Свобода людям, независимость нациям!

"Ərdoğan Xocalıya gəlsə də, gəlməsə də, Qarabağdadır, bizimlədir" - R. Arifoğlu

1597 25.02.2024 21:15 Колумнисты A A

Musavat.com -a çatan məlumata görə Xocalı soyqırımının 32-ci ildönümü sabah (ilk dəfə) Xocalı şəhərində qeyd ediləcək. Bu barədə redaksiyamıza məlumat verən qaynaq bildirib ki, artıq ölkənin müxtəlif rayonlarında məskunlaşan Xocalı sakinləri xüsusi nəqliyyatla bu şəhərə gətirilib. Eləcə də bir qrup ictimai xadimlər, dövlət adamları, gəncliyin fəal təmsilçiləri Xocalıdadır.

Sabah həm də Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın 70 yaşı tamam olur. Ərdoğan hələ 2020-ci ildə söz vermişdi ki, Xocalı soyqırımı ilə dəng gələn doğum günlərindən birini Azərbaycanın şəhidlər şəhəri Xocalıda keçirəcək.



Ərdoğanın Bakıya, oradan da Xocalı şəhərinə gəlib - gəlməyəcəyi barədə rəsmi məlumat yoxdur. Lakin "YM" Media Qrupunun rəhbəri Rauf Arifoğlu hesab edir ki, istənilən halda "Ərdoğan yanımızda, Qarabağda olacaq".

Özünün sosial media hesabında yazdığı qısa açıqlamada belə də yazılıb.

Həmin duyğusal və səmimi açıqlamanı təqdim edirik:

"70 illik yubileyiniz və sabahkı doğum gününüz indidən qutlu olsun, Rəis! "Doğum günümü Xocalıda qeyd edəcəm", demişdiniz! O zaman Xocalı heç bizdə deyildi...Amma biz hamımız, eyni ilə sizin kimi buna inanırdıq!

Sabah şəhid qanı ilə suvarılmış o müqəddəs şəhərdə soyqırımı anma törəni var. 32 ildən sonra ilk dəfə!!!

İlham Əliyev və Rəcəb Tayyib Ərdoğan Qarabağda - VİDEO

Qardaşın İlham Əliyev dedi, vəd verdi: dediyini etdi, vədini tutdu! Torpaqlarımız azad edildi, şəhidlər şəhəri Xocalı qayıtdı! O qədər böyük hadisədir ki! İki böyük liderin, iki möhtəşəm Türk dövlətinin qüdrəti və işbirliyi düşməni çökdürdü, haqqı yerinə qoydu! Türkün gücünün təmin etdiyi ədalət! Xocalıya ədalət!

Sabah o törənlə Xocalı şəhidlərinin qisası alınmış sayılacaq. 32 il sonra böyük bir Zəfərlə Xocalıdayıq! Şəhidlərimizi anacaq, düşmənlərimizi lənətləyəcək və onlara gözdağı verəcəyik!

Sizi də gözləyəcəyik!

Amma gəlsəniz də, gəlməsəniz də Sizi yanımızda biləcəyik.

Siz onsuz da hər zaman yanımızda, ürəyimizdə, Qarabağımızdasınız!

Yaxşı ki, varsınız, yaxşı ki, Türkiyəmiz var!

Doğum gününüz, yubileyiniz mübarək, Mübarək Adam! "

Musavat.com

Bizim partnyorlarımız

Лента новостей

Предыдущие новости