Свобода людям, независимость нациям!

“Əli Kərimlinin və onun zombilərinin iqtidar olması üçün savaşmaq istəmirəm”

4710 11.01.2014 12:51 Колумнисты A A

****
"AXCP-nin liderlərindən olan Fuad bəy günlərdir bizdən yazır statuslarında. Az öncə də bir status paylaşdı. Bəy der: ""Yeni Müsavat"a təklif edirəm ki, hər nömrədə mənə qarşı ifadə etdiyi aqressiyasının yarısını heç olmasa bir nömrədə İlham Əliyevə göstərsin, biz də onun yazdıqlarının iqtidar projesi olmadığına inanaq".   Mən bu siyasətçini hər zaman çox dəyərləndirmişəm. Qəzetimizin əməkdaşı olub, xeyli müddət bir çatını, iş yerini paylaşmışıq... Siyasətdə formalaşan zamanları idi. O zamandan iddialı, irəli görüşlü birisi kimi diqqətimi çəkmişdi. Əvvəl Fazil Qəzənfəroğluna yaxındı, sonra Əli Kərimligilə qoşuldu... Son aylara qədər - hörmətli Aynur Camalqızının layihələrindən birinə - "Axar.az"a qoşulana qədər xanımı Zümrüd Yağmur qəzetimizin yazarı olub... Yəni bizi yaxın-uzaq xatirələr, hörmət bağlayır... Amma son günlər tam qazla əleyhimə kampaniya aparır, “Yeni Müsavat”ı aşağılayır... Məni də şərləyir - ən pisi də bu! Özündən soruşdum, son 6 gündə bu hakimiyyətin, eləcə də İlham Əliyevin əleyhinə bircə status, bircə məqalə, təhlil də yazmamısan, amma əvəzində İsa bəyin, Arif Hacılının, "Yeni Müsavat"ın əleyhinə onlarla yazı, status yazmış, müsahibələr vermisən? Xeyir ola, bir qəzetdən prezidentə aqressiya tələb edirsən, amma özün siyasətçi olduğun halda aqressiyanı Müsavata və "Yeni Müsavat"a yönəldirsən...   Ona bir cavab da yazdım, dedim mənim də dostlarımın xəbəri olsun: “Fuad bəy, sizi dəvət etdik, gəlin redaksiyaya, İkram İsrafillə debata, kimə istərsəniz, eləcə də İlham Əliyevə, sözünüzü özünüz deyin... Ayrıca, bu gün "Azadlıq" qəzetində mənim və "Yeni Müsavat"ın əleyhinə 5 məqalə dərc olunub... "Feysbuk" AXCP-çilərin mənim ünvanıma nifrin və söyüşləri ilə doludur. Sizin sözlərinizi mən də onlara aid təkrarlayıram. Lakin maarifləndirmək üçün deyim ki, bir qəzet redaksiyasının dövlət rəhbərinin əleyhinə aqressiya göstərmək kimi öhdəliyi yoxdur. Varsa, o, qəzet deyil... Siz yəqin yazı demək istədiniz... Qəzet gündəmdə nədirsə, onu da yazır. Siz də arada statuslarınızı hakimiyyətə yönəldin. Son vaxtlar ancaq Müsavat və "Yeni Müsavat"dan yazırsınız...”   

Bu statusdan sonra komanda verildi və bütün AXCP dəstəsi tökülüşdü oraya... Yekunda bir status yazıb, zombixananı tərk etdim. Bu da son statusum: “Bütün AXCP dəstəsi səfərbər olub, buraya hücum etdi. Allah qüvvət versin. Sözümü deyib, çıxım, boş-boş zaman itirməyim:   
1. Məni özünə düşmən elan etmiş bir liderin və onun zombilərinin Azərbaycanda iqtidar olmasını istəmirəm. Əli Kərimlinin iqtidar olması ölkəm üçün əliyevlərin iqtidar olmasından daha fəlakətli olardı. Allah bu millətə onda rəhm elədi ki, Heydər Əliyevin oğlu Əli Kərimli olmadı (Bu fikri Əli Kərimlinin üzünə demişəm).  
 2. Milli Şuranı və bu modeli ilk gündən Azərbaycan siyasətinin fəlakəti, müxalifətin, demokratik təsisatların bitirilməsi layihəsi saymışam, Rusiya və Azərbaycan iqtidarları bunu qurdular... Sadəcə, Müsavat oyunu pozdu...Bu gün də bu fikirdəyəm.   
3. Kimdən nə yazmağı qəzet redaktoru və qəzetin rəhbərliyi müəyyən edir, daha ona düşmən olan bir düşərgənin tərəfdarları yox. İndi nə təklif edirsiniz, Azərbaycanın fəlakəti hesab etdiyim bir şərçi, zombi dəstəsinin iqtidar olması üçün savaşmalıyam? Niyə? Azərbaycan yazıq deyilmi?   
4. "Yeni Müsavat" müxalifət partiyası deyil, müxalifət yönümlü qəzetdi. O qəzet də mənim və kollektivin maraqları ilə idarə olunur.   
5. 15 il bundan öncə Əli Kərimli İlham Əliyevlə birlikdə Heydər Əliyevdən sonrakı iqtidarı qurmağı planlayırdı. O zaman Heydər Əliyevə qarşı tək vuruşurdum. "Azadlıq" qəzeti başqa ladda idi, Əli Kərimlinin projesinə dəstək verirdi... Sonradan Əli Kərimlini bu oyundan şəxsən mən çəkib çıxardım. Bunu deyirəmsə, şahidim, sübutum da var... İndi vəziyyət köklü dəyişib. Siyasət belədir, maraqlar və dəngələr zamana, vəziyyətə, başqa kriteriyalara görə dəyişir. Sabah da dəyişəcək... Bu baxımdan, hələ qəti bir qənaət demək tezdir, kim haradadır, kim kimdir, kim kim olacaq...   
6. Allah Azərbaycanı Əli Kərimlinin bu zombi dəstəsindən hifz eləsin". 

Bizim partnyorlarımız

Лента новостей

Предыдущие новости