Свобода людям, независимость нациям!

Erməni şovinizminə susanlar vətənpərvərlik təbliğatımıza dodaq büzür

2198 19.11.2022 11:07 Колумнисты A A

Hələ sovet dövründə, xalqlar dostluğunun dillərdə dastan olduğu, SSRİ-də yaşayan hansısa bir millət haqqında deyilən güldən ağır sözün “millətlərarası nifaqı qızışdırmaq” kimi tövsif olunaraq, cinayət məsuliyyəti yaratdığı illərdə ermənilərlə iç-içə yaşayan (istər Ermənistanda, istarsə də Qarabağda və digər yerlərdə) soydaşlarımız belə bir söhbət edirdilər: “Ermənilər yeni doğulmuş körpələrinin qulağına “sənin düşmənin türkdür” sözü pıçıldayırlar”.

Bu, əlbəttə, həqiqət idi və çox yayğın hala gəlmişdi. Hətta ermənilərin yenicə tanış olduqları adamdan “hayes, türkes” deyə soruşmaları, daha sonra bu cavaba uyğun olaraq həmin adamla ünsiyyət qurmaları da hər kəsə bəlli fakt idi. O da gerçək idi ki, ermənilərin çoxu “hayes” təsdiqi eşidərkən bir anda mehribanlaşır, yenicə tanıdığı adamla yüz ilin tanışı kimi davranır, “türkes” sözünü eşidəndə ya üzünü çöndərib söhbəti bitirir, ya da mükaliməni turş sifətlə davam etdirirdilər.

İndi bizi vaxtilə ermənilərin etdiyi kimi etməkdə qınayırlar. Düzdür, biz yeni doğulan körpələrin qulağına yalnız öz adını pıçıldayırıq, amma Avropada hesab edirlər ki, məktəblərdə vətənpərvərlik təbliğatı aparmaq, düşmənə nifrət aşılamaq yolverilməzdir, yanlışdır.

Bu yaxınlarda BBC radiosunun saytı bu barədə bir araşdırma yazısı yaymışdı.

Yazıda belə cümlələr yer alırdı:

“Şəhərin müxtəlif məktəb və bağçalarında təhsil alan şagirdlər, balacalar və onların valideynləri müəllimlərin və tərbiyəçilərin azyaşlılara vətənpərvərlik aşılamaq məqsədilə bəzi şüar və ifadələri öyrətdiyini və günlük olaraq təkrarlatdığını bildirirlər”;

“Digər bir videoda səslənən şeirdə isə deyilir ki, xalqımız bir yumruq kimi düşmənin başını əzdi”;

“Müəllimlər və təhsil işçiləri deyirlər ki, vətənpərvərliyin təbliği ilə bağlı mətnlərin bəziləri tədris proqramında var və məcburidir”.

Bəli, elə bir dövrə gəldik ki, vətənpərvərliyin təbliği qınaq predmeti oldu. Belə anlaşılır ki, BBC-nin xəbər siyasətini yönəldənlərin Azərbaycanın 39-42-ci paralellərdə yerləşdiyini bilmirlər, hesab edirlər ki, bu ölkə Skandinavyadadır və özünü İsveç-Norveç kimi aparmalıdır.

Ancaq elə deyil, Azərbaycan şimaldan, cənubdan və qərbdən onu istəməyən, onu parçalamaq, dağıtmaq, yox etmək istəyən ölkələrlə əhatələnib (hələlik belədir) və bu üçdişli məngənənin arasında öz mövcudluğunu qorumaq üçün gənc nəsli vətənpərvər ruhda böyütməyə məcburdur. Uşaqlar da, yeniyetmələr də, gənclər də bilməlidirlər ki, onların dostu kim, düşməmi kimdir və kimlərdən zərbə gözləyə bilər.

Əgər indiki nəsil də sovet dövrünün gənc nəsilləri kimi dost-düşmənlərini tanımasalar, bir gün acı gerçəkliklə üzləşərlər, ideoloji, təbliğati baxımından tam hazırlıqlı düşmənin önündə parakəndə, yekdil fikri, doğru təsbitləri olmadan qalar və uduzarlar. Necə ki, ermənilər körpələrinin qulağına hansı millətin onlara düşmən olduğunu pıçıldadıqları, məktəblərdə erməni millətinin böyüklüyünü təlqin etdikləri illərdə biz sovet təbliğatçılarının iradəsi ilə beynəlmiləl ruhda böyüdülmüşdük. Onlar millətçiydi, biz isə beynəlmiləlçiydik. Amma bu gün bəşəri dəyərlərdən danışan avropalılar beynəlmiləlçiləri yox, şovinizm ideyaları ilə silahlananları dəstəklədilər. Biz millətin, vətənin, özünü qorumağın nə olduğunu biləndə isə artıq ölkənin 20 faizi əlimizdən çıxmışdı.

BBC isə elə qələmə verir ki, sanki indi Ermənistanda uşaqlar və yeniyetmələr beynəlmiləlçi ruhda böyüdülür. Elə də deyil. Ermənistanda millətçilik təbliğatı son 100 ildə heç vaxt səngiməyib, indi də ən pik səviyyəsindədir. Amma bu barədə “həyəcan təbili” çalan yoxdur. Sanki ermənilərin vətənpərvərlik, millətçilik təbliğatı çox “məxməri” və faydalıdır, amma bizimki ziyanlı və aqressivdir.

Sovet dövründə nasizmə, faşizmə nifrət aşılanmırdımı? Hər gün hər saat alman nasizmini və Hitler faşizmini lənətləyən filmlərə baxır, kitablar oxuyurduq, bu mövzuda keçirilən toplantılara qatılırdıq. Uşaqdan böyüyə hamı bilirdi ki, başqa xalqları xor görmək, onları qırmaq və köləyə çevirmək niyyətində olmaq pis şeydir.

Bəs ABŞ-da, Avropa ölkələrində, İsraildə necə, nasizmə qarşı təbliğat aparılmırdımı və aparılmırmı? Hollivud və Avropanın kinostudiyaları bu barədə minlərlə film çəkiblər və yeniyetmələr o filmlərə kütləvi şəkildə baxıblar.

İndi bizdə də erməni şovinizmi lənətlənir və bu, hələ uzun müddət davam edəcək. Necə olsun, uşaqlar Xocalı qətliamından xəbər tutmasınlarmı? Bu, axı onların çox yaxın tarixidir. Uşaqlara tarix dərsi keçmək lazım deyilmi?

Hətta yaxın gələcəkdə ermənilərlə sülh sazişi imzalansa və düşmənçiliyə son qoyulsa da, gənc nəsil 1988-2020-ci illər arasında olan hadisələri incəliyinə qədər bilməlidirlər ki, həmin hadisələr bir daha yaşanmasın.

Bizim partnyorlarımız

Лента новостей

Предыдущие новости