Свобода людям, независимость нациям!

Erməni səfinə qatılanlar, Avropadan üz görməyən katalonlar

2274 29.04.2023 10:05 Колумнисты A A

ABŞ-ın və Avropanın güclü dövlətlərinin Qarabağın dağlıq hissəsində yaşayan separatçı ermənilərin Ermənistana və geriyə, Azərbaycan ərazisinə sərhəd-keşid məntəqəsindən keçib getməyə məcbur olmalarına belə isterik reaksiya vermələri təkcə ikili standartın və ya standartsızlığın göstəricisi deyil, həm də analoqu olmayan riyakarlıqdır.

Bu iddia sonrakı abzaslarda lazımnca xırdalanacaq, indilik isə ondan bəhs edək ki, Azərbaycan dövlətinin öz ərazisində, Laçında nəzarət-buraxılış məntəqəsi yaratması, gedib-gələnlər üçün pasport nəzarəti həyata keçirməsi nə beynəlxalq qanunlara, nə də hansısa konvensiyalara zidd deyil. Bu, hər bir dövlətin qayət müstəsna hüququdur. Dünyada bunu etməyən tək dövlət yoxdur.

Dünya ermənilərinin və onların havadarlarının bütün əlləri çatan tribunalarda “blokada” deyə bar-bar bağırmaları boş hay-küydən başqa bir şey deyil. Avropadan gələn missiyalar açıqca müşahidə edə bilərlər ki, həmin nahiyədə yol kəsilməyib, heç bir şəhər, kənd və ya icma blokadaya alınmayıb, sadəcə, gəliş-gediş nəzarət altına alınıb, necə lazımdır davam edir və edəcək. Hətta eko-fəalların Laçın yolundakı aksiyasının ən şiddətli vaxtında belə Rusiya sülhməramlılarına məxsus avtomobillər o tərəf-bu tərəfə sərbəst keçir, ermənilərə yük, ərzaq daşıyırdılar, ermənilərin özlərini isə sərnişin kimi o yan-bu yana keçirirdilər.

Bölgə tam olaraq Azərbaycanın yurisdiksiyasına keçəndən, Xankəndidə və ermənilərin yaşadığı başqa qəsəbə və kəndlərdə Azərbaycan bayrağı dikələndən, mahalın Azərbaycan qanunları ilə idarə olunması bərpa ediləndən sonra da nə bir blokada olacaq, nə hansısa soyqırıma, qətliama yol veriləcək. Ermənilərin isteriya dolu bu iddiası da absurddur.

İndi gələk öz ərazi bütövlüyünü tam olaraq bərpa etmək, öz qanuni yaşayış məntəqələrinə nəzarəti ələ almaq istiqamətində irəliləyən Azərbaycan dövlətini qınayan Avropa dövlətlərinin səmimiyyətinə.

Əgər onlar xalqların öz müqəddaratını həll etmək haqqının qızğın tərəfdarlarıdırsa, nədən bu canfəşanlıqlarını 49 il əvvəl soyqırım təhükəsi qarşısında qaldıqları üçün müstəqil dövlət qurmağa məcbur olmuş kiprli türklərin hərəkatı zamanı emədilər və hələ də o dövləyi tanımırlar? Əksinə, Avropa dövlətləri çalışırlar ki, adada yaşayan türklər qeyd-şərtsiz, heç bir muxtariyyat tələb etmədən və dövlət rəgbərliyində təmsil olunmaq haqqı qazanmadan Kipr yunanlarına tabe olsunlar.

