Свобода людям, независимость нациям!

Erməni faşizminə “nəfəs” vermək cəhdi – Makron Ərdoğandan qapalı görüşdə nə istəyib?

3062 25.03.2022 15:46 Колумнисты A A

Kapitulyant Ermənistan Azərbaycana qarşı növbəti isteriya içindədir. Yenə öz adlarını bizə qoymağa, beynəlxalq birliyi çaşdırmağa, xaricdəki ədalət və vicdan hissini itirmiş havadarlarını üstümüzə qısqırtmağa çalışırlar. 44 günlük müharibə dərs olmadı bunlara.

Həm də təbliğat anlamında bunu deyirik. 2-ci Qarabağ savaşınadək total erməni yalanları enində-sonunda faş olduğu üçün əsasən Fransadan savayı heç bir Qərb ölkəsi erməninin “timsah göz yaşları”na inanmadı. Doğrudur, qalibiyyətli zəfərimizdən sonra Fransa parlamenti ilə yanaşı, Hollandiya parlamenti, ABŞ Konqresi və Avropa Parlamenti erməni lobbisinin təsiri altında əleyhimizə bəzi qərarlar qəbul edib. Ancaq bu daha çox uzaqlaşan qatarın dalınca daş atmağa bənzəyir. Əsas motiv də erməni vay-şivənini ciddiyə almaqdan çox, bölgədə Azərbaycan-Türkiyə tandeminin bunca güclənməsi və möhkəmlənməsindən dolayı keçirilən əndişə ilə bağlıdır.

Xüsusən də Fransa təzə reallığı və status-kvonu hələ də həzm edə bilmir. “Status” qatarının artıq getdiyinə, “miatsum” sərsəmləməsinin gorbagor olduğuna heç cür inanmağı gəlmir. Hətta ara-sıra ermənidən də artıq ermənilik edir, anti-Azərbaycan təbliğatının önündə gedir. Bu da növbəti fakt.

Xəbər verildiyi kimi dünən Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan Brüsseldə fransalı həmkarı Emmanuel Makronla görüşüb. Yelisey Sarayının yaydığı məlumatda deyilir ki, media üçün qapalı keçən görüşdə Cənubi Qafqazdakı vəziyyət də müzakirə olunub. “Makron Türkiyə lideri ilə görüşdə ölkəsinin Azərbaycan və Ermənistan arasında yaranmış böhranın ATƏT-in Minsk Qrupu çərçivəsində daimi siyasi həllini tapmaq əzmində olduğunu bildirib”, - açıqlamada qeyd edilir.

“Minsk Qrupu çərçivəsində daimi sülh” deyərkən rəsmi Paris şəksiz ki, MQ-nin 3 həmsədr ölkəsini (Rusiya, ABŞ və Fransa) nəzərdə tutur, nəinki Qrupun yerdə qalan üzvlərini (MQ-nin Azərbaycan və Ermənistan da daxil, 13 üzvü var və onlardan bir də qardaş Türkiyədir).

Bəllidir ki, az öncə Ermənistan rəhbərliyi Azərbaycanın 5 bənddən ibarət sülh təklifinə ənənəni erməni hiyləgərliyi ilə belə cavab vermişdi ki, İrəvan sülh müqaviləsinə etiraz eləmir və bunun üçün Minsk Qrupu həmsədrlərinə müraciət ünvanlayıb. Bilə-bilə ki, bu qurumun mandatı yalnız keçmiş “Dağlıq Qarabağ konflikti” ilə məhdudlaşır – hansı konflikt ki, MQ onun dinc və ədalətli həllinə 27 il ərzində nali ola bilmədi və bu işi Azərbaycan silahla yoluna qoydu...

Göründüyü kimi, Makron Ərdoğanla görüşdə Azərbaycan-Ermənistan barışığı kontekstində ona “erməni gündəliyi”ni, daha dəqiqi, erməni şərtini sırımağa çalışıb. Paşinyanın, Mirzəyanın, erməni separatçı ünsürlərin, Araikin ağzı ilə danışıb.

Maraqlıdır: özünü çoxdan ifşa eləmiş, “Qarabağ ixtilafını” 3 on illikdə çözə bilməmiş uğursuz bir qurum, daha dəqiqi, onun həmsədrləri Azərbaycanla Ermənistan arasında ədalətli barışa necə nail olacaq? Üstəlik, ABŞ və Fransanın Ukrayna böhranına görə uzun müddətə Rusiya ilə düşmən münasibətlərə girdiyi nəzərə alınarsa, “üçlüyün” əməkdaşlığı görən nə cür təsəvvür edilir? Yoxsa onlar müsəlman Azərbaycana münasibətdə umu-küsünü kənara atıb yenə “çəkici bir yerə” vuracaqlar?..

Turkish President Recep Tayyip Erdogan French counterpart Emmanuel Macron

Məsələ də bundadır. Əvvəla, İrəvan ona görə bu formata can atır ki, “üçlüyün” ermənipərəstliyindən xəbərdardır və bu formatda özünü balıq özünü suda hiss edən kimi hiss edir. Başlıcası, əlbəttə ki, MQ formatı vasitəsi ilə Azərbaycanla sülh müqaviləsindən yayınmağa və status məsələsini gündəmə qaytaracağına ümidlidir. Ən azından, mənasız status müzakirələri ilə vaxt udmaq və öz ordusunu dirçəltmək, Azərbaycana qarşı köhnə həyasız iddialarda israr eləmək və erməni faşizminə təzə nəfəs səs vermək fürsəti bulmaq, bu yöndə xaricdəki dəstəkçi və havadarlarının sayını artırmaq istəyir. Bu dərəcə bəsit.

Təbii ki, Azərbaycan da, qardaş Türkiyə də bu məkrli planlardan və oyunlardan yaxşı xəbərdardır və heç vaxt MQ-nin dirilməsinə imkan verməyəcək. Bu – boğulmaq üzrə olan faşist Ermənistana öz əlimizlə təzə “nəfəslik” yaratmaq, onun Qərbdəki yiyələrinə isə yeni və güclü anti-Azərbaycan, anti-Türkiyə kozırı vermək demək olardı.

Keçməz belə nömrələr...

Zahid SƏFƏROĞLU

zahid.jpg (68 KB)

Bizim partnyorlarımız

Лента новостей

Предыдущие новости