Свобода людям, независимость нациям!

Dörd təşkilat – ikisi cazibədar, ikisi ikrahamiz

1113 25.06.2022 18:00 Колумнисты A A

 

Yaşadığımız coğrafi arealda fəaliyyət göstərən saysız-hesabsız beynəlxalq təşkilatların içindən 4-nü götürək. Bunlar hərbi-siyasi təşkilatlardır və adları bu yazını oxuyan hər kəsə çoxdan bəllidir: Avropa İttifaqı, NATO, Avrasiya İttifaqı, KTMT.

Əvvəlki iki təşkilatda dominantlıq Qərbi Avropa dövlətlərinə məxsusdur. Sonuncu ikisində isə - rüslara.

Əslində Avrasiya İttifaq Avropa İttifaqına, KTMT isə NATO-ya alternativ kimi yaradılıb. Məqsəd o təşkilatların qarşısında durmaq, nəsə bir tarazlıq yaratmaq, lazım gələndə, dirəşmək, qalan vaxtlarda isə öcəşməkdir.

İndi refiondakı dövlətlərin bu təşkilatlara münasibətlərinə baxaq.

Bosniya və Herseqovina, Gürcüstan kimi dövlətlərin rəhbərliyi və əhalisi Avropa İttifaqına üzvlüyə namizəd statusu ala bilmədikləri üçün narazı qalıblar. Hətta Tiflisdə bu məqsədlə kütləvi etiraz aksiyası keçirilib.

avruas.JPG (51 KB)

Avrasiya İttifaqına üzv olmaq üçün nəinki müraciət edənlər, hətta mərkəzdən edilən (“gəlin təşkilata üzv olun”) müraciətlərdən imtina edən, yayınan, yaxın durmayan dövlətlər var. Rusiya onları gah şirnikləndirməklə, gah da təzyiqlə bu təşkilata cəlb etmək istəyir, “rus boyunduruğu” altına girmək istəməyən dövlətlər isə müqavimət göstərir. Bəzi dövlətlərin rəhbərliyi həmin təşkilatlara üzv olsalar, xalq etiraz mitinqinə çıxar.

Eyni proses KTMT ətraafında da gedir. Keçmiş 15 müttəfiq respublikanın cəmi 6-sı “rus NATO-su” adlandırlan bu hərbi blokun üzvüdür, yerdə qalan 9-ü blokdan kənardadır, 3-ü (Latviya, Estoniya, Litva), ümumiyyətlə, yaxalarını “rus ayısı”nən pəncəsindən qurtarıb, yerdə qalan 6 respublika (Azərbaycan, Ukrayna, Özbəkistan, Gürcüstan, Türkmənistan və Moldova) isə açıq-aşkar KTMT-yə qoşulmaq istəmir. Rusiyanın bu təşkilatı böyütmək niyyəti, təxminən ötən əsrin 30-cu illərində kəndliləri zorla kollektiv təsərrüfatlarda birləşdirmək istəməsinə bənzəyir.

Bəs NATO-ya münasibət necədir? Bu təşkilata üzv olmaq üçün israrla müraciət edənlər, alyansa üzvlüyü milli strateji hədəf halına gətirənlər və növbəsini gözləyənlər var. Hazırda İsveç və Finlandiya Rusiyanın aqressiyasından qorxduqları üçün təcili şəkildə NATO üzvü olmaq istəyirlər. Ukrayna, Moldova, Gürcüstan da o fikirdədir.

natkt.JPG (45 KB)

Fəqət illərdir Şərqə doğru genişlənməyi öz strategiyasına çevirən NATO rəhbərliyi müraciət edənlərin hamısını bir oturuma qəbul etmir, şərtlər qoyur, gözlədir, ümid verir.

Avropa İttifaqı da bənzər davranış sərgiləyir. Məsələn, Türkiyə Aİ üzvü olmaq üçün uzun illər mübarizə apardı, bütün şərtləri qəbul etdi, ancaq Avropa öz qapısını bu dövlətin üzünə açmadı, türklərin Avropa ailəsinə qatılmasını əngəllədi.

Uzun sözün kəsəsi, Aİ və NATO cazibədar təşkilatlardır, dövlətləri özünə çəkir, Avrasiya İttifaqı və KTMT isə - ikrahamizdir, dövlətləri özündən itələyir.

Bu, niyə belədir? Birincilərə üzv olmaq istəyən kiçik və zəif dövlətlər bilirlər ki, Aİ və NATO-nun qanadı altında olmaq onlara təhlükəsizlik və rufah vəd edir. Bu təşkilatlar onların qarşısında cürbəcür şərtlər qoysalar da, heç vaxt qoşun yeridib, qanuni hakimiyyəti devirməyəcəklər, xalqı gülləbaran etməyəcəklər, ölkənin sərvətini sümürüb aparmayacaqlar, əksinə, xarici aqressordan qoruyacaq, iqtisadi çətinliklər yaranan kimi lazımi qədər maddi yardım edəcəklər.

Rusiyanın patronajlığı altında olan dövlətlərin rəhbərliyi və əhalisi isə bilir ki, çətini öz ixtiyarını Kremlin əlinə verənə qədərdir, ondan sonra rus siyasiləri və generalları kefləri istəyən vaxt həmin ölkələrdə siyasi rəhbərliyi dəyişmək istəyəcəklər, milli iqtisadiyyata əl qoyacaqlar, ölkənin gözə görünən və görünməyən nə qədər sərvəti varsa, hamısını sorub metropoliyaya aparmaq istəyəcəklər.

Yaxın tarixdə bunun qabarıq və parlaq, eyni zamanda acı örnəkləri o qədər çoxdur ki, belə olacağına bir misqal şübhə yoxdur.

Başqa ölkələrə müstəmləkə yeri kimi baxan yadelli işğalçı və istismarçı dövlətə münasibətin bu sayaq olması çox təbiidir. Amma eyni sözü Aİ və NATO haqqında demək olmaz, olsa da ədalətli söhbət sayılmaz.

Bizim partnyorlarımız

Лента новостей

Предыдущие новости