqa Ayvazyan hökumət əleyhinə və terror təşkilatlarını müdafiə edən “twit”lər də yazır. Ayvazyan xüsusilə də ASALA-ya rəğbətini gizlətmir. Bu terror hörgütünü mütəmadi və açıq təbliğ edir. Hətta 1982-ci ildə Türkiyənin Esenboğa hava limanında 9 günahsız insanın ölümü, 72 nəfərin isə yaralanmasına gətirən məlum və müdhiş terror aktının iki təşkilatçısından biri olmuş erməni Levon Ekməkçini vaxtaşırı yad edir və onu “erməni inqilabçısı” kimi təqdim edir... ASALA üzvlərindən biri də 1993-ci ilin yayında Qarabağda gəbərdilən və ermənilərin “milli qəhrəman” saydığı terrorçu Monte Melkonyandır”.

Əlbəttə, təcrübəli siyasət və dövlət adamı, peşəkar seçki texnoloqu kimi Ərdoğan əsas rəqibinə qarşı təbliğatda bu və digər anti-tesizlərdən, hətta hələ heç kimin ağlına gətirmədiyi texnoloji fəndlərdən və yeniliklərdən məharətlə istifadə edəcək. Türkiyəli seçici isə belə dəlil-faktlara qarşı olduqca həssasdır və əminik ki, seçimini edəndə də yalnızca evindəki soyuducunun boş və ya dolu olmasına baxmayacaq.

O ki qaldı zəlzələyə, onun qalıqları altında siyasi anlamda kimsə qalacaqsa da, əminik ki, o, Ərdoğan olmayacaq...

Bizim partnyorlarımız

Лента новостей

Предыдущие новости