Başqa bir misal. Ortada parlaq Kataloniya nümunəsi var. Bəllidir ki, katalon xalqı müstəqillik uğrunda uzun illər apardığı mübarizəni 11 il öncə dinc şəkildə yekunlaşdırmış, 2013-cü ilin yanvarında xalqın böyük hissəsinin qatıldığı referendumun nəticəsi olaraq müstəqillik elan etmişdi. Amma 120 min (ermənilərin iddiasına görə, əslində isə bu rəqəm gerçək deyil) erməninin separatizmini var gücü ilə dəstəkləyən Avropa dövlətləri katalon xalqının öz müqəddaratını təyin etmək hüququnu tanımadılar. Əksinə, katalon xalqının azadlıq hərəkatının lideri Karles Puçdemonunun İspaniya hakimiyyəti tərəfindən təqib edilməsinə dəstək verdilər.

demon.JPG (45 KB)

 Qarabağ separatçılarınln rəhbəri Arutyunyan  və  Kataloniyanın lideri Puçdemon

Necə olur ki, 8 milyonluq katalonların, Avropanın qədim və mədəni xalqlarından birinin dinc azadlıq mübarizəsi görməzliyə vurulur, öz müqəddarattını təyin etmək hüququ tanınmır, ancaq onlardan 8 dəfə az olan, bir dəfə milli dövlətçilik institutu təsis edərək Ermənistan respublikasını yaratmış ermənilərin Qafqazda, Qarabağda ikinci dövlət qurmalarına havadarlıq edilir?

Halbuki ermənilər bu məqsədlərinə çatmaq üçün hər cür cinayət törədiblər – qətliamlar və deportasiya ilə müşayiət olunan genosid siyasəti yeritməkdən tutmuş, Azərbaycanın paytaxtında metroda və digər ictimai nəqliyyat vasitələrində siilsilə terror aktları törətməyə qədər.

Hələ ermənilərin boynunda etdikləri hərbi təcavüzü nəticəsində 700 mindən çox azərbaycanlının 30 ildən çox öz dədə-baba yurdlarından didərgin vəziyyətdə yaşamağa məcbur edilməsi, əsir götürülmüş mülki şəxslərin kütləvi şəkildə güllələnərək qardaşlıq məzarlarında basdırılması, təmas nöqtələrində mülki şəxslərin, o cümlədən uşaqların snayper tüfəngləri ilə “ovlanması”, mülki şəxslərin ölümünə səbəb olan minaların Azərbaycan torpaqlarına qarğıdalı toxumu kimi səpilməsi və daha başqa cinayətlərin məsuliyyəti də var.

Öz müstəqilliklərini parlamentdə elan etmiş, heç bir ekstremal hərəkətə yol vermədən, dinc nümayişlər vasitəsilə milli dövlət qurmaq istəyən katalonlar separatçıdır, amma Qarabağın qatil erməniləri separatçı deyil?

Avropada bu suallara cavab verəcək, bu ayrı-seçkiliyi şərh edəcək hansısa siyasətçi və diplomat varsa, nəhayət, ortaya çıxıb danışsın.

Əksinə, dünən xəbər yayılmışdı ki, Avropa Parlamenti Kataloniya separatçıları ilə Rusiyanın əlaqələrini araşdırmaq və bundan hər iki tərəfə qarşı istifadə etmək üçün araşdırma aparıb.

Avropanın tərifli dövlətlərinin xarici siyasəti bundan ibarətdir. Onlar orda İspaniya kraliyyətinin mənafeyini Kataloniya xalqının maraqlarından üstün tuturlar, burda isə Azərbaycan dövlətinin qarşısında erməni separatçılarının tərəfində dayanırlar.

İndi katalonlar silahlanıb dağlara, meşələrə çəkilsələr və İspaniya qoşunlarına müqavimət göstərsələr, İspaniya ordusu onları zərərsizləşdirmək istəsə, avropalı parlamentarlar İspaniyaya sanksiya tətbiq edəcəklər, yoxsa "legitim hakimiyyət dövlətin təhlükəsizliyini təmin edir" deyəcəklər? Əlbəttə, ikincini edəcəklər. 

Bax, standartsızlıq və ikiüzlülük budur.

Demaqoqların dilinin əzbəri olan “müqayisə qüsurludur” fikri səslənəcəksə, deyək ki, bu müqayisədəki qüsurlar ermənilərin və onların avropalı havadarlarının xeyrinə deyil. Dərinə varsaq, onlar daha haqsız durumda qalacaqlar.

Bizim partnyorlarımız

Лента новостей

Предыдущие новости