Свобода людям, независимость нациям!

Donbasda “gəmisi” batan bu dövlət olacaq

3753 19.04.2022 19:03 Колумнисты A A

Burda deyiblər, qaçan da “Allah” çağırır, qovan da. Rusiya da iki aydır özünə qarşı təcavüzdən, haqsızlıqdan danışıb üsyan edir, Ukrayna da. Amma əlbəttə ki, onlardan yalnız biri haqlıdır – Ukrayna.

Dünəndən Donbasda həlledici hücuma başlayan Rusiyanın işi yaxşı olmayacaq. Artıq yaxşı deyil. Məsələ ondadır ki, apardığın müharibə ədalətli olmalıdır. Rus əsgərinin isə Ukraynada öldürmək, ölmək üçün motivi, stimulu yoxdur. Nəyin naminə o, öz şirin canından keçməlidir, bilmir. Qalibiyyətli müharibədə isə bu, həlledici amildir və texnikanın, ordunun sayına bağlı olmaz! Demək, Donbasda “gəmisi” batan tərəfin kim olacağı gərək ki, qaranlıq olmasın...

Rusiya bişəkk, Ukrayna avantürası ilə dünyada öz düşmənlərinin sayını artırmış, özünə qarşı olan-qalan etibarı sarsıtmış oldu. Hətta Ermənistan və Belarus xaric, ona KTMT (“Rus NATO-su”) üzrə ən yaxın müttəfiq sayılan Qazaxıstan, Qırğızıstan belə dəstək olmadı. Məsafə saxladı. Zira, təcavüzkarı kimsə sevməz. Normal dövlət, ağlı başında olan insan “güclüyəmsə, haqlıyam” vəhşi məntiqini yaxına buraxmaz.

Donbas nerede, neden önemli? Donbass bölgesi hangi ülkede? Donbas  haritadaki yeri!

Ermənistanın Qərbdə nə qədər dostları var idi. Fəqət, onlar da 44 günlük savaşda mumlamalı oldular. Fransa daxil, hamısı yekunda halal qələbəmizi qəbullanmaq zorunda qaldılar. Çünki “Haqq nazilər, üzülməz”, “İstənilən düz əyrini kəsər”. Ukraynada da enində-sonunda bu cür olacaq. Kimsənin quşqusu olmasın. Bir ordunu yenmək olar, xalqı isə - yox!..

İkinci yandan, “qardaş” dediyiniz nə, bəyənmədiyiniz nə? Axı uzaqgörən Putin bilməli idi ki, bir yandan “benderlərlə mübarizənin” zəruriliyindən, “denasifikasiya”dan danışıb digər yandan “Lenin adına Ukrayna” ifadəsini işlətməklə bütöv bir dövləti, xalqı aşağılamaq, onun varlığını şübhə altına almaq olmaz. Bununla sən 50 milyonluq xalqı parçalamaq yox, yalnız birləşdirə bilərsən. Elə də oldu.

İstənilən halda, V.Zelenskinin təcrübəsizliyi, güclü siyasi fəhmi və analitik qabiliyyətinin olmaması Ukrayna xalqını, məsum uşaqları, qadın-qocaları qanına qəltan eləməyə əsas vermirdi. İllah da onu “qardaş”, “dindaş” adlandıran qonşusu tərəfindən.

Son Dakika | Ukrayna – Rusya savaşında son durum gelişmeleri… Donbass  savaşı başladı! Ukrayna açıkladı: Kritik bölge el değiştirdi - Cejna

Amma indi işə bax. Ruslar da Ukraynada ona qarşı xarici muzdlulalrdan istifadə olunmasından gileylənirlər. Halbuki BMT Nizamnaməsinə görə, bir ölkə hərbi təcavüzə qarşı lap şeytanla da ittifaq girə bilər...

Və sonda. 2008-ci ildə - XXI əsrdə (!!) Abxaziyanı, Cənubi Osetiyanı, 2014-də Krımı ilhaq eləməklə ağzında “şirə” qalan Rusiya günün birində başının divara dəyəcəyini bilməli, hesablamalı idi. Həmin gün gəldi. Bir az gec də olsa...

Allah bu mübarək ayda bütün məzlum xalqlara, təcavüzə uğrayanlara yar və yardımçı olsun, işğala qarşı onlara güc-qüvvət versin. Slava Ukraine!..

Zahid SƏFƏROĞLU

Bizim partnyorlarımız

Лента новостей

Предыдущие новости